Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə145/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   141   142   143   144   145   146   147   148   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
168



-
Sənaye, tikinti, kənd təsərrüfatı, avtomobil və su ( çay ) nəqliyyatı, rabitə və yol 
təsərrüfatı sahələrinə və metropolitenə dövlət yardımına; 
-
Elektrik və istilik enerjisi, qaz, nəqliyyat,su və kanalizasiya təsərrüfatı sahələrinin
itgiləri üzrə ödənişlər; 
-
Mülki müdafiə obyektlərinin saxlanılması və yanğın təhlükəsizliyinin qarşısının
alınmasına ; 
-
Yerli əhəmiyyətli məsələlərə aid edilən digər xərclərə; 
Büdcənin xərcləri iqtisadi cəhətdən aşağıdakı kimi qruplaşdırılır : 
1.
Cari xərclər 
2.
Əsaslı xərclər 
3.
Kreditlərin verilməsi 
“ Büdcə sistemi haqqında ” Azərbaycan Respublikasının 32 – ci maddəsinə əsasən
dövlətin yerli büdcələrə maliyyə köməyi aşağıdakı yollarla həyata keçirilir : 
-
İnvestisiya mühitin yaxşılaşdırmaq və səmərəli iqtisadi siyasət həyata keçirməklə
istehsal və xidmət sahələrinin inkişafına şərait yaratmaq ; 
-
Yerli sosial – iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına
maliyyələşdirmək mümükün olmadıqda, dövlət büdcəsinin dotasiya, subvensiya
ayırmaq. Dotasiya – Dövlət büdcəsindən bələdiyyələrə büdcə tənzimlənməsi
qaydasında əvəzsiz verilən vəsaitdir. Subvensiyalar – konkret məqsədlər və müvafiq
bələdiyyə ərazisində sosial – iqtisadi inkişafı tarazlaşdırmaq üçün proqramların
həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan pul vəsaitləridir. 
Subvensiyalar məqsədli təyinatına görə istifadə edilmədikdə həmin vəsaitlər
müvafiq dövlət orqanlarına qaytarılır. Dövlət orqanları bələdiyyələrin həmin vəsaiti
düzgün xərclənməsinə nəzarət edir. Subvensiyaların icra müddəti başa çatdıqdan
sonra bələdiyyələr subvensiya ayıran dövlət orqanlarına vəsaitin xərclənməsi və
görülən işlər barədə hesabat verirlər. 
Dotasiya və subvensiyalardan başqa büdcələrin gəlirlərini tənzimləmək üçün
subsidiyadan da istifadə edilir.
Subsidiya ( yardım, müdafiə ) – dövlət büdcəsindən və ya xüsusi fondlardan AR – 
nın büdcə sisteminin digər həlqələrinə və ya hüquqi şəxslərə əvəzsiz verilən maliyyə
vəsaitidir.
Büdcə ssudası – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə
yerli büdcələrə və hüquqi şəxslərə yerli büdcələrdən bələdiyyə təşkilatlarına
qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
Büdcə krediti büdcələr tərəfindən büdcə siteminin digər büdcələrinə, hüquqi
şəxslərə ( dövlət və bələdiyyə idarələrindən başqa ), xarici dövlətlərə, xarici hüquqi
şəxslərə qaytarılmaq və haqqı ödənilmək əsaslarla verilən pul vəsaitidir.

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin