Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə4/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   76
FF tarix

Orta əsrlər dövrünün öyrənilməsində fars, ərəb mənbələrinin böyük rolu olmuşdur. Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan bir sıra epiqrafik yazılarda Azərbaycanın ölkə adları öz əksini tapmışdır. Daş və saxsı üzərində yazılmış, cəmi yeddi-səkkiz cümlədən ibarət alban epiqrafik yazılarının oxunuşu və anlayışı çətindir.

“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı Azərbaycan tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci ildə bəlli olmuşdur. Kitabi Dədəm Qorqud” abidəsi Azərbaycan və Türkiyə türklərinin hal-hazırda da danışdığı Oğuz türkcəsində yazılmışdır və tarixi baxımdan ana qaynağımız hesab olunur. Maraqlı digər faktlardan biri də ondan ibarətdir ki, indi Azərbaycana ərazi iddiasında olan ermənilərin (və ya hayların) adı "Kitabi Dədəm Qorqud”da çəkilmir. Halbuki gürcülərin, abxazların, qıpçaqların və başqa qonşuların adları dəfələrlə çəkilməkdədir. Abidənin Drezden kitabxanasında saxlanılan əlyazması "Kitabi Dədəm Qorqud. Əla lisani-taifeyi Oğuzan” (3) adlanır və həmin nüsxə 12 boydan ibarətdir. KDQ-nin Vatikan əlyazması isə "Hekayəti-Oğuznameyi Qazan bəg və qeyri” (4) adlanır. Bu nüsxə isə Qazan xanla bağlı olan 6 boydan ibarətdir. Hər iki nüsxə Oğuz türkcəsində, ərəb qrafikalı əlifba ilə yazılmışdır.. Hər iki əlyazmada müqəddimə mövcuddur. Həm "D”, həm də "V” əlyazmasının hər səhifəsində 13 sətir, lakin, "D” nüsxəsinin ikinci səhifəsində 12 sətir vardır. "D” nüsxəsi 152 vərəq (yəni 304 səhifə), "V” nüsxəsi isə 49 vərəq (yəni 98 səhifə) olaraq dövrümüzə gəlib çatmışdır. Fonetik baxımdan "D” nüsxəsi Azərbaycan türkcəsinə, "V” nüsxəsi isə Doğu Anadolu türkcəsinə daha yaxındır.. Yeni tapılan 61 səhifəlik "Kitabi Dədəm Qorqud”un üçüncü Türkmən Səhra nüsxəsinə 13-cu və 14-cü boylar daxildir. Bundan başqa əlyazmada 20 yeni soylama (nəzm parçası) mövcuddur. Əlyazmanın vərəqində 14 sətir mövcuddur. Səhra Türkmən əlyazması isə Drezden və Vatikan əlyazmalarından sonra qələmə alınmışdır.

Alman şərqşünası H.F. Dits Drezden kitabxanasında “Dədə Qorqud” dastanlarını ilk dəfə aşkara çıxarmışdır. Hətta “Basatın Təpəgözü öldurdüyü boyu alman dilinə çevirərək nəşr etdirmişdir.

Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (Pəhləvi) və ərəb dillərində də “Oğuznamə” adı altında çevrilmişdir. Kitabın iki əsrə yaxın öyrənilmə tarixində böyük xidməti olan böyük rus türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk dövründə, yəni Qafqaz mühitində Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı torpaqlarda, yəni Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının açarı onun özündədir. Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman adlandırılsalar da, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar hələdə “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü işlədirlər.

“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini–mifoloji təsəvvür və adət ənənələr oğuzların ibtidai dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir. İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat keçirmişlər. Oğuzların əsas təsərrüfatı qoyunçuluq–maldarlıq, atcılıq və dəvə sürülərindən ibarətdir. İnamları xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.

At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən, hunlardan gəlmə bir inancdır. At igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.

Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə çəkilməsidir. “Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə edir. Lakin bəzi boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə uzlaşdırılan epizodlar vardır.Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik. Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşına dolduqda və igidlik göstərib “ərlik isdədikdə” ad alırdılar. Bu adlar islamdan çox-çox qabaq Oğuz dədələrin yaşatdığı türk adları idi.Oğuzların qadınları, qız-gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər. Kitabda oğuz-türk xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi, inzibati -ərazi baxımından çox qiymətli məlumatlar verilir.

Beləliklə, göstərmək olar k, “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan xalqının ümumilikdə türk xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində bir əvəzsiz mənbə rolunu oynayır.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin