Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycanda islam dininin yayılması



Yüklə 457,4 Kb.
səhifə24/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   76
FF tarix

Azərbaycanda islam dininin yayılması

Dünyamn ən mütərəqqi dini olan İslam və onun əsas kitabı Quran Allahın buyruğu ilə Məhəmməd Peyğəmbər Əleyhüssəlam tərəfindən bəşəriyyətə bəxş edilmişdir. Məhəmməd Peyğəmbər (Ə) 610-cu ildən ərəblər arasında bu dini yaymağa başlamış və onun vasitəsilə ərəb qəbilələrini 630- cu ildə siyasi cəhətdən bir dövlətdə birləşdirmişdi. Ərəblər işğal etdikləri ərazilərdə əhalini imana gətirmək üçün İslam dinini yayırdılar. İslamdan qabaq Azərbaycanın cənub torpaqlannda zərdüştlük, şimalında - Albaniyada isə xristianlıq və bütpərəstlik dinləri yayılmışdı. Azərbaycanın cənub bölgələrində və Muğanda islam dininin tez yayılmasının əsas səbəbini həmin bölgələrdə Sasanilərin zərdüştlük dinindən xalq! itaətdə saxlarnaq vasitəsi kimi istifadə etməsində axtarmaq lazımdır. Çünki hakimiyyət rəmzi olan zərdüştlük xalqın gözündən düşmüşdü. Xalq islamı qəbul etməklə zərdüştlükdən uzaqlaşmaq və Sasani zülmündən qurtulmaq istəyirdi. Ərəblərin ilk vaxtlarda müsəlmanların bərabərliyi haqqındakı şüarları, Sasanilərə nisbətən əhali üzərinə az vergilər qoyması islamın Azərbaycanın cənubunda tez, cəmi bir əsr ərzində yayılmasına şərait yaratdı. Xilafətdə hakimiyyət 750-ci ildə Əməvilərdən Abbasilərə keçən vaxt Azərbaycanın Araz çayından cənubdakı torpaqlarında əhalinin müsəlmanlığı qəbul etməsi prosesi başa çatdı.

Ərəblər Tövrata, İncilə ibadət edən yəhudi və xristianların (Kitab əhli olanların) dininə toxunmur, onlardan cizyə adlanan can vergisi almaqla kifayətlənirdilər. Ərəblər əslində Albaniyada xristian kilsəsinə və kitab əhli olan xristianlara toxunmamalı idilər. Ancaq maraqlıdır ki. Xilafət başqa xristian ölkələrindən fərqli olaraq Azərbaycanın şimalında - Albaniyada kilsəyə qarşı VIII əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdı. Daha çox siyasi mahiyyət daşıyan bu tədbirlər Alban feodallarının və kilsə xadimlərinin ərəblərə qarşı qəti düşmən mövqedə dayanması və öz din qardaşları olan Bizansa arxalanması ilə bağlı idi. Bunun nəticəsidir ki, Albaniyada vahid allaha tapınan bir dinin vahid allah ideyasını təbliğ edən başqa bir dinlə əvəz olunması prosesi bir qədər uzun və ağrılı keçmişdir. Burada islam dininin «qılmc gücünə» yayılması göz qabağındadır. Alban katalikosunun və Alban çarının dul arvadının xəlifə Əbdülmalikin əmri ilə 704-cü ildə edam etdirilməsi bu tarixi reallığı açıq-aydın göstərir. Nəticədə Alban kilsəsi ərəblərlə əməkdaşlıq edən qriqoryan kilsəsinə tabe edildi. Bundan sonra kilsə işləri, ibadət və yazı Alban dilində deyil, qrabarda (qədim erməni dili) aparılmalı idi. Kim Alban kilsəsinin müstəqilliyinə çalışardısa, «qılıncla yox edilməli» idi. Alban yazısı 705-ci ildə qadağan olundu. Alban dilində olan səlnamə və qanun topluları məhv edildi. Alban əhalisinin böyük hissəsi zor gücünə islama gətirildi, bir hissəsi qonşu xristian ölkələrə qaçdı, bir qismi isə qriqoryanlığa keçdi. Görkəmli alimimiz akademik Ziya Bünyadovun araşdırmalarına görə. Alban kilsəsi erməni kilsəsinə tabe edilsə də, Albaniyanın Arsax adlanan ərazisi heç bir zaman erməni mədəniyyəti mərkəzinə çevrilməmişdir. Erməni kilsəsi tarix boyu yeni şəraitə və siyasi vəziyyətə uyğunlaşmağı bacarmış, əvvəllər Bizansa, Sasaniyə, Ərəb xəlifələrinə, monqollara və digərlərinə boyun əydikləri kimi, sonralar Səfəvilərə və Rusiya çarına qulluq göstərərək Albaniyanın mənəvi mədəniyyətini tarixdən silməyə çalışmışdır.

Tariximizin ana qaynaqlarından sayılan «Kitabi Dədə Qorqud» boylarında Əmən bəyin Ərəbistana gedib Peyğəmbərin gül üzünü görüb qayıtması, əsgi türk Tanrısının yerinə tez - tez Allah adının çəkilməsi, hardansa gəlmiş bir saqqalı uzun tat (ərəb) kişinin əzan verməsi, oğuzların müqəddəs kitab olan Qurana and içmələri, kafirlərə qarşı Məhəmməd dini yolunda döyüşlərə girmələri haqqında çox maraqlı məlumatlara rast gəlinir. Oğuz igidi Dəli Domrulun yaxşı igidlərin canını alan Əzraillə cəng etməsi və bu döyüşdə Əzrailin qalib gəlməsi rəmzi olaraq oğuz türklərinin islamı qəbul etməsinin göstəricisi sayıla bilər. Dədə Qorqud boyları ulu əcdadımız olan Oğuz türklərinin islamın yayılma çağında yaşadıqlarını tarixi baxımdan sənədləşdirilmişdir.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin