Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə11/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   76
FF tarix

Orta tunc dövrü. Bu dövr e.ə. III minilliyin sonlardan-e.ə. II minilliyin I yarısına qədər davam etmişdir. Orta tunc dövründə Azərbaycanda sənətkarlıq peşəkar sahəyə çevrilmiışdi. Boyalı qablar mədəniyyəti yarandı. Yaşayış yerlərində sənətkarlıq məhəllələrinin varlığı xüsusi sənətkar zümrələrinin formalaşması ilə bağlı olmuşdur. Belə ki, bu dövrdə sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil inkişaf edir. Sənətkarlıq məhsullarına artan tələbatı ödəmək üçün bu və ya digər sənət sahəsi ilə məşğul olan şəxs başqa işlərdən əl çəkir, bütün diqqətini yalnız öz sənətinə verirdi. Cəmiyyətin həyatında mühüm rol oynayan ikinci böyük ictimai əmək bölgüsü, sənətkarlığın bütün sahələrinin (dulusçuluq, metalişləmə, ağac və sümükişləmə və s.) sürətlə inkişafı nəticəsində baş vermişdi. Sənətkarlığın müstəqil inkişafı nəticəsində sənətkarlıq məhsulları satlıq məhsula-əmtəəyə çevrilməyə başlamışdı. Alqı-satqının isə genişlənməsi öz növbəsində tacirlər zümrəsinin yaranmasına səbəb oldu.

Azərbaycanın bir çox bölgələrindəki Orta Tunc dövrü yaşayış məskənləri, kurqanlar, torpaq və daş qutu qəbirlər, qalalar və qayaüstü təsvirlər öyrənilmişdir. Bu mərhələdə kənd tipli yaşayış məskənləri ilə yanaşı ilkin şəhər mərkəzləri də yaranmışdır.Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Belə mərkəzlər mühüm tica-rət yolları üzərində yaranmış, əlverişli yerlərdə – əsasən təbii təpələr üzərində, də-rin yarğanlı çay kənarlarında salınmış və möhtəşəm müdafiə divarları ilə əhatə olunmuşdur. Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Urmiya sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə belə şəhər tipli yaşayış məskənləridir. Qədim Naxçıvan şəhəri Orta tunc dövründə yaranmış, 3500 il bundan əvvəl tanınmışdır. Bu, Azərbaycanda (indiki Naxçıvan MR ərazisində) ilkin şəhər dövlətlərindən birinin mərkəzi olmuşdur.

Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.

Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanmış, xış əkinçiliyi tətbiq edilmişdi. Əsasən buğda, arpa və darı becərilirdi. Üzümçülük də kənd təsərrüfatının inkişaf etmiş sahəsi idi. Belə ki, arxeoloji tədqiqatlar zamanı tapılan mədəni üzüm tumları, şirəsıxan daş təknələr bu dövrdə üzüm emalının və şərabçılığın yarandığını göstərir. Bu dövrdə bağçılıq, bostançılıq inkişaf etmişdir.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin