Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə63/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   76
FF tarix

Şəki xanlığı. Şəki xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Hacı Çələbi xan olmuşdur.O, hələ Nadir şahın sağlığından Şəkini müstəqilləşdirə bilmişdi. Onun dövründə Xanlıq güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşen sultanlıqları Hacı Çələbinin (1747-1755) hakimiyyətini tanımağa məcbur oldular. Hacı Çələbi Gəncə və Qarabağ xanlıqlarını özünə tabe etmək uğrunda uzun müddət mübarizə aparmışdı. O, 1748-ci ildə Qarabağ torpaqlarına yürüş edərək bir sıra torpaqları ələ keçirmiş və bir aydan artıq Bayat qalasını mühasirədə saxlasa da tezliklə geri çəkilmişdi.

Şəki xanlığının getdikcə qüdrətinin artması, onun Gəncə və Qərb torpaqları uğrunda mübarizəsi, Azərbaycanın digər xanlarının və Kartli-Kaxetiya çarlığının ciddi narahatlığına səbəb olmuşdu. Gürcü çarı Teymuraz Gəncə və Qarabağı tutmağa çalışırdı. Hətta bu məqsədlə O, Dağıstan hakimlərinə müraciət etmiş və rədd cavabı almışdı.

1751-ci ildə Teymuraz və oğlu II İrakli Alazan çayını keçərək Şəki xanlığının ərazisinə daxil oldu. Fevral ayında gürcülər Car torpağında Hacı Çələbi ilə qarşı-laşdılar. XVIII əsr Gürcü xronikasında bu yürüş barəsində deyilir: “1751-ci ildə çar Teymuraz və oğlu İrakli Hacı Çələbi ilə vuruşmaqdan ötrü Cara getdilər. Onların çoxlu qoşunu olmasına baxmayaraq, fevralda məğlub oldular”

1752-ci ildə Gürcü çarları Gəncə xanlığını ələ keçirməyi qərara aldılar.Onlar Hacı Çələbiyə qarşı Azərbaycan xanlarından Şahverdi xanı (Gəncə) Heydərqulu xanı (Naxçıvan) və Pənahəli xanı (Qarabağ) öz tərəfinə çəkərək itifaqa girdi.

1752-ci il martın 21-də müttəfiqlər müşavirə üçün Gəncə yaxınlığında düşərgəyə toplaşdılar. Lakin Gürcü çarı qəflətən onları əsir alaraq Gürcüstana apardı.

Bunu görən Hacı Çələbi xan Kür çayını keşərək Gəncəyə doğru hərəkət edir.O,İraklinin qoşunlarını Ağstafa çayına qədər təqib edərək güclü zərbə endirir.Düşmən 400 nəfər itki verərək Gürcüstanın içərlərinə çəkilirlər.Hacı Çələbi Qazax və Borçalı ərazilərini tutaraq oğlu Ağakişi bəyi hakim təyin edir.

1755-ci ildə Hacı Çələbi böyük silahlı qüvvə ilə Şirvana yürüş edərək Ağsu qalasını mühasirəyə alır. Qubalı Hüseynəli xan Şamaxı xanının köməyinə gəilr. Birləşmiş qoşun Hacı Çələbini məğlub edirlər. O, çoxlu itki verərək geri çəkilidi .Hacı Çələbi 1755-ci ildə vəfat edir. Hakimiyyətə onun oğlu Ağakişi xan keçir. Lakin çox çəkmir ki,o qayınatası Qazıqumux hakimi Məhəmməd xan tərəfindən öldürülür. Məhəmməd xan Şəkini tutur və qarət edir. Onun Şəkidə hakimliyi 40 gün çəkir. Hacı Çələbinin nəvəsi Hüseyn xan Quba xanının köməyi ilə Şəkidən işğalçıları qovaraq özünü xan elan edir.1768-ci ildə ittifaqa girən Şəki və Quba xanları Şamaxı xanlığına hücum edərək, oranı öz aralarında bölüşdürdülər.

Bir qədər sonra Şəki xanlarının qohumları arasında mübarizə başlayır.Şəki xanlığı olduqca zəifləyir.1779-cu ildə Hüseyn xan öldürüldükdən sonra hakimiy-yəti Əbdülqədir ələ keçirir. Lakin o da hakimiyyətdə çox qala bilmir. Qarabağa qaçmış Hüseyn xanın oğlu Məhəmmədhəsən xan İbarahim xanın köməyini alaraq Şəkiyə gəlir. Əbdülqədir isə Qubaya qaçır. Hakimyyəti Məhəmmədəhsən xan ələ keçirir 1781-1795).Ondan sonra isə Səlim xan hakimiyyətə gəlir. O, 1805-ci il mayın 21-də Şəki xanlığının Rusiyaya qatılması müqaviləsini imzaladı və beləliklə Şəki xanlığı ləğv edildi.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin