Azərbaycanın şimal -qərb torpaqları Şəddadilərin hakimiyyəti dövründə
Şəddadi nəslinin ulu babası Gurtaq Dvin və Ani bölgələrində məskunlaşmış türk boyundan olub, Salaroğlulanmn ordusunda xidmət etmişdir. Qədim qrabarca yazılan qaynaqlarda və Movses Xorenlinin əsərlərində Başlan (Ağn) adlanan həmin bölgələrdə Bulqar, Vanak, Tork (türk) boylannm yaşadığından bəhs edilmişdir. 900-cü illərin əwəllərində yaşamış Gurtaq oğluna Xəzərlərdə və Bulqarlarda geniş yayılmış Şad adım qoymuşdu. Sülalənin daşıdığı Şəddad adı “Şad”ın ərəbcəyə uyğunlaşdırılmış formasıdır. Şəddadın oğlu Məhəmməd 951-ci ildə Dəbili (Dvini) ələ keçirmiş və bu şəhəri əlində saxlamaq üçün Salari Mərzbanla mücadilə etmişdir. Ondan əvvəl gəlib Gəncədə yerləşmiş və əhali içərisində etibar qazanmış Fəzl ibn Məhəmməd 971-ci ildə Gəncənin ilk Şəddadi hakimi oldu. Şəddadilərin mərkəzi hakimiyyətdən aynlaraq 971-ci ildə Azərbaycamn şimalında müstəqilləşməsinin qarşısını almaq üçün Salari İbrahimin Gəncəyə hücumu uğursuz olmuşdu. Bunun nəticəsində Arranın Bərdə, Şəmkir, Naxçıvan və başqa şəhərləri, habelə Dəbil və ətrafdakı torpaqlar Şəddadilərin hakimiyyəti altına keçmişdi. Şəddadilər sülaləsinin ilk hökmdarı Ləşkəri (971 - 978) olmuşdur. Ondan sonra, 978 - 986-cı illərdə hakimiyyətdə olmuş Mərzubanm bacarıqsızlığı bir çox vilayətlərin, o cümlədən Bərdənin itirilməsi ilə nəticələnsə də, 986-cı ildə Azərbaycan taxtına çıxan Fəzl ibn Məhəmməd (985/986 - 1030/1031) uğurlu yürüşlər nəticəsində Bərdə, Beyləqan, Xaçm, Sünik, Gorus, Taşir və Tiflisə qədər olan əraziləri yenidən dövlətimizin sərhədlərinə qaytarmışdı. 1030-cu ildə isə ölkəmiz üçün şimaldan təhlükə yaradan alanları məğlubiyyətə uğratmışdı. I Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə Azərbaycanda sənətkarlıq və ticarət inkişaf etmiş, memarlıq-tikinti işləri genişlənmişdi. O, 1027-ci ildə Araz çayı üzərində hərbi və ticarət əhəmiyyəti daşıyan və xalqımızın memarlıq incilərindən biri sayılan Xudafərin körpüsünü saldırmışdı.
I Fəzlin digər oğlu Əbüləsvar Şavurun dövründə (1049/1050 - 1067) Azərbaycan dövləti əvvəlki qüdrətini bərpa etmişdi. Şavur 1022-ci ildən Dəbildə müstəqil idarə etdiyindən onun Azərbaycan taxtına çıxması ilə 1049-cu ildən sonra Dəbil əmirliyi də bir mərkəzdən - Gəncədən idarə olunmağa başladı. Şavur Şirvanşahlan özündən asılı vəziyyətə salmış. Bizansa qarşı savaşlarda uğur qazanmışdı. Səlcuqların bölgədə böyük güc sahibinə çevrilməsini nəzərə alan Şavur Sultan Toğrulun vassalı olmağa razılıq versə də, Sultan Alp Arslanın müttəfiqi olmuşdur. Şəddadilərin dövründə Azərbaycanda sənətkarlıq, ticarət və şəhərlər inkişaf etmişdi. Şəddadi hökmdarı Şavur Gəncə şəhərinə xüsusi diqqət yetirirdi. Alan, gürcü və digər düşmənlərin hücumlarının qarşısını almaq üçün şəhərin ətrafında xəndəklər qazdırmış, hasarlar çəkdirmiş və möhkəm qala qapıları düzəltdirmişdi. 1063-cü ildə inşa edilmiş məşhur Gəncə qala qapıları böyük sənətkar İbrahim Osmanoğlunun əlindən çıxmışdır. Şəddadilərin sayəsində Gəncə şəhəri Aranın baş şəhərinə çevrilmişdi. Şəddadilər sarayının ən məşhur divan şairi Qətran Təbrizi olmuşdur.28 il Dvində (Dəbil), 18 il Gəncədə, üst - üstə 46 il hakimiyyət sürmüş Şavur 1067-ci ildə vəfat etmiş və Gəncə Cümə məscidində dəfn olunmuşdu.
Şəddadilərin axırıncı hökmdarı III Fəzlun (1074-88) səlcuqlardan asılılığı son qoymaq istəyirdi. Bunu görən Səlcuq sultanı Məlikşah 1088- ci ildə sərkərdə Buğanın başçılığı ilə Gəncəyə qoşun göndərdi. Şəhər müdafiə olunmasına baxmayaraq təslim oldu.III Fəzlun əsir götürülərək Bağdada göndərildi və 1091-ci ildə orada vəfat etdi. Bununla da Şəddadilər dövlətinin tarixi sona çatdı.
Dostları ilə paylaş: |