Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə18/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   76
FF tarix

Mannanın dövlət quruluşu. Manna dövlətinin paytaxtı, yəni hökmdar şəhəri İzirtu idi. Dövlətimizi həmin şəhərdə taxtda oturmuş hökmdar idarə edirdi. E. ə. VIII - VII əsrlərdə Mannada hakim sülalənin hakimiyyəti irsən ötürülürdü. İranzudan sonra taxta onun böyük oğlu Aza, sonra digər oğlu Ullusunu oturmuşdu. Ahşerini oğlu Ualli əvəz etmişdi. Mannada hökmdarın yanında fəaliyyət göstərən Ağsaqqallar Şurası məşvərətçi orqan idi.Manna dövlətinin ərazisi vilayətlərdən ibarət idi. Onları hökmdarın təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər

Əlverişli təbii - coğrafi mövqeyi Mannada əkinçiliyin və maldarlığın inkişafına şərait yaratmışdı. Burada dəmyə əkinçiliyi ilə yanaşı, azyağmtılı torpaqlarda süni suvarma əkinçiliyi yayılmışdı. Mannada iki və altı cərgəli arpa, bir neçə növ buğda və darı əkilirdi. Assur hökmdan II Sarqona aid mixi yazısında Mannadakı anbarlardan götürülmüş «keyfiyyətli çaxırı onun döyüşçülərinin çay suyu kimi içməsindən» bəhs edilir. Həsənlidə aparılan qazıntı işlərinin nəticələri bölgənin iqtisadiyyatında əkinçiliyin çox mühüm yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı 157 cərgəli arpa, bir növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir. Həsənli-İranda, Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən Zaqroş dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Tikinti qurğularının qalıqları göstərir ki, Həsənli xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl geologiyasını verən Həsənli təpəsi 27,5 metr dərinliyə qazılmışdır. Bu geologiya tarixi məlum olan abidələrlə keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin nəticələrindən istifadə vasitəsilə müəyyənləşdirilmişdir.

Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər cür şərait var idi. Mixi yazılarında Manna torpaqlarında iri və xırdabuynuzlu mal saxlanılması və at ilxıları bəslənilməsi haqqında maraqlı məlumatlar verilmişdir. Manna əhalisi oturaq olduğundan burada yaylaq maldarlığı geniş yayılmışdı. Xarici işğalçılar Mannaya hücumlar zamanı buradan qənimət kimi qaramal, davar at və dəvə aparırdılar. Həsənlidə tapılmış qablar üzərindəki təsvirlərə görə Mannada bir və ya iki at qoşulmuş döyüş arabaları var idi.

Manna çox zəngin faydalı qazıntılara malik idi. Mis, dəmir, qızıl və qurğuşun yataqlarının olması Mannada dağ - mədən işinin və sənətkarlıq sahələrinin yüksəlişi üçün əlverişli şərait yaratmışdı. Burada mis qab-qacaqlar, zərgərlik məmulatları hazırlanırdı. Manna sənətkarları yüksək kefiyyətli saxsı qablar istehsal edə bilirdilər. Mannada ayrı-ayrı sənət sahələri üzrə (dəmirçilik, misgərlik, zərgərlik və silah istehsalı) emalatxanalar fəaliyyət göstərirdi. Həsənli, Ziviyə və Marlıqtəpədə tapılan qızıl və gümüş qablar, zərgərlik məmulatları (qızıl kəmərlər, sırğalar, boyunbağılar, bilərziklər və s.) bədii metalişləmənin çox yüksək səviyyədə olduğunu göstərir. Ziviyə dəfinəsinə aid qızıl döşlük (pektoral) hakimiyyət rəmzi sayılırdı. Mannada memarlıq, daşyonma və bənnalıq sənətləri də yüksək səviyyəsi ilə seçilirdi. Toxuculuq və boyaqçılıq sənəti də inkişaf etmişdi. Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksidir. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır. Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R.Girşman hesab edir ki, bu yeri tutan türk tayfaları ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir. Dəfinədə 350-dək qızıl, gümüş, tunc və sümükdən hazırlanmış incəsənət əşyaları vardı. Əşyaların əsas kütləsini e.ə. VIII-VII əsrlərə aid edirlər. Bir çox əşyalarda Urartu, Suriya-Finikiya və Aşşur incəsənətinin təsiri maddiləşmişdir. Dəfinədə məlum olan Ön Asiya incəsənəti abidələrindən başqa qarışıq üsluba malik olan əşyalar da təmsil edilmişdir.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin