MÖVZU: IV
Azərbaycan Ərəb xilafətinin tərkibində
Plan
1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici və daxili siyasəti.
2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. İslam dininin yayılması.
3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.
ƏDƏBiYYAT
Azərbaycan tarixi. VII-cilddə, I-ci cild, Bakı, 2007.
Azərbaycan tarixi Z.Bünyadovun redaktorluğu ilə. Bakı 2005.
3.Azərbaycan tarixi üzrə qaynaqlar. Prof. S.S.ƏliyarImın redaktəsi ilə. Bakı, 2007.
4. Z.Bünyadov və Yusif Yusifov. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (I ,II hissə),Bakı 2007
5. K.Şükürov.Azərbaycan tarixi (Elmi-nəzəri və praktik problemləri). I , hissə. B,2004
6.Musa Quluzadə.Azərbaycanın Dövlətçilik tarixi, Bakı,2016
7.Ağayev R. Ərəb xilafəti dövründə Azərbaycanın əhalisi.Bakı,2017
8.Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan,Bakı,1993
VIII əsrin əvvəllərində ərəb ordulannm Azərbaycan torpaqlarına yürüşləri daha geniş və intensiv xarakter aldı. Ərəb feodal dövlətinin yaranması (630-cu il) onun İran və Bizans imperiyaları əleyhinə yürüşləri ilə eyni vaxtda başladı. Ön Qafqaz uğrunda III əsrdən başlamış və fasilələrlə davam edən Bizans və Sasani imperiyası arasındakı müharibə əsasən Azərbaycan ərazisində gedirdi. Müharibə Azərbaycanın təsərrüfatını dağıdır, məhsuldar qüvvələrin inkişafını ləngidirdi. VII əsrin əvvəllərində müharibənin yeni mərhələsi başlandı.Ərəb tarixçisi Təbəri və başqalan VII əsrin 30-cu illərində ərəb sərkərdələrinin Vətənimiz Azərbaycana ilk yürüşləri və burada yerli xalq olan türklərlə döyüşlər aparması haqqında məlumat vermişdilər. Xilafət qoşunu 634-636-cı illərdə Yərmurq Bizans qoşunlarını məğlub edib Suriyanı ələ keçirdi. Bu qələbə ərəblərin İrana yolunu açmış oldu. Xəzərlərlə müharibələr və daxili çəkişmələr nəticəsində Sasani imperiyası xeyli zəifləmişdi. 638-ci ildə Ərəb qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. Ərəblərin İlkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe olan ölkələrdən kömək istədi. Belə bir əmr olan Alban çarı Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzaq oğlu Rüstəmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyələrlə mükafatlandırılmışdır. Sasani hökmdarı ona mirvari ilə bəzədilmiş qızıl kəmər, qızıl dəstəkli qılınc verdi və başına gözəl tac qoydu.
Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin döyüşdə sərkərdə Rüstəm həlak oldu. 639-cu ildə Cavanşir döyüşün mənasızlığını- görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Cavanşir (616-681) 21 yaşında Albaniyanı idarə etməyə başladı. 7 il vuruşduqdan sonra o, mübarizəni vətənində davam etdi. Əvvəlcə, Albaniyanı İran feodallarından təmizlədi, Bərdədə əsir götürülmüş anasını və qarldaşlarını xilas etdi. Sasanilər imperiyası dağıldıqdan sonra Cavanşir ərəblərə qarşı mübarizəni davam etdirməli oldu. Həmin ildə Azərbaycana soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.
639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları cənubdan Azərbaycan ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi. Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o da ərəblər tərəfindən məğlub edilir. 642-ci ildə isə Nahəvənd döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı. 639 - 642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar.Ərəblər Ərdəbil şəhəri üzərinə hücum edib, qalib gəldiklərindən Azərbaycanın cənub torpaqlarının mərzbanı İsfəndiyar 644-cü ildə ərəb sərkərdəsi ilə müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə əhali tabe olub torpaq və can vergisi ödəməli idi. Ərəblər isə onların dini etiqad və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlərə aman verir, ərəb qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 646-cı ildə Naxçıvandan hücuma başlayan ərəblər Arana hücum edib Beyləqan və Bərdə şəhərlərini ələ keçirdi. Daha sonra Qəbələ, Şivan, Şabran əhalisi təslim oldular. Bu şəhərlərin də əhalisi xərac və cizyə vermək şərti ilə ərəblərlə sazişə girməyə məcbur oldular. Göründüyü kimi, ilk vaxtlar ərəblər ələ keçirdikləri ərazilərdə tam möhkəmlənmək gücündə olmadıqlarından öz hakimiyyətlərini müqavilələr şəklində rəsmiləşdirirdilər.
643-cü ildə Əbdürrəhmanın başçılığı altında ərəblər Bələncər yaxınlığında xəzərlərlə müharibəyə başladı və özü də döyüşdə öldürüldü.653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücumlarını davam etdirirdilər.
Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib taxta çıxdı. Albaniyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan tayfalarını ağıl və haqq yoluna gətirdi.Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”
Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.
654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.
662-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncər yaxınlığında məğlub edən Xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məğlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get, Çola qapılarından (Dərbənd ) geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.Lakin 665 –ci ildə ərəblər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyənin görüşünə gedir.Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arsında gedən diplomatik danışıqlara vasitəçilik etmişdi. Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrətdən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş etdi”.
Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstəqilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.
Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi “ təsdiq etdi.
VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır. Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər qalırlar.Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsədə 704-cü ildə ərəblər onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.
Belə bir siyasi vəziyyətdən xəyanətkar ermənilər istifadə edirlər Erməni katalikosu İlya Xəlifə Əbd.əl. Malikə məktub yazaraq alban katalikosu Nerses və Cıpramanın guya gizli şəkildə Bizasla münasibətdə olduğu haqqında xəbər göndərir. Xəlifə İlyaya məktub göndərir və əmr edir:” Biz əmr etdik ki, bizim ağalığımıza qarşı çıxmış albanların etiqadında sizin dininizə uyğun düzəlişlər edilsin” Nerses və Sparama isə Partal (Bərdə)şəhərində məhv edildi.
705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassall mövqeyini də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeçiliyinə düşür.
Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla boyun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbaycanın istilaını başa çatdırdılar.
Xilafət 705-ci ildə Albaniyada Mehrani sülaləsinin hakimiyyətinə son qoydu. Ərəblər VIII əsrin əvvəllərində Azərbaycanın işğalını başa çatdırdılar. VIII əsrin 20 - 30-cu illərində Azərbaycan torpaqlan uğrunda ərəb-xəzər savaşları da xilafətin qələbəsi ilə başa çatdı.
Dostları ilə paylaş: |