MÖVZU: III
Azərbaycan erkən orta əsrlərdə. Azərbaycan xalqının təşəkkülü.
P l a n:
III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin inkişafı.
Feodal torpaq mülkiyyətinin yaranması.
Sasani işğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm.
Mehranilər sülaləsinin hakimiyyət dövrü
Azərbaycan xalqının təşəkkülü, mədəniyyətin inkişafı.
Ədəbiyyat
Azərbaycan tarixi. VII-cilddə, I cild, Bakı, 2007.
Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə). Bakı, 2005.
Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı,1996.
Məmmədova F. Antik Azərbaycanın-Midiya Atropatenası və Qafqaz Albaniyasının mədəniyyəti.Bakı,2007
Kalankatuklu M. Alban tarixi. Tərcümə edən, müqəddimə, qeyd və şərhlərin müəllifi: Z.Bünyadov, Avrasiya Press, 2006.
Azərbaycan tarixi üzrə qaynaqlar. Prof. S.S.ƏliyarImın redaktəsi ilə. Bakı, 2007.
Z.Bünyadov və Yusif Yusifov. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (I ,II hissə),Bakı 2007
K.Şükürov.Azərbaycan tarixi (Elmi-nəzəri və praktik problemləri). I ,hissə. B,2004
Musa Quluzadə.Azərbaycanın Dövlətçilik tarixi, Bakı,2016
III əsrdə Azərbaycan sosial-iqtisadi inkişafının yeni bir mərhələsinə daxil oldu. Albaniya və Atropatenada ölkənin başlıca sərvətini təşkil edən torpaqla bağlı feodal münasibətlərinin aparıcı yer tutması bu dövrün əsas əlamətidir. Torpağın sahibi və mülkiyyətçisi olan hakim zümrə (feodal) cəmiyyətin əsas qüvvəsini təşkil edirdi. Var - dövlət, sərvətlə yanaşı, dövlətin idarə edilməsi, siyasət də onun əlində idi. Bu zümrə geniş hüquq və imtiyazlardan istifadə edirdi. Cəmiyyətdə nə varsa-ideologiya, din, mədəniyyət-hər şey onun mənafeyinə xidmət edirdi. Dövləti idarə edən hökmdar ən böyük torpaq sahibi (feodal) sayılırdı. Belə cəmiyyətin maddi nemətlərinin yaradıcısı isə kəndlilər və sənətkarlar idi.
Azərbaycanın Araz çayından şimaldakı torpaqlarında yerləşən və e. ə. II əsrdən Aran nəslindən olan yerli hökmdarlar tərəfindən idarə olunan Albaniyada I əsrin ortalarından Alban Arşakilər sülaləsi möhkəmlənmişdi. Bu sülalənin hakimiyyəti 510-cu ilə qədər davam etmişdir. Arşaki hökmdarlan böyük torpaq sahələrinə malik idilər. III - V əsrlərdə Albaniyada dövlət torpaq sahibliyi forması üstünlük təşkil edirdi. Dövlət və onu idarə edənlər etibarlı sosial dayaq yaratmaq üçün hakim zümrənin nümayəndələrinə və qulluq adamlarına xidmətə görə torpaq sahələri bağışlayırdılar. Nəticədə xüsusi torpaq sahibliyinin çəkisi getdikcə artırdı. Albaniyada IV - V əsrlərdə torpaq sahələrinin vassallara (azatlar və nahararlar) paylanması nəticəsində dövlət torpaq fondu tədricən azalır və onun böyük hissəsi feodal ailələrinin (patronimiya - ağa, sahibkar ailəsi) əlində cəmləşirdi. Feodallaşmanın dərinləşməsi ilə hakim zümrə bir neçə kateqoriyaya bölünürdü. Bunlardan ən böyükləri ayrı-ayrı vilayətlərdə hakimlik edirdilər. IV - VII əsrlərdə Albaniyada bir sıra siyasi - inzibati vahidlər - nahararlıqlar (senyoriya) meydana çıxmışdı. Həmin inzibati vahidin (vilayətin) başçısı get - gedə torpaq üzərində mülkiyyətçilik hüququ olan əsl feodala (knyaza) çevrilirdi. VI əsrdə onlar işxan (hakim, ağa) adlanırdı.
Albaniyada hökmdar-çar qanunverici və ali məhkəmə hüququna malik olub, kilsə məclislərini də o çağırırdı və ölkənin hərbi qüvvələrinin baş komandanı idi. Albaniyada feodalizm cəmiyyətinə xas olan ierarxiya sistemi hökm sürürdü. Hər bir feodal patronimiyası öz gücünə görə xüsusi «Dərəcələr haqqında cədvəl»də növbəlilik gözlənilməklə qeyd olunurdu. İlk on yeri tutan əyanlar böyük, qalanları isə kiçik patronimiya hesab olunurdu. Əyanlann belə düzülüş qaydası ierarxiya, yəni feodal nərdivanı adlanırdı. Bu sistem onların iqtisadi gücü, siyasi nüfuzu və çıxara bildiyi qoşunun sayı ilə müəyyən olunurdu. Albaniyada azatlar alban və sasani hökmdarlarının
31
vassallan olub, tələb olunanda hərbi qüvvə çıxartmalı, öz sosial rütbəsinə uyğun olaraq sarayda müəyyən xidmət göstərməli və müxtəlif inzibati funksiyalan yerinə yetirməli idilər. Əyanlar və ruhanilər can vergisi ödəməkdən azad idilər.
Albaniyada torpaq mülkiyyətinin dövlət və xüsusi formaları təşəkkül tapmışdı. III - VI əsrlərdə burada torpaq üzərində dövlət mülkiyyəti forması üstünlük təşkil etmişdi. Ali zümrəyə məxsus olan torpaq mülkiyyətinin iki forması vardı: 1) şərtsiz və irsi torpaq sahibliyi sayılan dastakert (pəhləvi dilində - mülk deməkdir). Bu torpaq sahibliyi (allod) icma torpaq sahibliyinin dağılması və dövlət tərəfindən torpaqlann malikanə (votçina) hüququ ilə hakim zümrənin nümayəndələrinə paylanması yolu ilə yaranmışdı; 2) Şərti torpaq sahibliyi sayılan xostak (pəhləvi dilində - «bağışlanan» mənasını verir). Xostak dövlət tərəfindən torpağın vassal xidməti göstərən hakim zümrənin nümayəndələrinə müvəqqəti olaraq bağışlanması nəticəsində yaranmışdı. Şərti xostak torpaqlarının şərtsiz dastakertə çevrilməsi hallarına da təsadüf edilir.
İri torpaq sahibləri patriklər, xırda və orta torpaq sahibləri isə azatlar adlanırdı. Dastakert daha çox iri əyanların, xostak isə daha çox nisbətən kiçik hərbi əyanların, məmur və kilsə xadimlərinin əlində cəmləşmişdi.
Təhkimçilik hüququ münasibətlərinin bərqərar olduğu Avropada feodalların mülklərində yerləşən böyük təsərrüfatlar kəndlilər tərəfindən biyar işlərinə (əvəzi ödənilməyən mükəlləfi3^ət) cəlb edilməklə becərilirdi. İlin böyük hissəsini ağır biyar işlərində keçirən kəndlilərin bir yerdən başqa yerə qaçmasının qarşısım almaq üçün dövlət onları torpağa təhkim edirdi. Şərq ölkələrində, o cümlədən Azərbaycanda mülkədarlar şəxsi təsərrüfat qurmurdular və ya onların belə təsərrüfatı kiçik ölçülü olduğundan kəndlilərin kütləvi şəkildə biyara cəlb edilməsinə və torpağa təhkim edilməsinə ehtiyac yox idi. Burada torpaq sahibləri çox zaman təsərrüfat işlərinə qarışmır, kəndlilərdən məhsul və ya pul vergisi almaqla kifayətlənirdilər. Azərbaycanda feodal kəndlini tam hüquqsuz bir qula və ya əşyaya, alqı-satqı obyektinə çevirə, Avropadan fərqli olaraq kəndlinin şəxsi həyatı ilə bağlı məsələlərə qanşa bilməzdi.
Albaniyada kəndlilər şinakan adlanırdı, onlar dünyəvi və dini feodalların xeyrinə çoxsaylı natural vergilər ödəyirdilər. Moisey Kalankatlınm məlumatına görə, Albaniyada kəndli zümrəsi üç qrupa bölünürdü: 1) kifayət qədər əmlakı olanlar; 2) yoxsullar; 3) əkini, üzümlüyü olmayanlar. 488-ci il Aluen kilsə yığıncağının qəbul etdiyi qanunlarla Albaniyada dünyəvi və dini feodallara məxsus kəndlilərin, xüsusilə kilsə torpaqlarında yaşayan sakinlərin ödəməli olduqlan vergilər və mükəlləfiyyətlər hüquqi baxımdan tənzim edilmişdi. Aluen yığıncağı qanunlannda deyilirdi: «xalq tərəfindən keşişə torpağın bəhrəsi aşağıdakı qaydada verilməlidir: varlı adam 4 cərib (1 cərib - 22, 8 kq) buğda, 6 cərib arpa, kasıb isə bunların yansı qədər: kimin ki, bağı və əkin yeri yoxduı-, ondan heç bir şey ahnmasın». Mənbələrə görə dünyəvi
əyanlara məxsus kəndlilər də vergiləri həmin qaydada ödəyirdilər. İcmaçı kəndlilər can vergisi olan gezitlə yanaşı, məhsulun 1/5-dən ibarət torpaq vergisi - xaraq, sənətkarlar və tacirlər isə gömrük haqqı olaraq bac ödəyirdilər. Albaniyada bütün xristian əhalidən kilsənin xeyrinə onda bir vergisi yığılırdı. Bu vergi kənd təsərrüfatı məhsullan ilə ödənilirdi.
Sasani imperiyasının mühüm əyalətlərindən birinə çevrilmiş Atropatenada III əsrdən etibarən feodal münasibətləri yaranmağa başladı. Bu münasibətlər haqqında mənbələrdə az məlumat verilmişdir. Sasani dövrünün qanunları ilə torpaq mülkiyyəti və hakim zümrənin toxunulmazlığı hüquqi baxımdan qorunurdu. Torpaq sahibləri yerli və mərkəzi hakimiyyətə tabe olmalı, dövlət xəzinəsinin xeyrinə vergilər toplamalı və hərbi xidmət göstərməli idilər.
Sasanilər dövründə əhali dörd sosial təbəqəyə bölünürdü:
1) kahinlər; 2) döyüşçülər; 3) mirzələr (əyanlar); 4) vergiverənlər. «Hacıabad kitabəsi» nə görə ölkədə ali zümrəyə hakimlər, əsilzadələr və azatlar daxil idi.
Albaniyada olduğu kimi. Atropatenada da əhalinin əsas hissəsini kəndlilər təşkil edirdi. Kəndlilər, sənətkarlar və tacirlər vergiverən zümrəyə daxil idilər. Kəndlilər gezit adlanan can vergisi və xaraq adlı torpaq vergisi verir, müxtəlif əmək mükəlləfiyyətləri yerinə yetirirdilər.
VI əsrdə Atropatenada torpaq münasibətləri xeyli inkişaf etmişdi. İcma torpaqlarının böyük hissəsini əyanlar ələ keçirmiş və kəndliləri asılı vəziyyətə salmışdılar. Azatlar xidmətləri müqabilində şərti torpaq bəxşişləri alaraq mövqelərini gücləndirirdilər. Dini idarələrə məxsus torpaq mülkiyyəti də xeyli artmışdı. Qazakadakı baş od məbədgahmm ixtiyarında çoxlu torpaq və kəndli var idi.
Feodallaşma prosesinin gücləndiyi şəraitdə Sasani hökmdarı I Qubad tərəfindən həyata keçirilməsinə başlanan vergi islahatı I Xosrovun dövründə (531 - 579) başa çatdırılmışdı. İslahatın əsas məqsədi köhnə vergi sistemini dəyişdirməkdən ibarət idi. Bütün imperiya ərazisində, o cümlədən Atropatenada torpaqların miqdarı, vergi ödəyəcək adamların sayı müəyyən edilmiş, vergilərin ümumi miqdarı hesablanmışdı. Vergilər bar verən ağacların sayına, torpağın məhsuldarlığına və əhalinin sayına uyğun olaraq mahallar və məntəqələr üzrə bölünmüşdü. Buğda, arpa, düyü əkinlərindən torpaq vergisi məhsulla ödənilməli idi. Məhsulun həcmindən asılı olmayaraq torpaq sahələri üzərinə daimi pul vergisinin qoyulması geriyə doğru addım olub, kəndlilərin vəziyyətini pisləşdirirdi. Əhali əmlak vəziyyətindən asılı olaraq 4-12 dirhəm (1 dirhəm 4 qram ağırlığında gümüş pul) miqdarında can vergisi ödəməli idi. Ali zümrəyə daxil olan əyanlar, kahinlər, məmurlar və mirzələr bu vergini ödəməkdən azad idilər. Vergi islahatına görə müharibələr zamanı qoşunların saxlanması üçün kəndlilərdən azuqə və ot tələb oluna bilərdi.
I Xosrovun islahatı ilə vergilərin yığılması və dövlət xəzinəsinə təhvil verilməsi üzərinə ciddi nəzarət qoyulsa da, məmurların özbaşınalıqlarının qarşısını almaq mümkün deyildi.
Vergi islahatının həyata keçirilməsi ilə Atropatenada 20 yaşından 50 yaşına qədər bütün kişilər can və torpaq vergisi ödəyirdilər. Əhalidən şəhərlərin müdafiə divarlarının tikilməsi və təmiri, suvarma kanallannm çəkilməsi üçün də vergi yığılırdı.
Təsərrüfat həvatu III-VII əsrlərdə Albaniyada iqtisadiyyatın əkinçilik, maldarlıq və sənətkarlıq sahələri inkişaf edirdi. Kür çayının hər iki sahilində. Mil - Muğan düzündə və Naxçıvanda əhali başlıca olaraq əkinçiliklə məşğul olur, taxıl, pambıq, üzüm, bağ-bostan bitkiləri yetişdirirdi. Geniş yayılnuş şumlama əkinçiliyində dəmir kotan, xış, oraq və sair alətlərdən istifadə olunurdu. Kür sahillərinin əlverişli torpaq və iqlim şəraitinə uyğun olaraq qiymətli pambıq növləri yetişdirilməsi haqda alban tarixçisi Moisey Kalankatlı məlumat vermişdir. Ərəb mənbələrinə görə, Dərbənddən Tiflisədək bütün Aran ərazisində boyaq bitkisi olan marena (qızıl boya) yetişdirilirdi. Əldə edilən bol üzüm məhsulu şərabçılığın inkişafı üçün əlverişli zəmin yaratmışdı.
Albaniyanın maldarlıq təsərrüfatı yüksək səviyyədə idi. Burada iri və xırda buynuzlu mal, dəvə və at saxlanılırdı.
Məhsuldar qüvvələrin inkişafı və iqtisadiyyatda şəhərlərin rolunun artması əkinçiliklə əlaqəsini tamamilə kəsmiş azad sənətkarların meydana çıxmasına və yerli xammal bazasında sənətkarlıq istehsalının genişlənməsinə səbəb olmuşdu. Yerli xammal (yun, kətan, ipək, pambıq və s.) əsasında inkişaf etmiş toxuculuq istehsalı sənətkarlığın mühüm sahələrindən birinə çevrilmişdi. Albaniyada ipək, yun, kətan parçalar və yüksək keyfiyyətli xalçalar toxunurdu. Mingəçevir və Beyləqan ərazisindən arxeoloji qazıntılar nəticəsində parça və xalça toxuyan dəzgahlar tapılmışdır.
Erkən orta əsrlərdə Albaniyada təsərrüfatın metallurgiya sahəsi yüksək inkişaf səviyyəsinə çatmışdı. Şirvan, Qarabağ, Gədəbəy, Şəki - Zaqatala və başqa bölgələr metal məhsulları istehsalı üzrə mərkəz rolunu oynayırdı. Bu dövrdə ən çox inkişaf etmiş sənət sahələrindən biri də dulusçuluq idi. Bundan başqa ağac emalı, daşyonma, gön-dəri, şüşə istehsalı və sair sahələr də inkişaf edirdi.
Bu dövrdə Albaniyada köhnə qədim şəhərlərin - Qəbələ, Naxçıvan, Dərbənd inkişafı ilə yanaşı, yeni şəhərlərin - Bərdə, Beyləqan və s. yaranması və şəhər həyatının canlanması prosesi gedirdi. Şəhər əhalisinin tacir və sənətkarlardan ibarət olan yuxarı dairəsi əlverişli iqtisadi və sabit ticarət fəaliyyətini təmin edə biləcək mərkəzi dövlət hakimiyyətinin olmasında maraqlı idilər. Albaniyada və Atropatenada şəhərlər iqtisadi əhəmiyyətinə və roluna görə üç tipə bölünürdü: 1) beynəlxalq ticarət yolları üzərində meydana çıxmış şəhərlər. Bu tipə aid edilən Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan şəhərləri iri inzibati və ticarət-sənətkarlıq mərkəzləri idilər. Mənbələrdə bu şəhərlər «böyük» və «məşhur» şəhərlər adlandırılmışdır. 2) Ticarət yollarından kənarda, qapalı ərazilərdə yerləşən, sənətkarlıq və ticarət mərkəzi kimi
tanınan şəhərlər, bu tip şəhərlərin sırasına Şəki, Şəmkir, Girdman, Naxçıvan və başqaları daxildir. 3) Kənd tipli şəhərlər və yaxud əkinçilik xarakterli şəhərlər; bunlar sosial-iqtisadi mənada şəhər olmayıb, əslində vilayətlərin inzibati mərkəzləri idi. Bu tipli şəhərlərə Torpaqqala (Qax), Mingəçevir və başqaları daxil idi. Albaniyanın paytaxtı Bərdə şəhəri Yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzlərindən biri olub, İran körfəzi, Orta Asiya, Atropatena (Cənubi Azərbaycan), Gürcüstan, Ərəb ölkələri. Bizans və Şimali Qafqazı birləşdirən karvan yollarının üzərində yerləşirdi.
Albaniyanın ərazisi və inzibati bölsüsii Alban dövləti erkən orta çağda geniş bir ərazini əhatə edirdi. Antik dövrdə olduğu kimi, Albaniyaya şimalda Qafqaz dağlarından, cənubda Araz çayına. Qərbdə İberiyadan (Alazan və İori çaylarının hal - hazırda Gürcüstan Respubikasmm ərazisinə düşən yuxarı axarlanndan) Şərqdə Xəzər dənizinə qədər olan torpaqlar daxil idi. Kürün sol sahilindəki Alban torpaqlarında Çola, Lpina, Kambisena və başqa vilayətlər yerləşirdi. Çola vilayəti Dərbənddən Beşbarmaq dağına qədər Xəzər sahilini əhatə edirdi və bu vilayətin Çola və Dərbənd kimi iki şəhəri var idi. Çola ilə Şəki arasında Lpina vilayəti yerləşirdi. Kürdən cənubda Paytakaran, Arsax, Uti və Sünik vilayətləri yerləşmişdi. İndiki Yuxarı Qarabağ və Mil düzünün bir hissəsi Arsax vilayəti adlanırdı.
Albaniyanın siyasi tarixinin əsas məsələləri
Albaniyanın siyasi tarixini üç dövrə bölmək olar:
1. Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə qədər). Moisey Kalankatlının «Alban tarixi» əsərində Arşaki nəslindən olan on hökmdarın adı çəkilmişdir.
2. Sasani mərzbanlığı dövrü (510 - 629-cu illər).
3. Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630 - 705-ci illər).
I əsrdə Arşaki nəslindən olan I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini vahid dövlətdə birləşdirmişdi. Tarixdə onun və varislərinin hakimiyyət dövrü haqqında geniş məlumatlar yoxdur. 226-cı ildə yaranmış Sasani dövlətinin Roma ilə apardığı uğurlu müharibələrin nəticələri Albaniya üçün böyük təhlükə yaratmışdı. 262-ci ildə Albaniya Sasani dövlətinin nüfuz dairəsinə daxil edilsə də, 272-ci ildə onun asılılığından çıxa bilmişdi. Müxtəlif vaxtlarda Alban hökmdarlarının Sasanilərdən asılılığı nominal səciyyə daşıyırdı. Bəzi hallarda bu asılılıq qohumluq münasibətləri ilə pərdələnirdi. Albaniyanı öz hökmdarları idarə edir və onlar çox zaman müstəqil siyasət yeritməyə çalışırdılar. Alban hökmdarı Urnayrın (313 - 371) dövründə bütpərəstliklə mübarizə güclənmiş, xristianlıq dövlət dini elan edilmiş və kilsələrə torpaqlar bağışlanmışdı. Ümumiyyətlə, xristianlıq Albaniyada I əsrdən yayılmağa başlamışdı, Qafqazda ilk xristian məbədi indiki Şəki ərazisində Kis (Kiş) kəndində inşa edilmişdi. Urnayrın dövründə Albaniya əhalisinin bir hissəsi xristianlığı qəbul etmişdi, qalan əhali öz əvvəlki dinində qalmışdı. Alban katalikosluğunun mərkəzləri müxtəlif vaxtlarda Çola, Qəbələ və Bərdə şəhərləri olmuşdur.
Sasani hökmdarı II Şapurun vassalı və müttəfiqi olan Urnayr Romaya qarşı Sasanilərin apardığı müharibələrdə hərbi qüvvə ilə iştirak edirdi, 359-cu il Amid və 371-ci il Dzirav döyüşlərində sasanilərin tərəfində çıxış etməkdə Umayrm əsas məqsədi Albaniyanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqdan ibarət idi. 359-cu il Amid döyüşündə Sasani - Alban qüvvələri qalib gəldiyindən Albaniya əvvəllər itirdiyi Arsax, Naxçıvan və Kaspiananı geri qaytarmışdı. Ancaq 371-ci il Dzirav döyüşündə müttəfiqlər məğlub olduqlarından Alban torpaqlarının bir hissəsi Romanın əlinə keçmişdi.
Umayrdan sonra hakimiyyətdə olmuş Ycsuagenin dövründə Alban əlifbası yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. 444- cü ildə hökmdar taxtında atası Yesuageni əvəz etmiş II Vaçenin hakimiyyəti dövründə (444 - 463) Partav (Bərdə) şəhəri salınmış və dövlətin paytaxtı bu şəhərə köçürülmüşdü. II Vaçenin dövründə Albaniyanın hərbi - siyasi və beynəlxalq vəziyyəti çox gərgin olmuşdur. Bu, Sasani hökmdarı II Yezdəgerdin (438 - 457) Cənubi Qafqazla bağlı siyasətini hədsiz dərəcədə sərtləşdirməsi ilə bağlı idi. Sasanilər Xəzər sahilləri boyunca bütöv bir müdafiə tikililəri silsiləsinin (Beşbarmaq, Gilgüçay və alınmaz Dərbənd) salınması işlərinə çoxlu Alban əhalisini cəlb edirdilər. Bu zaman əhali əsas məşğuliyyətindən ayrıldığından, ölkənin təsərrüfat həyatına ağır ziyan dəyirdi. Bu işlər üçün Alban əhalisindən çoxlu vergi də toplanırdı. Sasanilər ölkənin ən mühüm strateji bölgələrinə fars dilli əhali köçürüb yerləşdirirdilər və onlar yerli Alban əhalisinin hesabına ən yaxşı torpaqlarla təmin olunurdular. Bu yolla sasanilər etnik dayaq yaratmağa çalışırdılar. Cənubi Qafqazdakı xristianlara Romanın və Bizansın tərəfdarları kimi baxan sasanilər hər vasitə ilə albanları, iberləri və digər xalqları mədəni - ideoloji assimilyasiyaya uğratmağa yönələn siyasət yürüdürdülər. Bu zaman əsas diqqət Cənubi Qafqazda zərdüştlüyün yayılmasına verilirdi. II Yezdəgird 450-ci ildə Alban, İber hökmdarlarını və digər hakimləri paytaxt şəhəri Ktesifona çağıraraq onlara zorla zərdüştlüyü qəbul etdirmişdi. Onların arasında Alban hökmdarı və Yezdəgirdin bacısı oğlu II Vaçc də var idi. Sasani hökmdarı zərdüştlüyü Cənubi Qafqazda yaymaq üçün 700 kahin göndərmişdi və onlardan 300-ü Albaniya üçün nəzərdə tutulmuşdu.
Sasanilərin həyata keçirdiyi köçürmə, vergi və dini siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez - tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.
457-ci ildə II Yezdəgirdin ölümü ilə II Vaçe zərdüştlükdən imtina edərək xristianlıq məzhəbinə qayıtmış və həmin il II Vaçenin başçılığı ilə Albaniyada sasanilərə qarşı üsyan başlamışdı. Sasani hökmdarı Firuz 462-ci ildə hunları -onoqurları üsyanın yatırılmasına cəlb etdikdən sonra bir illik ağır döyüşlərdən sonra, 463-cü ildə üsyançılar məğlubiyyətə uğramışdılar. II Vaçe taxtdan salınmış və Albaniyada çar hakimiyyəti ləğv edilmişdi. Nəticədə ölkəni Sasani mərzbanı idarə etməyə başladı.
481- 484-cü illərdə Albaniya, İberiya və başqa bölgələrdə sasanilərə qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili müstəqil idarəetmə hüququ qazanmışdı. Xristianların təqibi dayandırılmış, Albaniyadan Sasani xəzinəsinə daxil olan bacın miqdan isə azaldılmışdı.
Məzdəkilər hərəkatı. Sasani hakimiyyəti altında olan Atropatenada V əsrin 80-ci illərində Məzdəkilər adlanan güclü bir xalq hərəkatı (481 - 529) başladı. Hərəkatın başçısı Məzdəkin əsas ideyası allahın yaratdığı nemətlərin insanlar arasında bərabər bölünməsindən ibarət idi. Məzdəkilər əmlak və sosial bərabərliyi yaratmaq, ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Hərəkatda kəndlilər, sənətkarlar, şəhər yoxsulleın və bəzi əyanlar da iştirak edirdilər. Məzdəkin ardıcılları iri əyanların malikanələrinə və varlı tacirlərin evlərinə basqınlar edərək onların əmlaklarını öz aralannda bölüşdürürdülər. İri torpaq sahiblərinin bir çoxu öldürülmüş, çoxları isə ölkədən qaçmışdı. Sasani hökmdarı I Qubad (488 - 531) hiylə işlədərək üzdə bu hərəkatı himayə edirdi. O, Məzdəkilər hərəkatından mərkəzi hakimiyyətə düşmən olan iri əyanları və din xadimlərini sıradan çıxarmaq üçün istifadə edirdi. Hərəkatın çox təhlükəli həddə qədər genişləndiyini görən I Qubad siyasətini dəyişdi və 529-cu ildə Məzdəkilər hərəkatını amansızlıqla yatırdı. Hərəkatın başçıları və Məzdək qətlə yetirildi. Hərəkat iştirakçılarına kütləvi divan tutularaq 80 minə qədər adam öldürüldü.
III Vacaq anın hakimiyyətə 2əlntəsi. 487-ci ildə Albaniyada III Va- çaqan hakimiyyətə gəldi. III Vaçaqanm hakimiyyətdə olduğu 487 - 510-cu illər Albaniyanın siyasi, mədəni və dini dirçəlişi dövrü hesab edilir. III Va- çaqan Sasani zülmündən qaçıb dağılışmış kəndliləri, sənətkarları geri qaytardı, sadə xalqın dinc əməklə məşğul olmasına şərait yaratdı, kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. Sasanilərə qarşı çıxdıqları üçün torpaq və əmlakları əlindən alınmış hakim zümrənin nümayəndələrinin mülkiyyət hüquqları bərpa edildi. Sasanilərə qulluq edən əyanların isə hüquqları məhdudlaşdırıldı. O, yeni kilsələr tikdirir, kilsə məktəbləri açdırır və digər dindən olanları sıxışdırırdı.
Müstəqil Alban kilsəsinin siyasi gücünü dövlət hakimiyyətinin möhkəmləndirilməsinə yönəltmək məqsədi ilə III Vaçaqan 488-ci ildə Aluen kilsə məclisini çağırdı. Məclisdə yüksək rütbəli din xadimləri və böyük torpaq sahibləri iştirak edirdi. Məclisin qəbul etdiyi 21 maddədən ibarət qanunlar toplusu kilsə xadimlərinin, dini və dünyəvi əyanların hüquqlarının və vergi münasibətlərinin tənzimlənməsinə həsr olunmuşdu.
III Vaçaqan Alban Arşaki sülaləsinin sonuncu nümayəndəsi oldu. 510-cu ildə onun ölümü ilə sasanilər Albaniyada hökmdar hakimiyyətini ləğv etdilər.
510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri - mərzbanlar idarə edirdilər. Böyük mərzbanlıq adlanan bu dövrdə Azərbaycan dəfələrlə Bizansla Sasanilər arasında gedən müharibənin meydanına çevrildiyindən ölkənin iqtisadiyyatı tənəzzülə uğrayır, şəhərlərimiz və kəndlərimiz dağıdılır, əhalimiz qırılır və mədəniyyət abidələrimiz məhv edilirdi. Sonuncu Sasani - Bizans müharibəsi (603 - 628) Bizansın qələbəsi ilə başa çatdı. Bu qələbənin qazanılmasında Bizansla ittifaqda olan Xəzər xaqanlığı böyük rol oynamışdı. Buna görə də Bizansın razılığı ilə Albaniya ərazisi Xəzər xaqanlığının siyasi təsiri altına düşdü.
Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti. Girdman knyazlığı.
VI əsrin sonu - VII əsrin əvvəllərində Albaniyada Mehrani nəsli möhkəmlənmişdi. Bu nəslin nümayəndələri Sasanilərlə qohum olub, Albaniyanın Girdman vilayətini idarə edirdilər. Mehranilər Albaniyada siyasi cəhətdən möhkəmlənmək üçün Arşaki nəslindən olan bütün iri əyanları məhv etmiş və onların torpaqlarını və əmlaklarını ələ keçirmişdilər. Mehranilər Sasanilərlə qohum olsalar da, yerdə qalan Alban əsilzadələri ilə yaxınlaşmış, xristianlığı qəbul etmiş və albanlaşmışdılar. 629 - 630-cu illərdə Xəzər xaqanlığında daxili çəkişmələrin güclənməsi ilə Xaqanın öldürülməsi Mehranilərin qəti hərəkətə keçməsinə imkan yaratdı. Albaniya Xəzər xaqammn siyasi asılılığından çıxaraq müstəqillik qazandı. Varaz Qriqor 630-cu ildə Albaniyanın knyaz taxtına oturdu. Varazm hakimiyyəti dövründə (630 - 642) Albaniya Sasanilərlə yaxınlıq etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı müharibədə Sasanilərə köməyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı aparılan ağır döyüşlərdə bir sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra vətəninə dönmüş və 642-ci ildən böyük knyaz titulu ilə Albaniyanı idarə etməyə başlamışdı. Moisey Kalankatlı «Alban tarixi» əsərində Cavanşiri dövləti ədalətlə idarə edən, bütün gücünü öz ölkəsinin inkişafına və təhlükəsizliyinin təmin olunmasına yönəldən bir hökmdar kimi təsvir etmişdir. Cavanşirin ölkədə quruculuq, təsərrüfat və abadlıq işləri aparması, paytaxt şəhəri olan Bərdədə və digər yerlərdə gözəl saraylar və binalar tikdirməsi, alimləri, şairləri, elm və mədəniyyət xadimlərini himayə etməsi haqqında məlumatlara rast gəlinir. Onun hakimiyyəti dövründə Albaniyamn sərhədləri qərbdə İberiyaya, şimalda «Hun qapıları» adlandırılan Dərbəndə, cənubda isə Araz çayına gedib çatırdı.
Cavanşirin xarici siyasətinin əsas məqsədi Albaniyanın bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi. Cavanşir ərəblər tərəfindən məğlubiyyətə uğrayan Sasani qoşunlarının Alban torpaqlarına dağıdıcı basqmlarımn qarşısını almaq üçün bir neçə dəfə savaşa girərək qalib gəlmiş, Girdman, Uti, Sakasen və digər vilayətləri, paytaxt şəhəri Bərdəni sasanilərdən təmizləmişdi. Cavanşirin Sasanilərə qarşı müttəfiqi İberiya idi. Ərəblərin Azərbaycanın cənubundan-Atropatenadan Albaniyaya basqmlarının güclənməsi Cavanşiri güclü bir dövlətə - Bizansa sığınmağa məcbur etmişdi. Albaniyanın strateji əhəmiyyətini əsas götürən və ərəb hücumları qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdən Bizans hökmdarı II Konstantin 660-cı ildə Cavanşiri himayəsinə qəbul edərək onunla «səmimi» ittifaqa girmişdi. Bizans hökmdarının Albaniya ölkəsi ilə bağlı verdiyi fərmanda Cavanşir Girdman hakimi və Aqvan (Alban) knyazı adlandırılmışdır. O, Cavanşirə söykənəcəyi qızıldan olan bərbəzəkli qızıl taxt, öz belindən açdığı mirvarilərlə bəzədilmiş qılınc göndərmiş və 1200 Aqvan əsilzadəsinə patrisi və digər yüksək əyan rütbələri bağışlamışdı.
662-ci ildə Xəzərlərin qazanc və qənimət dalınca Albaniya üzərinə yürüşünün qarşısını almaq üçün Cavanşir onlarla Kür çayı sahilində döyüşə girdi və qalib gəldi. M.Kalankatlınm yazdığına görə, Cavanşir böyük qələbə qazandığı üçün düşmənə belə söyləmişdi: «Get, Çola qapılarından (Dərbənd keçidi) geri qayıt və bir də buraya gəlmə, çünki Tann sənin gücünü yox etmişdir».
«Alban tarixi»nə görə 665-ci ildə Türküstanın və ya Hunların hökmdarının saysız-hesabsız qoşunla Alban torpaqlarına çox təhlükəli yürüşlərini dayandırmaq üçün Cavanşir hunların düşərgəsinə getmiş, onlarla sülh bağlayıb Hun hökmdarının qızı ilə evlənmişdi. Cavanşir bu yolla əsir alınmış 1200 nəfər kişini, çoxlu at və mal-qaranı geri qaytarmışdı.
Bizansın getdikcə zəifləməsi və Ərəb dövlətinin güclənməsi şəraitində Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci ildə Ərəb xəlifəsi Müaviyənin Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını qəbul edərək ölkəsini dağıntıdan xilas etdi. 670-ci ildə xəlifə Müaviyə ilə ikinci dəfə diplomatik danışıqlar apararaq Albaniyanın daxili müstəqilliyini qoruyub saxladı. Xəlifə onun ölkəsi üzərinə qoyulmuş ağır vergini ikiqat azaltmış və bundan sonra əvvəlki məbləğin üçdə birinin ödənilməsi ilə razılaşmışdı.
680/681-ci ildə Cavanşir tarixdə səbəbi dəqiq bilinməyən saray çevrilişi nəticəsində öldürüldü. Onun yerinə keçmiş qardaşı oğlu Varaz Trdat (680 - 699) mərkəzdən qaçan narazı qüvvələri zərərsizləşdirərək böyük knyaz hakimiyyətini bütün ölkə ərazisində bərpa etdi. Ölkə ərəblərə əvvəlki qaydada bac verirdi və ərəblər onu Albaniyanın və Uti vilayətinin hökmdarı kimi tanıyırdı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərin (hunların) ölkəyə hücumlannm qarşısını diplomatik yolla aldı və onlarla sülh bağladı.
VII əsrin 90-cı illərində Cənubi Qafqaz uğrunda Bizans - Ərəb qarşıdurması gücləndi. Varaz Trdat ərəblərlə yaxınlıq etdiyinə görə 699-cu ildə Bizans tərəfindən hakimiyyətdən salınmış və o, 5 il Konstantinopolda əsir həyatı yaşamalı olmuşdu. Bu zaman erməni katalikosu İliya Alban kataliko- sunun Bizansa meyllənməsi, Albaniyadakı xristianlıq məzhəbini Bizansdakı məzhəblə eyniləşdirməsi haqqında xəlifə Əbdülmalikə cəsusluq etməyə başladı. Əbdülmalikin 704-cü ildə göndərdiyi ərəb qoşunu Alban katalikosu və digər bizanspərəst qüvvələri qılıncdan keçirtdi. Bundan sonra Alban kilsəsi erməni kilsəsinə tabe edildi. 705-ci ildə hakimiyyətə qaytarılmış Va- raz Trdat ərəb təəbəliyini qəbul etdi. Bu vaxtdan Albaniya faktiki və hüquqi baxımdan tamamilə ərəblərin hakimiyyəti altına düşdü. Varaz Trdatdan sonra Albaniyanı ərəb əmirləri idarə etməyə başladılar.
Mədəniyyət
Erkən orta çağda Albaniyanın maddi və mənəvi mədəniyyətində mühüm dəyişikliklərin baş verməsi şəhər həyatının inkişafı, memarlıq abidələrinin inşası və xristian dininin yayılması ilə bağlı idi. Bu dövrdə ölkədə çoxlu qalalar, sədlər, saraylar, kilsə və məbədlər tikilmişdi. Belə abidələrdən Alazan çayı sahilindəki Torpaqqala, Ağdamdakı Govurqala, İsmayıllıdakı Cavanşir qalası, Şirvan səddi, Dərbənd səddi və başqaları Alban memarlığının çox yüksək səviyyədə olduğunu göstərir. Albaniya dünyada xristianlığın ən qədim mərkəzlərindən biri olduğundan cəmiyyətin mənəvi həyatına bu din güclü təsir göstərmişdir. Albanların öz yazısı, öz təqvimi və məktəbləri var idi. Alban əlifbası 52 hərfdən ibarət idi. Son araşdırmalara görə V əsrdə bu əlifba uti ləhcəsinə uyğun şəkildə yenidən işlənib hazırlanmışdı. Alban əlifbasının hansı səsləri ifadə etməsi müəyyən olunmuş, alban dilində yazılmış dini kitab - “İncil” dövrümüzə qədər gəlib çatmışdır. Albaniyanın mənəvi mədəniyyət abidələrini erməni dilinə çevirmiş Qriqoryan kilsəsi alban dilində yazılmış abidələrin böyük əksəriyyətini məhv etmişdir.
Albanlar ilk vaxtlar Ay təqvimindən, IV əsrin ortalarından isə İsgəndəriyyə məktəbi üçün səciyyəvi olan təqvimdən istifadə edirdilər. Bu təqvimdə ilin başlanğıcı avqustun 29-u götürülürdü.
Albaniyada V əsrdə məktəblər fəaliyyət göstərirdi. M.Kalankatlınm yazdığına görə. Alban hökmdarı Yesuagen uşaqlann məktəblərə göndərilməsi və onlara yazmağın öyrədilməsi, məktəblərdə uşaqlann, hətta yeməklə təmin olunması haqqında əmr vermişdi. Yesuagen Alban əlifbasının yeni variantını başa çatdırandan sonra, dini kitabların yunan dilindən alban dilinə tərcüməsinə xüsusi diqqət yetirirdi.
Albaniyanın mənəvi - dini dirçəlişi III Mömün Vaçaqanın adı ilə bağlı idi. Xristianlığı bütün ölkə ərazisində yaymaq üçün bütpərəst və atəşpərəstləri, kahinləri təqib edən, ölkədən qovan III Vaçaqan yeni kilsə və mo- nastrlar tikdirir, məktəblər açırdı. O, kəndlərə gələrkən ilk növbədə məktəblərə baş çəkər və şagirdləri başına toplayardı. Uşaqlann əllərində kitablar və yazı lövhələri olardı. M. Kalankatlının yazdığına görə, «hökmdar hamının ucadan kitab oxumasını əmr edər, özü isə buna xəzinə tapan adam kimi sevinərdi». III–VII əsrlərdə Azərbaycanda möhkəmlənən feodal münasibətləri əsasında mədəniyyət də inkişaf edirdi. Hələ xristianlıq qəbul edilənə qədər Albanların öz yazıları olmuşdur və bütün ölkə üçün ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı.V əsrin başlanğıcında arami qrafikası əsasında alban əlifbası təkmilləşdirilmişdir. Antik müəlliflərə görə hələ e.ə.I əsrdə albanlar öz yazılarından istifadə edirdilər. V əsrdə artıq 52 hərfdən ibarət təkmil əlifba mövcud udi. Erkən alban ədəbiyyatı əlverişli tarixi mədəni şəraitdə təşəkkül tapdı. Bizə gəlib yetişən Alban ədəbiyyatı nümunələrinə aşağıdakıları aid etmək olar. Moisey Kalankatuklunun “Alban tarixi”, VII əsr şairi Davdəkin eleqiyası (Cavanşir haqqında), alban hüquq mənbələri olan kilsə qanunları (Aquen kilsə məclisində qəbul edilən qanunlar, 705-ci ildə Simeonun qanunu adı ilə tanınan Partov (Bərdə) məclisinin qnunu)
1948-ci ildə Mingəçevirdə aşkar olunmuş alban yazıları böyük əhəmiyyət daşıyır. Bu alban yazısı 21 işarədən ibarət olan 4 sətirlidir. Albaniyada əlifba tərtib olunduqdan sonra əyan və ruhani uşaqları üçün məktəblər də açılmışdı. Burada uşaqlara Tövrat öyrədilirdi.
Albaniyada ədəbiyyat və elm də inkişaf edirdi. O zaman Albaniyada bəzi antik müəlliflərin əsərləri–Homerin “İliadasi”, Vergilinin “Eneidasi” məlum idi. Səlnamələr alban incəsənətinin də yüksək səviyyəsi haqqında məlumat verir. Məsələn Girdiman qalasındakı məbədin içərisi rəssamlar tərəfindən işlənmiş , qapıları gümüş və müxtəlif bəzək əşyaları ilə işlənmişdir. Belə abidələrə Qax rayonunun Qum və Ləkit kəndləri yaxınlığında və Mingəçevirdə qazıntılar zamanı rast gəlinmişdir.
Atropatenanın da mədəni həyatında inkişaf baş verirdi. Burada Qazaka şəhəri (Təxti-Süleyman yax.) öz gözəlliyi ilə insanı valeh edirdi. Eramızdan əvvəl Atropatendə İran –Arami əlifbası əsasında inkişaf etmiş Pəhləvi yazısı işlənmişdi.
Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd, Bərdə (Partav), Çola (Çora), Hunarakert (Hun şəh.), Paytakaran, Təbriz, Şiz, Ərdəbil, Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Qəbələ, Şabran, Xalxal, Beyləqan və s. var idi. Şimala gedən yollar üzərində sədlər tikilmişdir. Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı. Şirvan səddi (Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkilmiş, Çıraqqala bu səddin başlanğıcında dağ zirvəsində yerləşirdi. Digər sədd Samur çayından şimalda inşa edilmişdir. Ən əzəmətli Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı. Orta hissəsində qala var idi. Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı sahili), Govurqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağdam) qalaları inşa olunmuşdu. Alban məbədlərinin qalıqlarına Qəbələ, Qax, Yuxarı Qarabağ, Şəki, Zaqatala, Mingəçevir, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir.
Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani imperiyasının tərkibində olması mütərəqqi hadisə idi. Çünki ölkənin bütün bölgələri arasinda daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Ölkəmizin etnik-siyasi və mədəni birliyinin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Sasani əsarətinə qarşı uzunsürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.
Dostları ilə paylaş: |