Azərbaycanda Salarilər (Salaroğulları) sülaləsinin hakimiyyətə gəlməsi
941-ci ildə Azərbaycanda Sacoğluların sonuncu hökmdarı Deysəm taxtdan salınmış və Salaroğulları (Salar türkcə “yurd tutan” deməkdir - Red.) adlanan sülalə hakimiyyətə gəlmişdi. Kəngərli türk soyundan olan Salar nəsli Azərbaycanla Mazandaran sərhəddində olan Deyləm vilayətini idarə edirdi. Sülalənin ilk nümayəndəsi Mərzban ibn Məhəmməd (941 - 957) əvvəlcə Azərbaycanın cənubunu, sonra qısa müddətdə bütün ərazisini öz hakimiyyəti altında birləşdirə bilmişdi. Salarilər dönəmində də Azərbaycan dövlətinin paytaxtı Ərdəbil şəhəri olaraq qalırdı. Mərzban ibn Məhəmməd Azərbaycanın şimal - qərb torpaqlarını, o cümlədən Şirvanşahlığın ərazisini özünə tabe edib, Dərbənd şəhərinə də yiyələnmişdi. Ərməniyyə və Şərqi Gürcüstan (Kartli - Kaxetiya) dövlətimizin sərhədlərinə qaytarılmışdı. Salarilər dönəmində Azərbaycan dövlətinin ərazisi daha da böyümüşdü: şimalda Dərbənd keçidindən başlayaraq cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarınadək, şərqdə Gilan da daxil olmaqla. Xəzər sahilindən qərbdə Kartli - Kaxetiya, Dvin, Van ətrafı torpaqlar da daxil olmaqla çox böyük ərazi Azərbaycanın nəzarəti altında idi. Bu o anlama gəlir ki, Salarilər dövründə də bütün Azərbaycan torpaqları bir vahid mərkəzdən idarə olunurdu. Salarilər dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başlamışdı. Rusların 909 - 910-cu illər, 914-cü il quldur basqınları Xəzər sahilindəki şəhər və kəndlərimizə böyük fəlakətlər gətirmişdi. 944-cü ildə ruslar tərəfindən Bərdə şəhərinin tutulması və 20 min insanın öldürülməsi nəinki Azərbaycanda, hətta bütün İslam dünyasında böyük həyəcanla qarşılanmışdı. Çünki Bərdə Xilafət dönəmində bölgənin ən böyük şəhəri idi və hər il yüzlərlə ticarət karvanının gəlib - getdiyi bir mərkəz rolunu oynayırdı. Ancaq kafir rusların Bərdəyə bu basqını qədim şəhərimizə böyük fəlakətlər gətirdi. Şəhər öz əvvəlki əhəmiyyətini itirdi. “Bərdə faciəsi” XII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi Nizami Gəncəvinin əsərində də təsvir olunmuşdur. Mərzban Mosul hakimlərinin Azərbaycana yürüşlərini dəf etdikdən sonra Azərbaycanın güneyində Rey uğrunda türk xanədanı Buveyhilərlə toqquşmuş, ancaq 948 - 949-cu ildə Qəzvin döyüşündə məğlubiyyətə uğramışdı. 957-ci ildə Mərzban vəfat etmiş və hakimiyyətə qardaşı Vəhsudan gəlmişdi. Mərzban ibn Məhəmmədin oğulları varisliklə bağlı atalarının vəsiyyətinə əməl etmədiyindən 966-cı ilədək Azərbaycanda Vəhsudanla Mərzbanın oğlu ibrahim arasında hakimiyyət uğrunda qanlı savaş getmişdi. 966-cı ildən ölkəni təkbaşına idarə edən İbrahimin hakimiyyətinə isə 981-ci ildə Rəvvadi nəsli tərəfindən son qoyulmuşdu. Lakin Rəvvadilər sülaləsi Azərbaycanın yalnız Araz çayından cənubdakı torpaqlarına nəzarət etməklə kifayətlənmişdilər.
Azərbaycan Rəvvadilər sülaləsinin hakimiyyəti dövründə (981 - 1071)
Ərəb köklü Rəvvadi nəsli 775-ci ildən Təbriz və onun çevrəsində hakimlik edirdi. Rəwad əl-Əzdi və oğulları quruculuq işləri apararaq Təbrizi kiçik bir kənddən böyük bir şəhərə çevirmişdilər. Tarixi qaynaqlara görə, məşhur qəhrəmanımız Babək iki il Məhəmməd ibn Rəwadın yanında qulluq etmişdi. Rəvvadilər bir əsr ərzində Təbriz, Marağa, Qaradağ və Əhər vilayətlərində hakimiyyət sürmüş, bu zaman bəzən xəlifədən asılı, bəzən də müstəqil olmuşdular. Bu nəslin nümayəndələrindən olan Əbülhicanın adı Salaroğlu Mərzbana tabe olaraq, ona xərac verən (955/956) əmirlər sırasında çəkilmişdi. Elə 981-ci ildə Əbülhica, Salari İbrahimin əlindən hakimiyyəti alaraq Azərbaycan taxtına oturmuşdu. Rəwadilərin dövründə Azərbaycan dövlətinin paytaxtı Təbriz şəhəri oldu. 988-ci ilədək hakimiyyətdə olmuş Əbülhicanı əvəz etmiş oğlu Məmlan 30 ilə yaxın Azərbaycan taxtında oturmuşdu. Məmlandan sonra taxta çıxan Vəhsudanın hakimiyyəti dövründə (1020 - 1059) oğuzlann Azərbaycana axınları başlamışdı. Qəznəvilərə qarşı üsyan qaldırmış və 1028-ci ildə Azərbaycanda sığınacaq tapmış 2000 oğuz ailəsini (10000 nəfərdən çox əhali) dostcasına qarşılamış, onlara yerləşmək üçün torpaq vermişdi. Rəwadilərin Muğan hakimliyini ələ keçirmək üçün apardıqları döyüşdə iştirak edən şair Qətran Təbrizi əsərlərində Vəhsudanı görkəmli bir dövlət xadimi kimi vəsf etmişdir. Vəhsudanın dövründə, 1052-ci ildə zəlzələ nəticəsində paytaxt şəhərimiz Təbriz dağılmış və bu zaman 40 min nəfər həyatım itirmişdi. 1054/1055-ci ildə Səlcuq Sultanı Toğrul bəy Azərbaycana yürüş edərək Təbrizə daxil olanda, İbn əl-Əsirin yazdığına görə, Vəhsudan Sultan Toğrula tabe olaraq onun adına xütbə oxutmuş, pul kəsdirmiş, çoxlu hədiyyələr verərək oğlunu da girov göndərmişdi. Vəhsudamn ölümündən sonra Sultan Toğrul onun oğlu Məmlanı Azərbaycanın hakimi kimi tamsa da, digər Səlcuq Sultanı Alp Arslan Azərbaycanda Məmlanm idarəsinə son vermiş və yerinə Səlcuq əmiri təyin etmişdi. Səlcuq Sultanı 1071-ci ildə məşhur Malazgird döyüşündə Bizans üzərində parlaq qələbə qazanıb geri qayıdarkən Məmlanm uşaqlarını da yaxalayaraq özü ilə aparmışdı. Beləliklə, Azərbaycanda Rəwadilərin hakimiyyətinə felən son qoyulmuşdu.
Dostları ilə paylaş: |