Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycan IX yüzilliyin ikinci yarısı – XIII yüzillikdə



Yüklə 457,4 Kb.
səhifə28/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   76
FF tarix

Azərbaycan IX yüzilliyin ikinci yarısı – XIII yüzillikdə.

P L A N

1.Xilafətin dağılması şəraitində Azərbaycanda ictimai siyasi vəziyyət, müstəqilləşmə prosesinin başlanması.

2.IX-XII əsrlərdə müstəqil feodal dövlətlətləri. Azərbaycan Atabəylər dövlətinin yaranması.

3. Azərbaycan Elxanilər dövlətinin tərkibində.

4. IX-XIV əsrlərdə Azərbaycanda təsərrüfat həyatı, şəhərlər və mədəniyyət.

Ədəbiyyat

1. Azərbaycan tarixi. VII cilddə, II cild, Bakı, 2007.

2. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə Bakı, 2005.

3. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı 2007.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. səh. 121-137.

4. Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə. Bakı, Azərnəşr, 1996.

5. Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007.

6. Əhmədov S. Azərbaycan tarixindən yüz şəxsiyyət. Bakı, 2006.

7. Baxşəliyeva G. Orta əsrlərdə ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Bakı, Nurlan, 2005.

8. Məmmədov Eldəniz. Türk dünyasının görkəmli şəxsiyyətləri: Bakı, Mütərcim, 2010.

9. Vəlixanlı N. IX-XII əsrlər ərəb coğrafiyaşünasları Azərbaycan haqqında. Bakı, 1974.

10. Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993.



11. Məmmədxanlı Ə. Babək. Bakı, Azərnəşr, 1994.

Abbasilər xilafətinin dağılmasının gedişində Azərbaycanda ilk yaranan dövlət Şirvanşahlar oldu. Dövlətin ərazisini Dərbənddən Kür çayınadək olan Azərbaycan torpaqları təşkil edirdi. Şirvana hakimlik edən Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid xəlifə əl-Mütəfəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə bağlı Bağdadda baş verən qarışıqlıqdan istifadə edərək mənbələrə görə 861-ci ildə “Şirvan işlərində müstəqilləşdi”. Heysamın mənsub olduğu Məzyədilər kökcə Rəbiə adlanan ərəb tayfasından olub, IX əsrdə Arranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirliyi idarə edirdilər. Heysam ibn Xalid Məzyədilərin Şirvanşah titulunu qəbul etmiş ilk nümayəndəsi oldu. Məzyədilər sülaləsi Şirvanşahlığı 861-ci ildən 1027-ci ilədək idarə etmişlər. Heysamın nəvəsi II Heysam Məhəmməd oğlu dövlətin sərhədlərini möhkəmləndirdi, paytaxt Şirvan şəhərində məhsulun saxlanması üçün anbarlar tikdirdi, Dərbənddə yerləşən və dinsizlərə qarşı mübarizə aparan döyüşçülərin ərzaqla təminatını yaxşılaşdırdı. O, əhaliyə münasibətdə ədalətli siyasət yeritməyə çalışırdı. Azərbaycanın şimalındakı bir sıra mülklər bir-birinin ardınca Şirvanşahlığa birləşdirilmişdi. Şirvanşah Məhəmmədin qoşunları 981 - 982-ci illərdə Qəbələni, 982 - 983-cü illərdə Bərdəni, 983 - 984-cü illərdə Şabranı ələ keçirtmişdi. Şirvanşah qədim Şabran şəhərinin yenidən qurulması üçün inşaat işlərinə başlamış, qala divarlarını yenidən tikdirmişdi. Xilafətin tənəzzülü şəraitində Azərbaycanın çox mühüm strateji bölgəsində Qafqaz dağları ilə Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb köklü Haşimilərin idarə etdiyi Dərbənd əmirliyinin 988-ci ildə Şirvanşahlığa birləşdirilməsi çox böyük hadisə idi. Qədim türk yurdu olan və mənbələrdə “Dəmir qapı” adlandırılan Dərbənddə Şirvanşahlar böyük quruculuq işlərinə başladılar. Dərbənd səddi və şəhərin qala divarları təmir edilərək möhkəmləndirildi. Dərbənddən sonra Xursan və Tabasaran torpaqları da Şirvanşahlığa birləşdirilmiş, Şəki və Sənariyyə hakimləri isə Şirvanşahlıqdan asılı vəziyyətə salınmışdı. Azərbaycanın şimal - şərq torpaqlarında Şirvanşahlığın yaranması və möhkəmlənməsi tariximizin o dövrü üçün çox böyük siyasi hadisə hesab olunur. Vətənimizin bir hissəsində VIII əsrin əvvəllərində ərəblər tərəfindən məhv edilmiş dövlətçiliyimiz Şirvanşahlığın yaranması ilə bərpa olunmuşdu. Şirvanşahların ölkəmizin şimal sərhədlərinin qorunması üçün atdığı addımlar rus, alan və şərirlərin basqınlarının qarşısının alınmasını xeyli asanlaşdırmışdı. 1027-ci ildə Mənüçöhr Şirvan taxtına çıxdıqdan sonra Məzyədi sülaləsi üzvləri ərəb köklü adlarından imtina edərək Sasani hökmdarlarına məxsus adları daşımağa başladılar. Nəticədə bu tarixdən Şirvanşahlar özlərini Kəsranilər kimi tanıtmağa çalışırdılar. Azərbaycanın şimalında ərəblər tərəfindən Arran, sonrakı dövrlərdə isə Şirvan adlandırılan bölgənin ən qədim şəhərlərindən biri Şamaxı idi. Bizim eranın II əsrində yaşamış antik müəllif Klavdi Ptolomey bu qədim şəhər haqqında danışarkən onu Şamexiya (və yaxud Kamexiya) adlandırmışdı. Şamaxı Şirvanşahların ikinci paytaxtı idi. İlk paytaxt olan Şirvan şəhəri isə yer üzündən silinmişdi. Şirvan şəhəri qədim Şabranla Şamaxı arasında yerləşirdi. Ərəb müəllifi əl - Müqəddəsi yazırdı ki, Şirvan düzənlikdə yerləşən böyük şəhər olub, tikililəri daşdandır, bazar meydanında Baş (Cümə) məscid yerləşir və ortasından çay keçir. X əsrdə Şirvanşahlığın Dərbənd, Bakı, Şamaxı və Şabran şəhərləri çox mühüm ticarət mərkəzlərinə çevrilmişdi. Əl-Müqəddəsi 985-ci ildə yazırdı ki, Bakı bu bölgənin yeganə dəniz limanıdır. IX - XI əsrlərdə Bakıda çoxlu neft çıxarılırdı ki, bu da bir sıra Şərq ölkələrində hərbi işdə istifadə olunurdu. Neftdən təsərrüfatda, məişətdə və müalicə işində də geniş istifadə edilirdi.

Məzyədilərin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə düşürdülər. Onlar IX əsrin axırlarında əvvəlcə Sacilər, sonra isə Salarilərdən asılı vəziyyətə düşmüşdülər. X əsrin əvvələrində Rusların Azərbaycana istilaçı yürüşləri Xəzərsahili əyalətlərə, xüsusilə Dərbənd, Bakı, Şirvan, Beyləqan və Bərdəyə böyük ziyan vurdu.

XI əsrin 60-70-ci illərində Şirvanşah Fəribruzun dövründə Şirvanşahların siyasi vəziyyəti daha da ağırlaşdı. Şəddadi Şavür buraya hücum edərək bir sıra qalaları ələ keçirdilər və 40 min dinar xərac alaraq oranı tərk etmişdilər. XI əsrin 50-ci illərindən Səlcuq türklərinin Azərbaycana yürüşləri zamanı dövlət onların vassalığına çevrildi və “Şirvanşah” titulu ləğv edildi. Şirvan ölkəsini vassal tabeliyə salmış səlcuqlar. Şirvanşahların hakimiyyətini zəiflədə bilmədilər. Artıq XI əsrin sonunda Şirvanda siyasi yüksəlişin başlanması nəzərə çarpırdı.XII əsrdə Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə qədəm qoydu.

Fəribruizun oğlanları II Məniçohr və I Əfrudinun dövründə Şirvan dövləti daha da möhkəmləndi.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin