Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Xilafətin inzibati idarəetmə sistemi və köçürmə siyasəti



Yüklə 457,4 Kb.
səhifə25/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   76
FF tarix

Xilafətin inzibati idarəetmə sistemi və köçürmə siyasəti

Ərəblər işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda da canişinlik-əmirlik idarəetmə sistemindən istifadə edirdilər. Əməvilərə qədər ərəblər Azərbaycanı və Aranı əl - Cəzirə adlanan dördüncü əmirliyə, Əməvilərin vaxtında isə üçüncü əmirliyə daxil etmişdilər. Buradakı ərəb ordusunun başçısı olan əmir Dəbil (Dvin) şəhərində otururdu. Abbasilər dövründə əmirliyin mərkəzi Bərdə şəhərinə köçürüldü. «Alban tarixi» ndə bununla bağlı deyilir ki, Abbasilərin hakimiyyətə gəlməsi «Vətənimiz üçün böyük bədbəxtlik oldu, çünki ərəblər knyazlardan Albaniyanın paytaxtı Bərdəni aldılar və burada torpağımızın sərvətlərini soyub talamaq üçün öz iqamətgahlarını yaratdılar».

Çox böyük hərbi və mülki səlahiyyətlərə malik olan əmirin sərəncamı altında xüsusi tapşırıqları icra edən məmurlar çalışırdı. Belə məmurlardan biri mülki hakim olan amil vergi yığılması işinə, məhkəmə idarəsinin rəisi olan qazı isə vəqf işlərinə nəzarət edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında müntəzəm olaraq rabitəni təmin etmək üçün bərid (bəril) adlanan poçt xidməti yaradılmışdı. Poçt idarəsinin rəisləri yerli hakimiyyət orqanlarının fəaliyyətləri haqqında da mərkəzə məlumatlar ötürməklə, siyasi polis vəzifəsini də icra edirdilər.

Xilafətin Azərbaycanda, xüsusilə Aranda inzibati siyasətində şimal sərhədlərindəki əsas şəhərlərdə və məntəqələrdə ərəb qarnizonlarının - rahatların yaradılması mühüm yer tuturdu. Müxtəlif bölgələrdə hərbi məskənlər olan rahatların yaradılması və şəhərlərdə qarnizonlar yerləşdirilməsində əsas məqsəd qayda - qanunu və asayişi qoruyub saxlamaqdan, üsyan və çıxışları yatırmaqdan, sərhədlərdə isə Bizans və Xəzərlərin hücumlarının qarşısını almaqdan ibarət idi.

Ərəb ağalığı dövründə inzibati idarəetmə sisteminin quruluşu göstərir ki, Azərbaycan böyük ölkə olub, sərhədləri şimalda Dərbənddən cənubda Həmədana qədər uzanırdı. Ərəb müəllifi İbn Hövqəl Azərbaycan, Arran (Arazdan şimaldakı Azərbaycan torpaqları belə adlanırdı) və Ərməniyyənin (indiki Türkiyə ərazisindədir - Red.) ümumi xəritəsini yaratmış və maraqlıdır ki, çox düzgün olaraq onu «Azərbaycanın xəritəsi» adlandırmışdı.

Ərəblər ələ keçirdikləri Azərbaycan ərazilərində möhkəmlənmək, özlərinə dayaq yaratmaq, əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq məqsədi ilə köçürmə siyasəti yeridirdilər. Suriya, Kufə, Bəsrə və başqa yerlərdən çoxsaylı ərəb mühacirləri köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilirdi. Əməvi xəlifələri ərəb köçkünlərinə ən yaxşı torpaqları ayırmaqla onları oturaq həyata alışdırmaq, xəzinəni təqaüd xərclərindən azad etmək və əhalini islama gətirmək niyyətində idi. Azərbaycanda və Aranda çox münbit torpaqları ələ keçirən ərəblər böyük imtiyazlardan istifadə edir və yerli əhaliyə həqarətlə yanaşırdılar.

Köçürmə siyasətini davam etdirən Abbasi xəlifələri Azərbaycanın cənubunda daha çox Yəməndən gələn ərəbləri yerləşdirirdilər. Dərbənd və onun ətrafına daha çox ərəb köçürülmüşdü. Bunun bir səbəbini də xəzərlərin şimal sərhədlərimizə olan aramsız hücumlarının qarşısını almaq zərurəti təşkil edirdi.

VIII əsrin sonu - IX əsrin əvvəllərində ərəb qəbilələrinin Azərbaycana köçürülməsi prosesi dayansa da, artıq burada həddindən çox ərəb yaşayış məskəni var idi. Ümumiyyətlə, ərəblərin köçürmə siyasəti Azərbaycanda demoqrafik vəziyyətin kökündən dəyişdirilməsinə, əhalinin assimilyasiya edilərək ərəbləşdirilməsinə, bir sözlə Azərbaycanın bir ərəb yurduna çevrilməsinə yönəldilmişdi. Lakin son nəticədə bu siyasət öz məqsədinə çatmadı. İşğalçı ərəb köçkünləri oturaq həyata keçdikcə yerli xalqın məişət və adət-ənənələrini, hətta dilini qəbul edərək tədricən öz etnik mənsubiyyətlərini itirməyə başladılar. Azərbaycanda olan ərəblər XII əsrdə artıq xeyli dərəcədə öz dillərini unutmuş və Azərbaycan əhalisinə qaynayıb qanşmışdılar. Hal - hazırda Şimali Azərbaycanda onlarla yer adlarının tərkibində «ərəb» sözü (məsələn: Ərəbuşağı, Ərəbşamlı, Ərəbbəsrə və s.) olsa da. Mərkəzi Asiyadan fərqli olaraq bizim ölkəmizdə ərəb dilində danışan bir kənd belə qalmamışdır.

VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövlətin yaradıcısı olan Məhəmmədin təlimi-İslam dini feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsi və genişlənməsində böyük rol oynadı.

Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri qalırdılar. Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Əmirliyi xəlifə tərəfindən təyin edən əmir idarə edirdi. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yaradıldı. Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.Hər nahiyə 12 rayondan. hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədana qədər urtardı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir. Qazi- məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxmırdılar. Ona görə də yerli feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar ərəblər qoşunlarının təşkilində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta xristianlardan (zimmi) istifadə edirdilər).

Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə, Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərdə hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə olunurdu. Qarnizonda yerləşən dəstələr nəinki hərbi xidmət göstərir, eləcə də təsərrüfat işlərinə baxır, tabeliklərində olan ərazilərə nəzarət edir, müqavilədə nəzərdə tutulan vergilərin toplanmasına, mükəlləfiyyətlərin yerinə yetirilməsinə göz olurdular. Qarnizonların saxlanılması onsuz da Xilafətin ağır vergi boyunduruğuna düşmüş yerli əhalinin üstündə idi.Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmlən-dirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)

Xilafətin şimal hüdudlarının möhkəmləndirilməsi xəlifələr tərəfindən həyata keçirilən köçürmə siyasəti ilə müşayiət edildi: özlərindən əvvəlki işğalçıların (iranlıların və b.) yolu ilə gedən ərəblər böyük miqdarda ərəb əhalisini həmin vilayətlərdə məskunlaşdırdılar. Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox yerdə sərt iqlim şəraitində yaşayan ərəbləri cəlb edir, öz yerlilərinin burada xəlifə qulluğunda olmasından istifadə edənlər axışıb Azərbaycana gəlirdilər. Mənbələrin (əl-Bəlazuri, İbn əl-Fəqih və b.) məlumatına görə hələ "Əli ibn Əbu Talib (656-661) əl-Əşas ibn Qeysi Azərbaycana hakim təyin etdikdə... o, Ərdəbildə əta və divan siyahısına salınmış ərəblərdən yerləşdirdi... Ərəblər Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və Şamdan olan qohumları da buraya axışdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir hissəsi isə əcəmlərin torpağını satın aldı. Kəndlər həmin ərəblərin himayəsinə keçdi, belə ki, ərəblər onları müdafiə etməli idilər, kəndlilər isə ərəblərin yardarına çevrildilər".




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin