10
büdcələrə dotasiya, subvensiya, subsidiya verilməsi nəzərdə tutula , onlara
büdcə borcu( ssuda) ayrıla bilər.
“Bələdiyyələrin
maliyyəsinin
əsasları
haqqında”
Azərbaycan
Respublikasının Qanununun 6- cı maddəsində nəzərdə tutulduğu kimi , yerli
sosial- iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına
maliyyələşdirmək mümkün olmadıqda yerli büdcə kəsirini ödəmək üçün
dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrinin
müəyyən edilməsi və ya dövlət büdcəsindən dotasiya və subvensiya
ayrılması mümkündür.
Hər bir büdcənin xərcinin təmin olunması üçün müvafiq gəlirləri
olmalıdır. Büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərdən ibarətdir.
Büdcələrin
xüsusi
gəlirləri
–
Azərbaycan
Respublikasının
qanunvericiliyinə uyğun olaraq gəlir növlərinin tam və ya qismən müvafiq
büdcələrə təhkim edilməsidir. Bu müvafiq büdcələrə , dövlət büdcədənkənar
fondlarına Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təhkim
edilmiş vergilər, gəlirlər, normativ aktlarla müəyyən edilmiş vergi olmayan
gəlirlər, eyni zamanda əvəzsiz ödənişlər aiddir.
Büdcənin xüsusi gəlirlərinə qeyri- vergi gəlirləri aiddir:
- Dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz
edilməsindən gəlirlər;
- Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti , yerli
özünüidarəetmə orqanları , həmçinin müvafiq orqanların tabeliyində olan
büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki- hüquqi
, inzibati və cinayət məsuliyyəti, o cümlədən, cərimələr , müsadirələr,
konpensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər və s.
-
Azərbaycan Respublikasının büdcə sisteminə digər səviyyəli
büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər;
- Digər qeyri- vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr.
Büdcənin tənzimləyici gəlirləri- bu dövlət büdcəsinin yerli( bələdiyyə)
büdcələrə növbəti maliyyə ili üçün və ya uzun müddətə normativlər əsasında
təyin olunmuş maliyyə vəsaitidir.
Dostları ilə paylaş: