Sosial sahələrə sərf edilən dövlət xərclərinin dinamikası( mln manat)
Illər
2000
2005
2006
2007
2008
2009
2010 2011 2012
Təhsil
181,8 322,5 479,1 723,0 979,9 1147,9
Səhiyyə
40,9
115,3 162,0 257,2 346,2 402,4
Sosial müdafiə
və sosial təminat
139,4 304,9 341,5 579,8 846,4 1054,4
Mədəniyyət,in-
cəsənət,kütləvi
informasiya,
idman
20,5
50,6
67,1
95,3
140,2 158,3
Büdcə təxsisatları.
Ictimai istehlak fondlarının 2/3 hissəsini büdcə təxsisatları təşkil edir. Buna görə
də bu fondlar əhaliyə büdcə sistemi vasitəsilə aşağıdakı xərclərlə çatdırılır:
1)
sosial mədəni tədbirlərə xərclər;
2)
mənzil- kommunal təsərrüfatı xərcləri.
Sosial mədəni tədbirlərə və mənzil kommunal təsərrüfatına büdcə təxsisatları
əhalinin sosial – mədəni və mənzil kommunal təsərrüfatı xərcləri xidmətləri ilə
minimum həcmdə maliyyə təminatının konstitusiya hüquqlarıdır.
Bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı qaydada
öz əksini tapmışdır:
1) Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik
qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı
miqdarından az olmayan haqq almaq hüququ vardır. Işsizlərin dövlətdən sosial
müavinət almaq hüququ vardır.
2) Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş
həddinə çatdıqda xəstəliyinə,əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini
itirdiyinə, işçizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat
hüququna malikdir. Təqaüdlərin və sosial təminatların mimunum məbləği qanunla
müəyyən edilir.
3) Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta
təhsil almaq hüququnu təmin edir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı
şəxslərin təhsili davam etdirilməsinə dövlət zəmanət verir.
Dostları ilə paylaş: