Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə45/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   41   42   43   44   45   46   47   48   ...   155
Büdcə Sistemi

Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı.
Müxtəlif səviyyəli büdcələrin gəlirlərinin qruplaşmasını təşkil edir 
və müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşması mənbəyini 
müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktlarına 
əsaslanır. 
Gəlirlər bölməsi onların mənbələri və alınması qruplarına görə
konkret gəlir növlərini birləşdirir. 
KitabYurdu.az 
53


Gəlirlər 4 bölməyə bölünürlər: 
1. “Vergilərdən daxilolmalar” bölməsinə( kod1) aşağıdakı köməkçi 
bölmələr daxildir: 
- fiziki şəxslərin gəlir vergisi
- hüququ şəxslərin mənfəət vergisi; 
- əlavə dəyər vergisi; 
- aksizlər; 
- əmlak vergisi; 
- torpaq vergisi; 
-yol vergisi; 
- mədən vergisi; 
- sadələşdirilmiş sistem üzrə vergi. 
2. Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin 
qeyri- vergi gəlirlərinə mülkiyyətdən gəlirlər, mal və xidmətlərin
satışından daxilolmalar , cərimə və sanksiyalar üzrə daxilolmalar və 
könüllü köçürmələr daxildir. 
Mülkiyyətdən gəlirlər
– dövlətin mülkiyyəti ilə bağlı olan vergi 
olmayan gəlirlərdir. Bu gəlirlər faizlərdən, dividentlərdən , pul- şey 
lotereyaları üzrə daxilolmalardan və icarə haqqından ibarətdir. 
Mal və xidmətlərin satışından daxilolmalara- dövlətə məxsus olan maddi 
və qeyri- maddi aktivlərin satışı və ya onların özəlləşdirilməsindən
daxilolmalar, büdcə təşkilatlarının ödənişli xidmətindən daxilolmalar və 
inzibati tədiyyələr aiddir. 
Cərimə və sanksiyalar üzrə daxilolmalara
- cinayət və inzibati 
qaydada hüququ pozuntularına görə , torpaq qanunevriciliyinə uyğun 
olaraq tutulan cərimə və sanksiyalar aid edilir. Yol hərəkəti 
qaydalarının pozulmasına görə cərimələr, sanksiyalar və sair 
daxilolmalar bu qrupa daxildir. Vergi qanunvericiliyinin pozulmasına 
görə tətbiq olunana cərimə və sanksiyalar təsnifatda həmin növ vergiyə
aid kateqaroyada öz əksini tapır. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin