Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə62/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   76
FF tarix

Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə, III cild,Bakı,2007

2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.

3. Azərbaycan tarixi. Z. Bünyadovun redaktorluğu ilə. Bakı, 2005.

4. Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə. Bakı,1996. səh.364-459.

5. Mustafazadə T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri. Bakı: Elm, 2002.

6. Şükürov K. Türkmənçay 1828. Tarixi Xronika. Bakı, 2006.

7. Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007.

XVIII əsrin iknci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir. Özünəməxsus xüsusiyyətləri olan bu dövr müstəqil və yarımmüstəqil dövlət qurumlarının–xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gəlməsinin sosial-iqtisadi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların yaranması formaca bir-birindən fərqlənirdi.

Bu dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü, vahid siyasi və iqtisadi mərkəz yox idi. Təsərrüfatda, iqtisadiyyatda natural təssərüfat üstünlük təşkil edirdi. Ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır, öz mənafeləri naminə ölkəni pərakəndə vəziyyətdə saxlamaq iatəyirdilər. Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasəti yürüdənlərə qarşı çıxırdılar.

XVIII əsrin ortalarında İranda feodal ara müharibələri genişlənir. Azər-baycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarımmüstəqil feodal dövlətləri-xanlıqlar meydana gəlirdi.

Xanlıqların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardan ibarətdir:

-Ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması;

-natural təsərrüfatın hökm sürməsi;

-Ayrı-ayrı feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri;

-mərkəzi hakimiyyətin olmaması.

Azərbaycan ərazisındə ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şahın ölmündən sonra onun yaratdığı dövlətin süqutundan sonra meydana gəlmişdirsə, bəziləri hələ Nadir şahın hökmranlağı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamıışdı. Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür. Məsələn, XVII əsrin sonlarından Quba və Talış xanlıqları yarımmüstəqil formada Səfəvilərin hakimiyyəti dövründə mövcud olmuşdular.

Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın şimal-şərqində Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığından cənuba Salyan xanlığı, Kür ilə Arazın qovuşuğuna bitişmiş torpaqlarda Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış (Lənkəran) xanlığı yaranmışdı. İndiki Ermənistan ərazilərinin şərqində İrəvan xanlığı fəaliyyət göstərirdi.

Azərbaycanın Araz çayından cənuba olan torpaqlarda da xanlıqlar yaranmışdı. və bunlar öz müsdəqillikləri uğrunda İran feodallarına qarşı mübarizə aparır-dılar. Bunlardan Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqlarını göstərə bilərik. Ümumilikdə 18-ə qədər – şimallı-cənublu xanlıq fəaliyyət göstərmişdir.

Bunlardan əlavə daha kiçik ərazilərə malik və əksər vaxtlarda tabeçiliyində olan məliklik və sultanlıqlar da yaranmışdı. Məsələn Qarabağda “xəmsə”adlanan beş məliklik-Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın fəaliyyət göstərirdi və bu məlik-liklərin əksəriyyəti Qarabağ xanlığından asılı idilər.

Qutqaşen, Qəbələ, Ərəş, İlusu sultanlıqları Şəki, xanlığından, Qazax və Şəm-şəddin sultanlıqları bəzi vaxtlarda Gəncə və İrəvan xanlıqlarından asılı vəziyyətdə olurdular.

Azərbaycan xanlıqlarının xarici siyasət əlaqələri bir tərəfdən ölkə daxilində gedən siyasi proseslərlə, digər tərəfdən isə İran, Türkiyə və Rusiya kimi böyük qonşu dövlətlərin bölgədə yeritdikləri siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu xanlıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq istəyi üstünlük təşkil edirdi. Rusiya və Türkiyə kimi dövlətlər ayrı- ayrı Azərbaycan xanlarının bu istəyindən bölgənin daxili işlərinə müdaxilə etmək və burada öz mövqelərini möhkəmləndirmək üçün istifadə edirdilər.

Xanlıqlarda dövlət idarə orqanları İran əsarəti dövrünə nisbətən xeyli sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi sabiq şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət xanların əlində cəmləşmişdi. Onlar qeyri-məhdud hakimiyyətə malik olub xanlığın bütün daxili və xarici siyasət məsələlərinə tam nəzarət edirdilər. Hər bir xanlığın özünə məxsus dövlət idarə quruluşu və məhkəmə orqanları var idi. Bəzi xanlıqlarda dövlət idarə quruluşu dövlət şurası, inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Qarabağ xanlığında bu idarələrin başında İbrahimxəlil xanın qohumları və yaxın adamları dururdular. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibin ixtiyarında darğalar, yüzbaşılar və kəndxudalar olurdu. Məhkəmə işlərinə şəriət, xan tərəfindən çıxarılan ayrı-ayrı qanunlar və yerli adətlər əsasında baxılırdı. Ən mühüm işlərə xanın özü, digər mülki və cinayət işlərinə isə ruhani hakimlər-qazilar baxırdılar.

Azərbaycan xanlıqlarında əhalinin sosial tərkibi əvvəlki dövrlərdən fərqlənmirdi. Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər, ağalar və məliklər tuturdular. Qazax və qonşu yerlərdə bəylərlə bərabər hüquqa malik olan feodal torpaq sahibləri ağalar adlanırdı. Ölkə əhalisinin əsas kütləsini bir neçə qrupa bölü nən kəndlilər təşkil edirdi. Onların əksəriyyəti divan, sahibkar və vəqf torpaqlarında sakin olan rəiyyətlərdən ibarət idi. Onların öz təsərrüfatı və torpaq payı var idi. Kəndlilərin sayca az olan digər qrupu rəncbərlər adlanırdı. Onların öz torpaq payı, alətləri və təsərrüfatı yox idi. Maldarlıq təsərrüfatı ilə məşğul olan yarım köçəri elatlar da kəndli ailəsinə aid idi. Şəhər əhalisi daha çox tacir və sənətkarlardan, habelə imtiyazlı təbəqələrin nümayəndələrindən ibarət idi. Ayrı-ayrı şəhərlərdə əhalinin xeyli hissəsini kəndlilər təşkil edirdilər. Torpaq mülkiyyət formalarında da elə bir dəyişiklik baş verməmişdir. Divan, mülk, tiyul, vəqf və camaat torpaqları yenə də qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri alırdı. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3 hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar. Kəndlilər bunlardan əlavə bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s. vergilər ödəyirdilər.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin