Mövzu 1: Azərbaycan ssr yeni iqtisadi siyasət illərində Azərbaycan da sovet rejiminin milli siyasəti. Dqmv və Naxçıvan mssr-in yaranması



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix03.10.2023
ölçüsü0,76 Mb.
#151693
1   ...   9   10   11   12   13   14   15   16   17
azərbaycan tarixi pdf muhazirələr 2023

Mədəni quruculuq 
Bolşevik idealogiyasına xidmət edən mədəni quruculuğun əsas 
istiqamətlərini təhsil, elmin, mətbuat və incəsənətin müxtəlif
sahələri təşkil edirdi. 
Təhsil
. Sovet cəmiyyətinin yaradılmasında təhsil mühüm yer tuturdu. 
Savadlı adamlara çox ehtiyac duyulduğu üçün bu
sahədə bolşeviklərin ilk tədbiri savadsızlığı ləğv etmək olmuşdu. 
1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə 
yaradılmışdı. Nəticədə 1930-cu ildə əhalinin yarıdan çoxu oxuyub-
yazmağı öyrənmişdi. 
Respublikada ümumtəhsil məktəblərin və ali təhsilin inkişafına böyük 
diqqət yetrilirdi. 30-cu illərin sonlarında Azərbaycanda
4500-ə qədər ümumtəhsil məktəbi fəaliyyət göstərilirdi. Məktəbləri 
müəllimlərlə təşkil etmək üçün pedaqoji kurslar təşkil edildi,
90-dan çox ixtisaslı məktəblər açıldı. Azərbaycanda ali təhsili inkişaf 
etdirmək məqsədilə aşağıdakı təhsil müəssisələri açıldı: 
Azərbaycan Dövlət Pedoqoji İnstitutu (1921-ci il) 
Azərbaycan Politexnik İnstitutu (1921-ci il) 
Şərq dünyasında ilk Konservatoriya (1921-ci il) 
Ali Ali Rəssamlıq Məktəbi (1921-ci il) 
Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstititu (1929-cu il) 
Azərbaycan Tibb İnstitutu (1930-cu il) 
Politexnik İnstitutu Neft İnstitutuna çevrildi (1930-cu il)
Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu (1934-cü il) 
Gəncədə və Şəkidə müəllimlər institutları (1938-cü il) 
Elm
. 20-30-cu illərdə müxtəlif elm sahələrini inkişaf etdirmək 
məqsədi ilə:
1923-cü ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” (AÖC) yaradıldı 
1929-cu ildə AÖC Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi 


Sonralar bu institutun əsasında SSRİ EA-nın Cənubi Qafqaz 
Filialının Azərbaycan şöbəsi təşkil edildi (1945) 
1935-ci ildə SSRİ EA-nın Cənubi Qafqaz Filialının Azərbaycan 
şöbəsi SSRİ EA Azərbaycan filialına çevrildi 
1922-ci ildə Azərbaycan Arxeolegiya cəmiyyəti təşkil edildi 
1923-cü ildə Azərbaycan Arxeolegiya cəmiyyəti Arxeologiya 
Komitəsinə çevrildi 
1927-ci ildə isə Tarix, İncəsənət və Təbiət Abidələrinin Mühafizəsi 
Komitəsinə çevrildi 
1926-cı ildə “Qızıl qələmlər” ittifaqı, 1932-ci ildə Azərbaycan 
Yazıçılar İttifaqı yaradıldı. Bu dövrdə Respublikada
arxeoloji qazıntılar aparılır, qədim mədəniyyət abidələri aşkarlandı, 
Xocalı, Gədəbəy, Yaloylutəpə, Qızılvəng arxeoloji
mədəniyyətləri öyrənildi. 1926-cı ildə Bakıda I Ümumittifaq Türkoloji 
qurultayı keçirildi.I Ümumittifaq Türkologiya qurultayı
türk xalqlarının həyatının aşağıdakı sahəsində mühüm rol oynadı: 
Qurultay türkologiyanın inkişafında kömək etdi 
Türk xalqlarını latın əlifbasına keçilməsi işində mühüm rol oynadı
Mətbuat
. 20-30-cu illərdə Respublikada bolşevik ideologiyasına 
xidmət edən “Kommunist”, “Bakinski raboçi” qəzetləri 
ilə yanaşı, yeni nəşr edilən bir sıra qəzet və jurnallar, o cümlədən “Yeni 
yol”, “Gənc işçi”, “Vışka”, “Müəllim qəzeti”,
“Ədəbiyyat”, «Azərbaycan pioneri” qəzetləri , “Mola Nəsrəddin”, 
“Maarif və mədəniyyət”, “Şərq qadını” kimi jurnallar nəşr
edilirdi. Bu dövrdə “Azərnəşr”lə yanaşı daha bir neçə nəşriyyat 
fəaliyyət göstərirdi. Rayonların hamısında mətbəələr var idi. 1924- 
cü ildə Bakıda ilk radio qurğusu quraşdırıldı. 1926-cı ildən ilk 
radiostansiya fəaliyyətə başladı. Sonra bütün respublika sürətlə
radiolaşdırıldı. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin