Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə19/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   76
FF tarix

Mənəvi mədəniyyət Mannada bütpərəslik və çoxallahlılıq yayılmışdı. Şəhərlərdə allahların heykəlləri saxlanan məbədlər fəaliyyət göstərirdi. Həsənlidə tapılan qızıl camın üzərində mannalılarm ibadət və qurbanvermə mərasimi təsvir olunmuşdur. Qızıl camda mannalılarm ibadət etdikləri Tufan və ya Müharibə, Günəş və Ay allahları təsvir edilmişdir. Mannada Dirilik həyat ağacına sitayiş geniş yayılmışdı. Ziviyədə tapılmış qızıl pektoralda dirilik ağacının yanında dağ keçiləri və qanadlı öküz təsvir olunmuşdur. Marlıqtəpədə tapılan və e. ə. IX əsrə aid edilən böyük qızıl qədəh üzərində dörd sırada verilmiş təsvirlərdəki dirilik ağacı mövzusu təbiətin gəlimli-gedimli olmasına, insanların yaranışa, doğuluşa və axirət dünyasına inamını əks etdirir. Marlıqtəpə abidəsi Güney Azərbaycanda, Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşir. Mərlik ərazisində arxeoloji qazıntılar Tehran Universitetinin professoru Ə.O.Negahban tərəfindən aparılmışdır.Abidə ərazisindən yaşayış yeri ilə yanaşı qəbristanlıq da aşkar edilmişdir. Buradakı qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə.O.Negahban bu qəbirləri hökmdar nəslinə və əyanlara aid etmişdir. Ölülər sağlıqlarında istifadə etdikləri hər şeylə – içərisində su və yemək qoyulmuş adi məişət əşyalarından tutmuş, gözəl ayin qabları və bəzək əşyalarınadək, ovçular və döyüşçülər isə hətta silahlarla təchiz olunmuşlar. Bundan başqa Mərlik qəbristanlığının özəlliklərindən biri də atların hər cür əsləhə ilə birgə, ayrıca dəfn edilməsidir. Görünür at Mərliyin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən keramika və zərgərlik məmulatı o dövr sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey deyir.Bu tapıntılar sübut edir ki, Mannada əhalinin həyatında xüsusi yer tutan at da ilahiləşdirilirdi. Atın ayrıca qəbirdə insansayağı dəfn edilməsi bunu sübut edir.

E. ə. 590-cı ildə Manna öz müstəqilliyini itirdikdən sonra onun ərazisi Midiyanın tərkibinə qatılmışdı. Midiya tarixi haqqında ilk məlumat verən Herodot olmuşdur. Antik müəl-liflərdən Herodotla yanaşı Diodor, Plutarx, Strabon, Ammion Martselin və bir çox başqa tarixçilər və coğrafiyaşünaslar Midiya tarixinə dair maraqlı məlumat qoyub getmişlər. Herodot göstərir ki, midiyalılar 6 tayfadan – buslar, paretagenlər, stru-xatlar, arizantlar, budilər və maqlardan ibarət idi. O, hər bir tayfanın sakin olduğu yeri də göstərməyə səy göstərmişdir. Bu ölkənin öyrənilməsində Assuriya daşüstü yazıları və Assuriya-Babil mənbələri də əhəmiyyətli məlumat verirlər,

Azərbaycanın şimal torpaqları isə Midiyanın sərhədlərindən kənarda qalmışdı. VIII əsrin 70-ci illərində Midiya dövləti yaranır (Deyok). Lakin bu dövlət Asuriya tərəfindən tez-tez basqınlara məruz qalırdı. E.ə.VII əsrin ortalarından sonra Midiyada Assuriya ağalığına qarşı üsyan baş verir. Bu üsyana Kaştariti başçılıq edirdi. İskitlərin köməyindən istifadə edən Assurlar Kaştaritini məğlub edirlər .

Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-lənərək Assur ağalığına nəinki son qoyur, hətta ona qarşı mübarizəyə başlayır. E.ə. 616-cı ildə Yeni Babilistanla ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.

Astiaq (e.ə.585-550 ) hakimiyyətə ziddiyyətlərlə dolu bir vaxtda gəldi. Bu dövr­də köhnə müttəfiq Babilistan ilə də münasibətlər kəskinləşir. Ölkə daxilin­dəki farslar gizli fəaliyyətə başlayaraq Astiaqa qarşı II Kir ilə əlaqə saxlayırlar. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə, Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı. Əhəmənilər İmperiyası — e.ə. VI əsrin ortalarından 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövlət idi.

Əhəməni hökmdarı II Kir Azərbaycanın şimal torpaqlarını ələ keçirmək üçün e. ə. 530-cu ildə Arazdan şimala massagetlər üzərinə yürüş etdi. “Tarixin atası” adlandırılan Herodot massagetləri Araz çayının o tayında yaşayan çoxsaylı və olduqca cəsur xalq adlandırmışdır. II Kirin Arazdan şimaldakı Azərbaycan torpaqlarını ələ keçirmək cəhdi boşa çıxmışdı. Cəsur qadın Tomrisin qoşunu ikinci döyüşdə əhəməniləri darmadağın etmiş və II Kir öldürülmüşdü.

I Daranın dövründə (e. ə. 522 - 486) əhəmənilərin Arazdan şimaldakı Azərbaycan torpaqlarına (Albaniya - Red.) tez - tez baş vermiş yürüşləri buradakı sakların ciddi müqaviməti ilə qarşılanmışdı. Buna baxmayaraq həmin torpaqlar ələ keçirilmiş və Əhəməni imperiyasının satraplıqlarından (canişinlik) birinə daxil edilmişdi. Nəticədə Arazdan şimalda yaşayan tayfalar əhəmənilərə vergi verməklə yanaşı, hərbi xidmətə də cəlb olunurdular. E. ə. V əsrdə baş vermiş fars-yunan müharibəsində kaspi-alban hərbi dəstələrinin də iştirakı haqqında Herodotun «Tarix» əsərində məlumatlara rast gəlirik. Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir vila­yəti kimi fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət yeridir­di


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin