Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə72/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   76
FF tarix

MÖVZU: XIII

Azərbaycan İkinci Dünya müharibəsi illərində (1939 – 1945-ci illər). II Dünya müharibəsindən sonra Azərbaycanda ictimai-iqtisadi və siyasi vəziyyət.



PLAN

1.Azərbaycan ikinci Dünya müharibəsi illərində. Azərbaycan vətəndaşları partizan, müqavimət və milli-azadlıq hərəkatlarında.

2.Xalq təsərrüfatı müharibə illərində.

3. Müharibədən sonra Azərbaycanda sosial–iqtisadi və siyasi vəziyyət.

4. Azərbaycan–Ermənistan münasibətləri. Azərbaycanlıların Ermənistandan

kütləvi surətdə deportasiyası.



ƏDƏBİYYAT

1.Azərbaycan tarixi.VII cilddə, VII cild.Bakı, 2003. səh II-297.

2.Siyasi tarix (müh.kursu), II hissə. Bakı, 1995. səh.44-51.

3.Siyasi tarix (dərs vəsaiti), II hissə. Bakı, 1998, səh.67-100

4.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində. Bakı,

1965. səh. 10-33.

5.Orucov Q.S. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984. səh.7-17.

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. Almaniyanın qəsbkar siyasətində Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hitler SSRİ-də yaşayan türkdilli xalqları “müsəlman monqoloidləri” adlandıraraq “Mənim mübarizəm” kitabında yazırdı ki, onlar ali irqin qullarına çevirilməlidirlər.

Almanlar Bakı neftini ələ keçirməyi Şərqin istilası üçün mühüm amil hesab edirdilər. Faşist Almaniyası Sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına, qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq “Böyük Türküstan” dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıs­tan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çİn və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.

Sovet xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında alman faşizmi-nə qarşı mübarizəyə qalxdı.

Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Azərbaycanlılar könüllü sürətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə, “Qırıcı batalyonlara” daxil olurdular. Müharibənin ilk günlərində 40 min nəfər o cümlədən 1000 nəfər qız könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdilər. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrda 223-cü,1942-ci il mart-sentyabr aylarnda 416-cı (Taqanroq), avqust-sentyabr aylarnda 271-ci diviziyalar təşkil olunmuşdu. 77-ci diviziya Krımın müdafiəsində iştirak etmişdi.

1941-ci ilin avqustuna qədər 186 mindən çox Xalq qoşunu dəstələrinə yazılmışdı. 1941-ci ilin iyulundan 16 yaşdan 50 yaşına qədər olan kişilər ümumi icbari hərbi təlimlərə cəlb olundular.

1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, cəsuslara və sərhədi pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradıldı. Bu batalyonlara 12 min adam cəlb edilmişdi.

Azərbaycan oğul və qızları müharibə cəbhələrində böyük şücaətlər gös­tər­miş­lər. Müharibənin ilk günlərində əfsanəvi Brest qalası döyüşlərində Azərbaycandan onlarla döyüşçü-həkim Qədirov, əsgərlər İ.Səfərov, İ Dadaşov, A. İmanov, Ə.Əliyev və başqaları böyük mərdlik göstərmişlər.

Leninqrad səması müdafiəçilərdən biri leytenant Hüseynbala Əliyev böyük igid-lik göstərmişdi. O, şəhər üzərində 4 döşmən təyyarəsini vurmuşdu iyulun 17 –də döyüş tapşırığını yerinə yetirən Əliyev 3 Alman təyyarəsi ilə üz-üzə gəlmiş, onlardan ikincini vurmuş, üçüncüyə tarana gedərək yaralandı. 80-dən şox yara alan H.Əliyev təyyarəni yerə endirə bilmişdi.

Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova, S.Quliyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşlar. Cərrah Aliyə Rüstəm­bəyova onlarla yaralının həyatını xilas etmişdi.

1941-ci il dekabrın əvvəllərində Moskva uğrunda gedən döyüşlərdə İ. Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. O, təkbaşına 700-dən çox faşist öldürmüşdü. Dekabrın 11-də ona “Sovet İttifaqı Qəhrəmanı” adı verildi və bu ad ilk azər­baycanlı olaraq ona verilmişdi.

Stalinqrad döyüşlərində bir çox azərbaycanlı döyüşçülər mərdliklə vuruşmuş-dular.Onlardan Mikayıl Qədirov, Ə.Rəcəbov, A.Axundov, B.Abbasov və başqaları faşist qüvvələrinin darmadağın edilməsində böyük şucaət göstərmişdilər.

Stalinqrad ətrafında əks hücum zamanı 55-ci xüsusi tank alayının komandiri Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirdi.1942-ci ilin noyabrında onun tank alayı hücuma keçərək düşmənin 4 tankını, 5 minamyot batareyasını, 1 ağır topunu, 3 piyada rotasını və 700-dən çox faşist əsgərini və zabiti əsir aldı. Sonrakı döyüşlərdə H.Aslanov düşmənin 45 tankını məhv etmişdi. 1942-ci il dekabrın 31-də H.Aslanova “Sovet İttifaqı Qəhrəmanı ” adı verildi.

Ukraynanın azad edilməsi zamanı göstərdiyi igidliklərə görə 20 nəfər Azər-baycan oğlu “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü.

Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə Qafur Məmmədov böyük igid­lik göstərərək səngərdən çıxaraq 13 faşist əsgərini öldürmüş, öz rota komandirini öz həyatı bahasına xilas etmişdi. Gəray Əsədovun da qəhrəmanlığı bütün ölkəyə yayılmışdı. Belə ki, o öz sinəsi ilə atəş açan plemyotun qarşısını alaraq sovet əsgərinin hücumuna şərait yaratmışdı. Bütün bu igidliklər yüksək mükafatlandırılaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.

Azərbaycan döyüşçüləri Krımın Belarusiyanın Pribaltikanın azad edilməsində çox böyük rəşadət göstərmişdilər. Həzi Aslanovun tank briqadası Pribaltikanın azad edilməsində çox böyük şücaət göstərmiş və Ali Baş Komandanlığın 8 dəfə təşəkkürünə layiq görülmüşdü. Göstərdiyi igidliyə görə H.Aslanov ikinci dəfə Qəhrəman adına layiq görülməsinə təqdimat verilmişdi. Təəsüf ki, 1945-ci il yanvarın 24-də General H.Aslanov döyüşlərdə qəhrəmancasına həlak oldu. Layiq görüldüyü təltif ona ölümündən sonra 1991-ci il iyunun 21 –də verildi.

Pribaltikanı döyüşlərində 77-ci atıcı divizya xüsusilə fərqlənmişdir. Debele rayonunda iki həftəlik döyüşlərdə bu divizya düşmənin 178 tank özüyeriyən topunu 2 alayını sıradan çıxarmışdı.

416-cı Taqanroq divizyası 1944-cü ilin avqustunda Moldovanın azad edilməsində fərqlənmişdi. Bu divizya sonralar avropa ölkələrinin faşizmdən azad olunmasında fəal iştirak etmişdir.

1942-ci il dekabrın 11-də 416-cı Azərbaycan diviziyası 414-cü gürcü atıcı diviziyası ilə əlaqədə İşçersk və Naursk stanitsalarını azad etmişlər. l943-cü ilin yanvarında 416-cı diviziyanın Qrafskoye stanitsasını düşməndən azad etmək uğrunda hücumunda zabit Əhmədovun topçuları 17 faşist tankını, 70 atəş nöqtəsini, yüzlərlə əsgər və zabitini sıradan çıxarmışdı. 1943-cü ilin yanvar və fevral aylarında 416-cı diviziyanın əsgərləri şərəfli döyüş yolu keçdilər, onlarca yaşayış məntəqəsini düşməndən təmizlədilər. Döyüş xidmətlərinə görə diviziyanın 300 döyüşçüsü yüksək dövlət təltiflərinə layiq görüldü. 223-cü Azərbaycan atıcı diviziyası 1943-cü ilin yanvarında Mozdok, Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal iştirak etmişdi. 223-cü diviziya Petropavlovsk yaşayış məntəqəsində alman diviziyasını darmadağın edərək 275 faşisti əsir götürmüş, külli miqdarda hərbi texnika və sursat ələ keçirmişdi. 1943-cü ilin sentyabr-dekabr aylarında diviziya 400 km döyüş yolu keçmiş, onun 380 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif olunmuşdu. 223-cü diviziya Mineralnıye Vodının azad olunmasında bilavasitə iştirak etmiş, diviziyanın döyüşçüləri üç ay ərzində 50 yaşayış məntəqəsini və bir neçə şəhəri alman-faşist işğalçılarından təmizləmişdi. Şimali Qafqazın faşistlərdən azad olunması uğrundakı döyüşlərdə 223-cü diviziyanın 1041-ci alayı xüsusilə fərqlənmiş, hərbi uğurlarına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı Bayrağı" ilə təltif olunmuşdu. Şimali Qafqazdakı 44-cü ordunun hücum əməliyyatlarında 402-ci Azərbaycan diviziyası da fəal iştirak etmişdi. 1942-ci il noyabrın 3-dən dekabrın 11-dək diviziya ona qədər yaşayış məntəqəsini azad etmişdi. Bu döyüşlərdə diviziyanın döyüşçüləri düşmənin 108 tank və zirehli maşınını sıradan çıxarmışdı.

1943-cü ilin fevralında Vasilçenko ətrafında baş vermiş döyüşlərdə 77-ci atıcı diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları 7 yaşayış məntəqəsini düşməndən azad etmiş, 600-ə yaxın əsgər və zabit döyüş şücaətinə görə orden və medallarla təltif olunmuşdu. 1943-cü ilin noyabrında 42 Dnepr çayının sol sahilində gedən döyüşlərdə 77-ci Azərbaycan diviziyası faşistlərin 50-yə yaxın tank və digər texnikasını məhv edərək 250 düşməni əsir götürmüşdü.

Azərbaycan oğul və qızları partizan və antifaşist müqavimət hərəkatında da fəal iştirak etmişdirlər. Müharibə dövründə partizan hərəkatının ən geniş vüsət aldığı yer Belorusiya idi. Burada çoxlu sayda azərbaycanlı digər xalqlarla çiyin-çiyinə faşizmə qarşı vuruşurdular. Brest vilayətindəki partizan hərəkatında Q.Abbasov, M.Abdullayev, M.Əliyev, İ.İsmayılov və başqaları partizan hərəkatının fəalları idilər. M.Əliyev bir pota komandiri kimi düşmənin 50 qatarını qəzaya uğratmış, 1000-dən çox əsgərini məhv etmişdi.

Böyük vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən bü­tün partizan dəstələrində azərbaycanlı döyüşçülər iştirak etmişdilər. Onlardan Aslan Əliyev, Müslüm Bağırov, Babaş Dadaşov bir sıra çətin məsul tapşırıqları uğurla yerinə yetirmişlər. Ukraynada xalq intiqamçıları sırasında azərbaycanlı qadınlar da kişilərlə bərabər cəsarətlə vuruşurdular. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nə-srullayeva, Lidiya Drozdova partizan dəstələrinin fəal üzvləri idilər.

1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri “Gənc Qvardiya” adlı gizli komsomol təşkilatı yaratmışdılar. Bu təşkilatın ən fəal üzvlərindən biri Əli Dadaşov idi. O, digər təşkilatı üzvləri ilə birlikdə şəhərin ən yüksək binalarından birinin üzərinə al bayraq sancmışdılar. Onlar haqqında müharibədən sonra məşhur sovet yazıçısı Fadeev “Gənc qvardiya ” adlı əsər də yazmışdı.

Kalinin vilayətində fəaliyyət göstərən Liza Çaykika adına partizan briqada­sının qərərgah rəisi İsmayıl Əliyevin qəhrəmanlığı dillərdə əzbər olmuşdu.

Azərbaycanlı partizanlardan İ.Alxasov, İ. Dadaşov, Q.Şabanov Litva, Latviya və Estoniyanı partizan hərəkatının ən fəal üzvlərindən olmuşdular.

Azərbaycandan olan hərbi əisrlər Almaniya, Polşa, İtaliya, Fransa və digər ölkə­lərin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə üsullarından istifadə etmişlər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müx­təlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasına şərait yaradırdılar.

Hərbi əsirlərin saxlandığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. Burada H.Qiyasbəyov, M.Məmmədov, X.Hacıyev, Ə.Süleymanov və başqalarının rəhbərlik etdiyi gizli təşkilat yaradılmışdı.

Hələ müharibənin əvvəlindən faşist komandanlığı hərbi əsirlərdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. 1941-ci ilin dekabrında Hitler əsirlərdən xüsusi hərbi hissələr yaradılması haqqında əmir verdi. Bu məqsədlə vətənlərində xaricdə, mühacirətdə yaşamaqda məcbur olan Azərbaycanın nüfuzlu şəxsləri, o cümlədən M.Ə.Rəsulzadə Berlinə dəvət olunmuşdu. Azərbaycanlı siyasi mühacirlərin məqsədi Almaniyaya qalib gələrsə onun Azərbaycanı müstəqil dövlət kimi tanımasına, habelə hərbi əsirlərin ölümündən xilas edilməsinə nail olmaq idi.1943-cu ilin yazında Berlində “Milli Azərbaycan Komitəsi” yaradıldı. Lakin Hitler Azərbaycanın müstəqilliyi şərtini irəli sürən bu komitəni tanımadı. M.Ə.Rəsulzadə ölkəni tərk edir. Lakin azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və əsirlərdən ibarət hərbi hissədə birləşdirildi.

Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət “Boz qurd”, “Aslan ”, “Vətən”, “Dönməz” və s.bölmələr var idi.

Azərbaycanlıların hərbi əsir düşərgələrində və hərbi hissələrində gizli antifaşist təşkilatları yaradır, mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın “Ştrans” düşərgəsində saxlanılarkən Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad Həkim­li, Mirdamət Seyidov və başqalarının rəhbərliyi altında antifaşist təşkilatı yaradıl­mışdı.

1944-cü ilin əvvəllərində Yuqaslaviya Xalq Azadlıq Ordusunun qərərgahında xüsusi kəşfiyatçılar qurupu yaradıldı. Onun tərkibində azərbaycanlılardan M.Seyidov, T.Əliyev, Ə.Məmmədov da daxil oldular. Kəşfiyyat qurupunun başçısı M.Hüseynzadə idi. O, “Mixaylo” ləqəbi ilə əfsanəvi qəhrəman­lıqlar göstərərək bütün Adriatik dənizi sahillərinin əhalisinin böyük rəğbətini qazan­mışdı.

Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman Mixaylo hərbi təyyarə meydanına daxil olaraq 3 təyyarəni, benzin ambarını partladaraq, çoxlu sayda faşisti məhv etmişdi. Onun partlatdığı kinoteatır, yeməkxana və kazarma binalarında minlərlə faşist məhv edilmişdi. 1944-cü il noyabrın 2-də əməliyyatdan qayıdan da Vitovle kəndi yaxınlığında almanların keçirdiyi əməliyyat zamanı qəhrəmancasına həlak olmuş­du.O, 1957-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldü.1944-cü ildə azərbaycanlı döyüşçülər kütləvi surətdə qaçaraq İtaliya partizanlarına qoşulurdular. Faşist diktatoru Mussolinun həbs edilməsində Vilayət Hüseynovunda rolu olmuşdur. Ümumiyyətlə, Şimali İtaliyada müqavimət hərəkatında 300-dən çox azərbaycanlı partizan vuruşmuşdu.

Fransa müqavimət hərəkatında da azərbaycanlılar böyük şücaət göstərmiş­lər. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, H.Abdullayev və başqaları cəsur partizan kimi tanınmış, fransız hərbi orden və medalları ilə təltif olunmuşdular. Bunlardan Əhməddiyyə Cəbrayılov, “Armed Mişel” adı ilə bu ölkənin azadlıq hərə-katında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda generaldan irəli getmək kimi şərəfli hüquq verən yüksək mükafatla, hərbi medalla təltif olunmuşdu. O, eyni za­man­da Fransanın vətəndaşı fəxri adına layiq görülmüşdü.

Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış antifaşist təşkilatının işində yaxından iştirak etmişdilər. Onlardan M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvold, Mauthauzen, Daxay, Zaksenhauzen ölüm düşərgələrində fəal iş aparmışdılar.

Göründüyü kimi Böyük Vətən Müharibəsində digər xalqlarla yanaşı azər­baycanlılar da böyük hünər göstərmişdilər. Onlar həm döyüş cəbhələrində, həm ölkə daxilində davam edən partizan hərəkatlarında, həm də xaricdə antuifaşist müqavimət hərəkatında fəal iştirak etmişdilər. 416-cı Taqanroq diviziyası Berlinə qədər şərəfli döyüş yolu keçmişdi. Müharibə cəbhələrində 700-mindən çox azərbaycanlı iştirak etmiş, onlardan 300 min nəfəri qəhrəmanlıqla həlak olmuşdular.

Böyük Vətən Müharibəsində H.Aslanov, S.Qəniyev, M.Əbilov, M.Hüseynov, A.Vəzirov kimi bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər. Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər azərbaycanlı döyüşçü Şöhrət Ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin müxtəlif orden və medalları ilə təltif olunmuşdular.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində ölkənin qalib çıxmasında öz layiqli töhfəsini vermiş, adı XX əsrdə faşizmə qarşı mübarizə səlnaməsinə qızıl hərflərlə yazılmışdır. Müharibə illərində “arxa cəbhə” adı atında Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatı müharibənin tələblərinə uyğun şəkildə quruldu.

Fəhlə və qulluqçuların iş günü rəsmi olaraq 11-12 saata qaldırlırdı. İşçilər çox zaman 18-20 saat işləyirdilər. Məzuniyyətlər ləğv olundu,işdən yayınanlara və ya gecikənlərə cinayət maddəsi müəyyən edildi. Ciddi əmək intizamı rejimi yaradıldı. Ərzaq və sıənaye mallarının satışı üzrə kartoçka (talon) sistemi tətbiq olundu. Döyüşkən cəbhəyə səfərlər olunmuş işçilərin yerinə qadınlar və üniyütmələr cəlb olundular.1941-ci ilin yayında neft sənayesinə 13 min yeni işçi götürüldü.İxtisaslı fəhələ kadrlarının hazırlanması işi genişləndirirdi.Az müddətdə 40 min çox ixtisaslı fəhlə hazırlandı. Bakı döyüşkən ordunun cəbhəxanalarından birinə çevril­mişdi. Burada “Katyuşa” raketi, “Şnakin”pulemyotu, “YAK-3” qırıcı təyyarələri yığılaraq düzəldilirdi. Ümumiyyətlə, Bakıda -130 növ silah və hərbi sursat istehsal olunurdu.

Neft maşınqayırma zavodlarının çoxu hərbi sursat istehsal edən müəssisələrə çevrilmişdilər. Leytenant Şmidt adına zavodda minamyot, pulemyot və tank hissələri hazırlandı.

Gənəcə şəhərində 12 sənaye müəssisəsi müharibənin tələblərinə uyğun olaraq, yenidən qurulduqdan sonra 26 adda hərbi məhsul istehsal edirdi.

Neft sənayeçiləri cəbhəni neft məhsulları ilə təmin etmək üçün gecə-gündüz çalışırdılar. Onlar 1941-ci ildə 23,5 min ton neft və 26 min kub metrə yaxın qaz istehsal etmişdilər. Məhz neftçilərin fədakar əməyi sayəsində Azərbaycan 1941-1945-ci illərdə ölkəyə 75 milyon ton nefti vermişdi. Bu da SSRİ-də hasil lunan neftin 82,5 faizini təşkil edirdi.

Bakıda əsgərlər üçün keçə ayyaqıbı, paltar, kimyəvi silahlar əleyhinə geyim,hərbi xəstəxanalar üçün mebel, yanğın əleyhinə alətlər vəs. ləvazimatlar istehsal edilirdi.

Respublikanın kənd əməkçiləri də müharibə tələblərinə uyğun olaraq işləməyə başlamışdılar. 1941-ci ilin yay və payızında kolxoz sahələrində işləmək üçün beş mindən çox mexanizator qadın cəlb olunmuşdu. Respublikada kənd təsərüffatı üçün gənc mütəxəsis kadrlar hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.Mexanizatorların 70 faizini yeniyetmələr təşkil edirdi.

Xəzər dənizçiləri neft daşıyan gəmilərlə Mahacqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları, o cümlədən 135 min yon benzin daşımışdılar.

Azərbaycan dəmiryolçuları müharibə illərində “LEND-LİZ” yolu ilə ABŞ və Böyük Britaniyadan, İran körfəzindən və İran ərazisindən SSRİ-yə daşınan hərbi sursat,sənaye və ərzaq mallarının təyinat yerlərinə çatdırılmasında fədəkarlıq göstərmişlər.

Y.Məmmədəliyevin rəbərliyi altında br qrup kimyaçı alim yüksək oktanlı aviasiya yanacağı əldə etmişdi. Onun rəhbərliyi altında yeni zavod işə salınmışdı. Ümumə Y.Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlər müharibə illərində 38 növ sürtki yağı, 9 adda yüksək oktanlı təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

Bakının elmi labaratoriyalarında tank əleyhinə yandırıcı və partlayıcı maddələr istehsal olunurdu. Bu maddələrin alnmasında akademik Əli Quliyevin misilsiz xidmətləri olmuşdur. Hətta o, kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən baş vermiş partlayış nəticəsində qolunun birini itirmişdir.

Geoloq alimləri tərəfindən bu dövrdə 6 neft yatağı kəşf olunmuşdu.Mirəli Qaşqyın və Şamil Əzizbəyovun rəhbərliyi ilə odadavamlı gil, fosvorit vəs. yataqlar kəşf edilmişdi. "Azneft" geoloqları tərəfindən aparılmış kəşfiyyat işləri sayəsində daha 850 yüksək debitli neft mənbəyi müəyyənləşdirilmiş, 6 neft yatağı - "Qala", "Bulla-dəniz", "Buzovna", "Maştağa", "Naftalan", "Əmirxanlı" neft yataqları kəşf olunmuş, onlardan dördünün işlənməsinə başlanmışdı. "Qobustan" neft rayonunda "Duvannı" qaz yatağı aşkar edilmişdi. Utalgi yatağında yeni neft və qaz ehtiyatları müəyyən olunmuşdu. Stratiqrafik yataqların aşkar olunması Azərbaycan geologiya elminin böyük uğuru idi. Şərqi Abşeronda, Qala stansiyası sahəsində "Qala lay dəstəsi" adlanan yeni zəngin neft yatağı kəşf edilmişdi. "Suraxanı" və "Qaraçuxur" yataqlarında da belə laylar aşkar olunmuşdu. Kürətrafı ovalıqdakı "Pirsaat", "Xıdırlı", "Bəndovan", "Babazənən", "Xıllı", "Neftçala" və digər strukturlarda neft yataqlarının yaranması üçün əlverişli olan dördqırışlı geoloji sistem kəşf edilmişdi. Geoloqların təklifi ilə sement, həmçinin xüsusi istiburaxmayan materiallar istehsalında vulkan külü işlənilməyə başlanmış, kəşf edilmiş mineral rəngləyicilərdən hərbi və yerli sənayedə geniş istifadə olunmuşdu.

Azərbaycanın səhiyyə orqanları müharibənin ilk günlərindən öz işlərini hərbin tələbləri əsasında qurmağa, səfərbərlik planı üzrə işləməyə başladılar. İlk növbədə hospitallara, onların avadanlıqla təmin olunmasına, evlərdə, ictimai yerlərdə, dəmir yol stansiyalarında, dəniz vağzallarında sanitar qaydalarına riayət edilməsinə, sanitar-buraxıcı məntəqələrin təşkilinə xüsusi diqqət yetirildi. Hospitallar və hərbi hissələr üçün yeni tibb kadrları hazırlandı.

1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı

Tibb sahəsində akademik M.Topçubaşov cərrahiyyə böyük yeniliklər gətirmişdi. Məhz onun şəfalı əlləri hesabına minlərlə əsgər və zabit yenidən döyüş cəbhələrinə qayıtmışdılar.Yaralıların müalicə edilib ordu sıralarına qayıtmasında respublikamızda sayı gündən-günə artan donorların böyük xidməti olmuşdu. Qafqaz uğrunda döyüşlər zamanı instituta çevrilmiş respublika Qanköçürmə Stansiyasının kollektivi yaralı əsgər və zabitlərin müalicəsində böyük rol oynamış, yaxşı işinə görə dəfələrlə DMK-nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının təşəkkürünü almışdı

Müharibə illərində məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün 1941-ci ildə Qazaxda, Qubada, Naxçıvanda, Xankənddə, Ağdamda ikilik müəllimlər institutları, Cəlilabad və Laçında pedoqoji məktəblər açılmışdı.

Müharibə illərində yaradıcı ziyalılar-yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar qələbə naminə əllərindən gələni etmişdilər. Onlar öz əsərlərində insanlarda Vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayır, faşizm üzərində qələbəyə inam yaradırdılar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə gedir, əsgərlər və zabitlər qarşısında çıxışlar edərək onların qələbə əzmini qüvvətləndirirdilər.Bu sahədə şair və yazıçılardan S.Vurğun,S.Rüstəm, M.Rahim, R.Rza, Ə.Vəliyev və başqalarının unuduımaz xidmətləri olmuşdur. Azərbaycan ruhaniləri də xalqın düşmən qarşı mübarizyə səfərbər edlməsndə fəal iştirak etmişdilər.

Müharibədə qələbənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön cəbhə ilə arxa cəbhə arasında əlaqənin möhkəmliyi təşkil edirdi. Arxa cəbhə daim ön cəbhə üçün möhkəm dayaq olmuşdu. Əhali iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, cəbhəyə təmənnasız köməyini əsirgəməmişdi. Müharibə illərində Azərbaycanın fəhlə və kəndliləri, ziylıları müdafiə fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milon manat pul, 15 milyon manatlıq qızıl istirqaz vermişdilər.

1941-42-ci illərdə ölkədə vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət aldı. Azərbaycanda bir çox alimlər, ədəbiyyat və incəsənət xadimləri, təsərrüfat rəhbərləri, istehsalat qabaqcılları tank kolonnaları və hava eskadronları fonduna şəxsi qənaətləri hesabına vəsait verirdilər. SSRİ xalq artisti Üzeyir Hacıbəyov Dövlət Müdafiə Komitəsinə ünvanlanmış məktubunda yazırdı: "Mən Azərbaycan incəsənəti" tank kolonunun yaranması üçün 25 min manat verdim, qoy bizim vəsaitimizlə yaradılmış tank kolonu minlərlə sovet zirehli maşını ilə birlikdə düşmənin bel sütununu sındırsın, ona ölümcül zərbə endirsin". "Azərbaycan kolxozçusu" tank kolonnasının hazırlanması üçün kolxozçular vəsait yığımına başlamış və öz qənaətlərindən dövlət bankına 81020 min manat keçirmişdilər. Respublika kolxozçu kəndliləri "Azorbaycan kolxozçusu" təyyarələr eskadronu yaratmaq üçün əlavə 70784 min manat yığmışdılar. Kənd əhalisi şəxsi təsərrüfatlarından qızıl ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min pud digər kənd təsərrüfatı məhsulu vermişdilər.

1942-ci ildə respublika zəhmətkeşləri cəbhəyə iki min bağlama və 146 vaqon ərzaq göndərmişdilər. 1941-1993-cü ilərdə hərbi döyüşçülərə 1601 min isti geyim, sırıqlı, gödəkcə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s.göndərilmişdi.

Müharibə dövründə, xüsusən 1941-1942-ci illərdə Azərbaycanda vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət almışdı.

Respublikanın kənd əhalisi şəxsi təsərrüfatından Qırmızı Ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min digər kənd təsərrüfatı məhsulları vermişdilər.

Beləlklə,Azərbaycanın arxa cəbhəsi də İkinci Dünya müharbəsində SSRİ-nin faşizm üzərində qələbə çalmasında çox müüm rol oynayan Bakı öz layiqli qiymətin almamışdı. O,əslində qhrəman şəhər olsa da, ancaq Lenin Ordeni ilə təltif edilmişdi.

Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu. Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı. Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65 faiz fəhlə və qulluqçuların sayı 60 mindən çox azalmışdı.

Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə başlandı. Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçiril- məli və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik planda öz əksini tapmışdı. Həmin plana görə sənaye məhsulu istehsalı müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2 faiz artmalı idi.

1946-cı ildə xalq təsərrüfatının dinc quruculuq müstəvisinə keçirilməsi vəzifəsi həyata keçirdi. 1948-ci ildə isə Azərbaycanda sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırdı. 1946-1950-ci illərdə Buzovna, Maştağa (1945), Gürgan-dəniz, Hövsan və Umbakı (1948-1950), Neft daşları (1950)yeni neft və qaz yataqları kəşf edirdi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft- mədən estakadaları quruldu. 1949-cu il noyabrın 7-də Xəzərdə qazılan neft quyusu fontan vurdu.

Xəzər nefti SSRİ-yə xidmət etməyə başladı. İndi Bakı–Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin başa çatması ilə o, dünyaya xidmət edir.1950-ci ildə estakadaların uzunluğu 18,9 km-ə çatdırıldı.

Müharibədən sonrakı ilk onilliyin axırında (1945-1955-ci illər) neft hasilatı 116,6 milyon tona çatdırdı. 1946-1950-ci illərdə neft emalı zavodları yenidən qu-ruldular. 1946-1950-ci illərdə respublikada sənayenin ümumi məhsulu 78 faiz artdı. Neft hasilatı 28 faiz, qaz çıxarılması 26 faiz çoxaldı. 1946-1950-i illərdə neft emalının həcmi 1,3 dəfə artdı.

Həmin illərdə polad əridilməsi 89 faiz, prokat istehsalı 70 faiz, elektirik enerjisi hasilatı 76 faiz, sement istehsalı 48 faiz artdı. Müharibədən sonra Sumqayıt, Mingəçevir, Daşkəsən kimi sənaye şəhərləri yaradıldı. Sumqayıtda kimya və metallurgiya, Mingəçevirdə energetika sənaye sahələri inkişaf etdirilməyə başladı. Daşkəsəndə isə dəmir filizi yataqları istifadəyə verildi. Daşkəsən filiz saflaşdırma kombinatı yaradıldı.

Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948), Qaradağ sement zavodunu (1951), Yeni neftayırma zavodunu (1953) və b.göstərmək olar.

Kənd təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı. ÜİK(b)P MK-nın fevral (1947-ci il) Plenumu "Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını yüksəltmək tədbirləri haqqında" qərar qəbul etdi. Əkin sahələrinin genişləndirilməsi, dənli və texniki bitkilərin məhsuldarlığının yüksəldilməsi, heyvandarlığın məhsuldarlığının artırılması, MTS və sovxozların işinin yaxşılaşdırılması, kənd təsərrüfatı maşınları istehsalının artırılması barədə tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd təsərrüfatının istehsalat-texniki bazası xeyli möhkəmləndirildi.

İrriqasiya tikintisi genişləndi. Kür-Araz ovalığının, Samur-Dəvəçi kanalı zonasının və respublikanın digər regionlarının suvarılmasının həyata keçirilməsi üçün mühüm tədbirlər görüldü. Salyan düzənliyində və Şimali Muğanda suvarma sistemlərinin yenidən qurulması və tikintisi əsasən başa çatdırıldı. Bunun nəticəsində əkinə yararlı torpaqların sahəsi genişləndi.

Kənd təsərrüfatının inkişafında kolxozların təşkilat-təsərrüfatca möhkəmləndirilməsi mühüm əhəmiyyətə malik idi. "Kolxozlarda kənd təsərrüfatı arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında" SSRİ XKS və 81 ÜİK(b)P MK-nın 1946-cı il 19 sentyabr tarixli qərarına uyğun olaraq kolxozların ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqlardan istifadə edilməsini nizama salmaq, kolxozçuların əməyini səmərəli təşkil etmək, artelin Nizamnaməsinin prinsiplərinə riayət etmək sahəsində mühüm işlər görüldü. Bunun nəticəsində kolxozlara 20667 hektar torpaq, 5583 baş iribuynuzlu və 21266 baş xırdabuynuzlu mal-qara, 779 baş at və s. qaytarıldı. Kolxozların 16797 nəfər inzibati işçisi ixtisara salınaraq istehsalata göndərildi. Kolxozlara 3588 min manat borc ödənildi. Bütün bunlar təsərrüfatların ictimai mülkiyyətinin daha da inkişafına və kolxozçuların əmək fəallığının artmasına kömək etdi.

1946-1950-ci illərdə dövlətin və kolxozçuların bu sahəyə qoyduqları əsaslı vəsait 109,6 milyon manat idi. Bu müddət ərzində respublikaya 4200 traktor (15 at gücündə), 273 taxıl kombaynı və çoxlu miqdarda digər kənd təsərrüfatı maşını gətirilmişdi. 1945-ci ildən 1950-ci ilədək traktorların sayı 5100-dən 9400-ə, yük avtomobillərinin sayı 900-dən 3700-ə qədər artmışdı.40 MTS-lərin şəbəkəsi genişlənmiş, 12 MTS və 3 MHS (MaşınHeyvandarlıq Stansiyası) yaradılmışdı.

Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və kolxozçuların təşkilattəsərrüfatca möhkəmləndirilməsi üçün 1950-ci il iyunun 7-də SSRİ Nazirlər Soveti "Xırda kolxozların iriləşdirilməsi haqqında" qərar qəbul etdi. 1951-ci il fevralın 1-nə respublikanın kənd təsərrüfatında 3136 artel 1044 təsərrüfatda birləşdirildi.46 Kolxozların sayı 1950-ci ildəki 1615-dən 1951-ci ildə 1359-a qədər azaldı.47 Kənd təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da mühüm yer tuturdu. 1950-ci ildə Azərbaycanda 46 sovxoz var idi ki, bu da 1940-cı ildəkinə nisbətən 4 sovxoz az idi. Lakin kənd təsərrüfatına rəhbərlikdəki nöqsanlar kolxoz və sovxozların üstünlüklərindən, onların daxili ehtiyat və imkanlarından istifadə etməyə mane olurdu. Geridə qalan təsərrüfatların sayı çox idi. Kolxozlardan dövlət anbarlarına tədarükü artırmağı tələb edirdilər. Kənd təsərrüfatı məhsullarının təhvili planlaşdırılarkən kəndin imkanları yox, dövlətin tələbləri əsas götürülürdü. Kənd təsərrüfatının texniki təchizatı aşağı səviyyədə qalırdı. Kənd təsərrüfatının idarə olunması sistemi dəyişmişdi. Yerli rəhbərlər kolxoz əmlakına göstəriş verməklə təsərrüfatlara hökm etməkdə, öz mülahizələrinə görə, istədikləri kimi fəaliyyət göstərməkdə davam edirdilər. Həm şəxsi, həm də ictimai təsərrüfatlar maliyyə məngənəsinin əsarəti altında idi. Kolxozçunun öz həyətində saxladığı hər şeyin üzərinə o qədər vergi qoyulurdu ki, mal-qara saxlamaq, meyvə ağacı yetişdirmək sadəcə olaraq sərfəli deyildi. Kolxoz və sovxozların məhsullarının satınalma qiymətləri isə o qədər aşağı idi ki, kolxozçuların və fəhlələrin əməyinin haqqını çox vaxt ödəmək mümkün olmurdu.

Müharibədən sonra da əsas siyasi hakimiyyət Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin Siyasi Bürosunun, xüsusən partiyanın rəhbəri İ.Stalinin əlində cəmləşmişdi. Müharibədən sonra 1946-cı ilin martında Xalq Komissarları Sovetləri Nazirlər Sovetləri adlandırıldı. İ.Stalin ÜİK (b) PMK Siyasi Bürosunun sədri, Kommunist Prtiyasının rəhbəri olmaqla yanaşı SSRİ Nazirlər Sovetinin sədri təsdiq edildi. O, həm partiyanın, həm də hökumətin başçısı oldu. Bu struktur respublikada da tətbiq olundu.

Müharibədən sonra da Azərbaycanda 1937-ci il və müharibə abı- havası davam edirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Ölkədə yenidən repressiyalar başlandı. İlk növbədə alman əsirliyindən qayıdanlara nəzarət artdı. Onlara inamsızlıq hökm sürməyə başladı. Onlardan çoxları məhkum və ya sürgün olundular. Kadr siyasətində qeyri millətlərin nümayəndələrinə, xüsusilə ermənilərə yaşıl işıq yandırıldı. Gənclərin milli ruhunu boğmaq üçün tədbirlər görüldü. Hələ ikinci dünya müharibəsi illərində (1942-1943-cü illərdə) ali məktəb tələbə və aspiratlarından İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, (Hüseynoğlu), Hacı Zeynalovun başçılığı ilə yaradılmış “İldırım”təşkilatına və onun üzvləri olan Azər Ələsgərova, Kamal Əliyeva, Aydın Vahidova və Musa Abdullayeva divan tutuldu. 1948-ci ilin yazında təlşkilatın üzvləri mühakimə olundular.Onlardan 3-ü 25-il müddətinə konslagerə göndərildi, 4-ü 10 il və biri isə 7 il həbs cəzasına məhkum edildi.

Müharibədən sonra totalitarizmin güclənməsini şərtləndirən cəhtlərindən biri də, hakim ideologiasının inhisarının gücləndirilməsi oldu. 1947-1951-ci illərdə fəlsəfə (1947) biologiya (1948) fiziologiya (1950) dilçilik (1950) siyasi iqtisad (1951) elmləri üzrə keçirilən diskussiyalar buna misal ola bilər. Bu zaman bir sıra açıq fikirli görkəmli alimlər gözümçıxdıya salındılar. Bakı Dövlət Universitetinin biologiya fakultəsində çalışan professor genetik M.Ə. Axundov tutduğu vəzifələrdən uzaqlaşdırıldı.

Fəlsəfə və tarix elmlərində bu özünü daha qabarıq göstərdi. Bu dövrdəki ədəbiyyatda Qafqazın o cümlədən, Azərbaycanın Rusiya tərəfindən işğal olunması saxtalaşdırıldı. XIX əsrin əvvəllərində Azərbaycanın işğalı onun guya könüllü olaraq, Rusiyanın tərkibinə daxil olması kimi qələmə verilirdi. Azərbaycan Cümhuriyyətinin tarixi saxtalaşdırılırdı. Bu illər Azərbaycan tarixinə “musavat dövrü” kimi təqdim olunurdu. Bu dövr təhsil müəssələrində tədris olunmurdu.Sanki, Azərbaqycan tarixində belə dövr olmamışdı.

Türk dünyasının unudulmaz abidəsi “Kitabi Dədə Qorqud” irticaçı xan – bəy eposu kimi qiymətləndirilir, onun tətqiqatçıları, o cümlədən Həmid Araslı təqib olunurdu. Məşhur Azərbaycan tarixçisi, pedaqoqu A.A.Bakıxanov idealizimində fanatizmndə Mirzə Kazımbəy “Çarızmın sadiq qulu” olmaqda günahlandrılırdı. Akademik M.A.Dadaşzadə “Türkiyənin casusu ” kimi damğalanmış, akademik yazıçısı Mirzə İbrahimov SSRİ Elmlər Akademiyasının müxbir üzvu, professor A.O. Makolevski sayıqlığını itirməkdə, Məmməd Rəfili “Kosmopolitizmdə” təqsirləndirilirdi.Yazıçı Süleyman Vəliyev sürgün edilmişdir. Görkəmli filosof, akademik Heydər Hüseynov “XIX əsir Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinə görə kəs-kin tənqid olunmuş və “ingilis casusu” adlandırımışdı.O, bu haqsızlığa dözməyərək intihar etmişdi.

Neftçi alimlərdən Prof. Ələşrəf Əlizadə, prof. Baxşıbəy Sultanov, Əli Muradbəyli, Yusif Səfərov, Filosoflarda Əli Əlizadə, yzıçılarda Əbülhəsən Ələkbərzadə şair Səməd Vurğun, Bəstəkar Ü.Hacıbəyov və b. hələ də təqib olunurdular.

Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparan M.Ə.Rəsulzadənin xalqı bu ruhda marifləndirmək məqsədilə 1949-cu ildə Ankara da yaratdığı “Azərbaycan Kültür dərnəyi” antisovet, antiazərbaycan və müntəce qurum kimi lənətlənirdi. 1953-cü il martın 5-də İ.Stalinin vəfatından sonra Azərbaycanda da siyasi abı-hava dəyişdi. M.C. Bağırov tutduğu vəzifəsindən (Nazirlər Sovetinin sədri) çıxarıldı. Bir müddət Uralda, Kuybşev neft birliyində müavin işlədi. Sonra, 1953-cü ildə həbs olundu və mühakimə (1956 cı il 12- 26 apreldə) olunaraq ölümə məhkum edildi.

M.C.Bağırovun rəhbərliyi vaxtında güc orqanlarına başçılıq etmiş Sumbatov-Toprudze, X. Qriqoryan, R.Marqaryan, T.Barşov, S.Yemelyanov, A.Atakişiyev və b.da mühakimə olundular. Onlardan ilk 4-ə güllələnmə kəsildi. Digərləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.

1954-cü ilin fevralında İ.D.Mustafayev AKP MK-nın Birinci katibi seçildi. Onun başçılığı ilə Azərbaycanda yeni rəhbərlik formalaşdırıldı. O, Azərbaycanda müla­yim, demokratik ab-havanın, milli meyllərin dirçəlişi, yeni sənaye şəhərlərinin yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etdirmək istiqamətində xeyli təqdirə layiq tədbirlər həyata keçirdi.

Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət olmuş Emənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O,Türkiyədən Şərqi Türkiyə torpaqlarına, Azərbaycan-dan Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinə nail olmaq üçün mikoyanın təşəbbüsü və moskvanın dəstəyi ilə gizli olaraq xüsusi “Qarabağ komiyəsi” yaratmışdılar.Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payıında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar.Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR iləbağlı idi.Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq,onunla bağlı,onun he­sabına yaşayırdı. Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya vermişdi.ÜİK(b)P MK-nın katibiY.H.Malenkovun imzası ilə bu barədə Azərbaycan K(b)P MK-nın Birinci ka­tibi M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif olunmuşdu.

M.C.Bağırov həmin məktuba cavab olaraq, 1945-ci ildekabrın 10-da MK-ya yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağa əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur.Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdər və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun cavab məktubunda bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana bu şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana , Gürcüstana və sovet Rusiyasına verilmiş ərazilərAzərbaycan SSR-ə qaytarılsın.Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planını puç etdi. Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anlatdı. Məhz buna görə də, Mərkəzi hökumət məsələsinin “arxivə verilməsini” vacib saydı.

Mərkəz azərbaycanlılara etibar etmirdi, mühüm vəzifələrin çoxuna, xüsusən güc orqanlarına başqa millətlərin, əsasən rus və ermənilərin nümayəndələrini cəlb edirdi. Bu şovinist münasibətdən erməni millətçiləri azərbaycanlı kadrlara qarşı hiyləgərcəsinə istifadə edirdilər. Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən sonra zaman–zaman azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar. 1905-1920-ci illərdə yüzlərlə azərbaycanlılar yaşayan kəndlər dağılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinst niyyətlərindən əl çəkməmişdilər. Azərbaycan torpaqları hesabına Əzizbəyov, Ararat, Artaşat Qafan, Noyamberyan, Mikoyan, Dilican, Mehri və b. rayonları yarat-mışdılar.

Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də iyrənc niyyətini davam etdirmişdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç mütləq dövlət (ABŞ, SSRİ,Böyük Britaniya ) başçılarının Tehran konfransında (28 noyabr-1dekabr 1943-cü il) SSRİ İran münasibətləri məsələssssinin müzakirəsindən istfadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə Ermənistana köçürülməsi razılığını almışdılar. Hətta, onlar xaricdə yaşayan ermənilərin Ermənstan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Hüyətinin 1946-cı il 19 oktyab rfərmanı verməsinə nail olmuşdular. Bu fərman əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovlağına köçürülməsi haqqında”qərarını vermişdi. Həmin qərarıhəyata keçirmək məqsədilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının 10—da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıəhalinin Azərbaycan əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında qərarını” qəbul etmişdi.

Depotasiya tədbirləri Ermənistanın 22 rayonunu ,əsasən Basarkeçər, Zəngibasar, Noyanberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan, Vedi rayonlarını əhatə etmişdi .Dağlıq və dağətəyiyerlərdə yerləşən bu rayonlar azərbaycanlıların kompakt və ya er-mənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.

Əslində xaricdən, əsasən İrandan, Suriyadan, Livandan, Misirdən Ermənstan SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldlmış kənd yerlərdə deyil, özlərinin təkidi ilə şəhər qəsəbələrdə yerləşdirilirdilər. Bu da Ermənistan rəhbərliyinin bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.

Öz doğma yurdlarından zorla deportasiyaya məruz azərbaycanlılar əsasən Kür-Araz ovlağında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan, habelə Yevlax, Ucar, Xaldan, Kürdəmir və s. aran rayonlarında yerləşdirildilər. Bu da onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək yələf olması ilə nəticələnmişdi.

1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276 adam köçürülmüşdü. 1950-ci il martın 14-də və avqustun 25-də Azərbaycan və Ermənistan respublikalarının Nazirlər Sovetləri həmin ilin yazında və payızında müvafiq olaraq Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfər adamın köçürülməsi barədə qərar qəbul etmişdilər. Lakin köçürülmə, daha doğrusu, mütəşəkkil deportasiya planı erməni millətçilərin istədikləri sürətlə həyata keçirilmirdi. Bu, qeyri-insani tədbirin planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv səbəblər mane olurdu. Deportasiya olunanların sosial və məişət problemləri lazımınca həll edilmirdi (respublikanın qısa müddətdə bu yerlərdə kifayət qədər mənzil tikmək imkanı yox idi). Yerlərdə buna süni maneələr də yaradılırdı. Bunun nəticəsi olaraq, 1950-ci ildə Azərbaycandan Ermənistana - öz keçmiş yaşayış yerlərinə qayıtma prosesi başlanmışdı. Köçkünlər içərisindən çıxılmaz vəziyyətə düşənlərin bəziləri əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları göndərirdilər. Lakin bu şikayət və etirazlar heç bir nəticə vermirdi.

1952-53-cü illərdə Ermənistandan daha 3155 təsərrüfat və 1376 nəfər azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı. 1954-cü ildə 113 Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M.Poladovun rəhbərliyi ilə Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri qayıtmışdı. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş hüquqlarından məhrum edilirdilər.

Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirildi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876 nəfər Ermənistandan deportasiya olunmuşdu. Ümumiyyətlə, Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.

Bu hadisə əvvəllər sovet tarixçünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah” addımı kimi qiymətləndirilmişdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi mənasını almışdır.Bu faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən “1948-1953-cü illərdə azər-baycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr fərmanında almışdı. O, xain xislətli qonşumuz olan ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqrımı kimi qiymətləndirilmişdi.

Bu dövr Bakıya Azərbaycanda yeni yaradılmış sənaye mərkəzlərinə qeyri millətlərin,o cümlədən ermənilərin axını ilə də səciyyələnmişdi.

1964-cü ildə A.Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri olarkən bu məsələnin yenidən gündəliyə gətirilməsinə cəhd göstərildi.Lakin,müəyyən səbəblər üzündən Mərkəzi rəhbərlik,xüsusən,N.Xruşşov buna imkanverməmişdi.

Buna baxmayaraq antitürk,antiazərbaycan əhvali-ruhiyyəsi güclənməkdə davam edirdi. “Qarabağ Komitəsi”nin fəaliyyəti aşıq hal almışdı. Ermənistanda millətçilik tüğyan etməyə başlamışdı.1965-ci il aprelin 23-də qondarma “erməni genosidi”nin 50 illiyi,türklərin,o cümlədən azərbaycanlıların genetik düşməni olan,cəllad Andronikin isə 100 illiyi qeyd olunmuşdu.Hətta,onların şərəfinə İrəvanda və digər yerlərdə abidələr də ucaldılmışdı.1967-ci ildə Xankəndində (Stepanakertdə) bir neçə azər­baycanlı qətlə yetirilmişdi.

Bu dövrdə Azərbaycanda çox güclü erməni lobisi formalaşmışdı.Onların bir çoxu Azərbaycan rəhbərliyində yuva salmışdılar.Onlar,Aərbaycanın milli inkişafın a əngəlliklər törədirdilər.Mərkəzin dəstəyi ilə onlar bir çox kəndlərə,şəhərvə qəsəbələrə,küçələrəerməni adlarının verilməsinə nail olmuşdular.Azərbaycanda isə iki rayona S.Şamuyanın adı verilmişdi.

Moskvanın təzyiqi ilə Azərbaycanın bir çox əzəlitorpaqları”xalqlar dostluğunu möhkəmləndirmək “ naminə ermənilərə bəxş olunmuşdu. Azərbaycan SSR Ali soveti Rəyasət Heyyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Laçın, Qubadlı, Kəlbəcər,Qazax və b.rayonlarıdan iki min hektar yararlı torpaqlar Ermənistana bəxşiş olunmuşdu. Lakin, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun həyata keçirilməsi saxlanılmışdı.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin