Qobustan Kiçik Qafqaz dağlarının qurtaracağında Böyükdaş, Kicikdaş və Cingirdağ zonasında yerləşir. Qobustanda zəngin qayaüstü təsvirlərlə yanaşı, daş dövründən başlamış orta əsrlərədək çoxlu maddi-mədəniyyət abidələri vardır. Onlardan ibtidai-insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar və s. göstərmək olar.Qobustan 1947-ci ildən İshaq Cəfərzadənin rəhbərliyi altında öyrənilir. Arxeoloji qazıntılar zamanı Qobustanda 14 qədim düşərgə, 30-dan çox kurqan öyrənilmişdir. Bu məskənlərdən “Ana zağa”, “Kənizə”, “Firuz”, “Ovcular”, “Yazılıtəpə” və s. göstərmək olar.“Firuz” adlı mezolit dövrü düşərgəsində aşkar edilmiş qəbir böyük elmi əhəmiyyətə malikdir. 11-nəfərin dəfn olunduğu bu qəbirdən balıq toru toxumaq üçün sümük alətlər, daşdan, heyvan dişlərindən düzəldilmiş muncuqlar diqqəti cəlb edir. “Ana zağa” dan Neolit dövrünə aid gil qablar, boyunbağılar tapılmışdır.
Qobustan qayaustü rəsmləri daha böyük elmi əhəmiyyət daşıyır. Təqribən 750 qaya üzərində 4000-ə qədər insan və heyvan təsvirləri müxtəlif işarələr aşkar edilmişdir. Qayalar üzərində oyma üsulu ilə çoxlu qayıq təsvirləri həkk olunmuş-dur.
Qayaüstü rəsimlər arasında ov səhnəsi, əmək prosesi, taxıl biçini, ibadət etmək, qiz qaçırmaq, yallıya oxşar rəqs etmək səhnələrinə rast gəlinir. Məhşur İsveç səyyahı Tur Heyerdal orada olarkən demişdir: “Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyildir. Bəs nə üçün sizinkilərin sorağı səkkiz minilliklərdən gəlir.”
Dostları ilə paylaş: |