4
Dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçısı –
dövlət büdcəsinin
xərclərinin təşkilatlar üzrə təsnifatı ilə müəyyən edilən, büdcə
vəsaitlərini tabeçilikdə olan sərəncamçılara və büdcə vəsaitləri alanlara
bölüşdürmə hüququ olan Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanı,Naxçıvan Muxtar Respublika hakimiyyəti orqanı,
yerli özünüidarəetmə orqanı və büdcə idarələridir.
Dövlət büdcəsinin
vəsaitləri Azərbaycan Respublikasının “vergi məcəlləsi”nə,” Büdcə
sistemi haqqında” Azərbaycan Respublikası Qanununa və hər il dövlət
büdcəsi haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq
müvafiq bölmələrə və istiqamətlərə yönəldilir:
- ümumdövlət xidmətləri
xərcləri;
- qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının
saxlanması xərcləri;
- beynəlxalq təşkilatlara üzvlük haqqı;
- xarici dövlətlərə iqtisadi yardım xərcləri;
- elm xərcləri;
- müdafiə xərcləri;
- məhkəmə hakimiyyəti,hüquq mühafizə, təhlükəsizlik orqanlarının və
prokurorluğun saxlanması xərcləri;
- mənzil- kommunal təsərrüfat xərcləri;
- kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri;
- sənaye və tikinti xərcləri;
- nəqliyyat və
rabitə xərcləri;
- iqtisadi fəaliyyətlə bağlı olan xərclər;
- turizm xərcləri və s.
Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində büdcənin
hüquq
münasibətlərinin
tənzimlənməsi
sahəsində
Azərbaycan
Respublikasının dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri
aşağıdakılardır:
- Azərbaycan Respublikasının büdcə sisteminin təşkilinin və
fəaliyyətinin ümumi prinsiplərinin müəyyən
edilməsi;
KitabYurdu.az
27
5
- büdcə sisteminin səviyyələri arasında vergilərin və digər gəlirlərin
dürüst
müəyyən edilməsi, həmçinin büdcələrarası tənzimlənmə
qaydasında respublika büdcəsinin vergilərinin, rüsumlarının və digər
gəlirlərinin Azərbaycan Respublikası büdcə sisteminin müxtəlif
səviyyəli büdcələr arasında
bölüşdürülməsi;
- Azərbaycan Respublikası büdcə sisteminin müxtəlif səviyyəli
büdcələri arasında xərclərin həyata keçirilməsi səlahiyyətlərinin dürüst
müəyyən edilməsi;
- Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli
büdcələrinin layihələrinin tərtibi və baxılması, Azərbaycan Respublikası
büdcə sisteminin bütün səviyyəli büdcələrinin təsdiq edilməsi və icrası,
büdcənin icrası haqqında hesabatın təsdiq edilməsi və onların icrasına
nəzarətin həyata keçirilməsi əsaslarının müəyyən edilməsi;
- Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli
büdcələrinin gəlirlərinin formalaşdırılması, büdcədən xərclərin həyata
keçirilməsinin əsaslarının müəyyən edilməsi;
- dövlət və bələdiyyə qarşılıqlı büdcə əlaqələrinin həyata keçirilməsinin
əsaslarının müəyyən edilməsi;
-dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin
icrası haqqında hesabatların tərtib və təsdiq edilməsi qaydalarının
müəyyən edilməsi;
- Azərbaycan Respublikasının və yerli özünüidarəetmə orqanlarının
qarşılıqlı
münasibətlərinin, Azərbaycan Respublikasının və yerli
özünüidarəetmə orqanlarının borclarının müəyyən edilməsi;
- dövlət büdcəsinin və və büdcədənkənar dövlət fondlarının büdcələrinin
gəlirlərinin formalaşdırılması qaydalarının müəyyən edilməsi;
- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının xərclərinin
həyata
keçirilməsi;
- dövlət büdcəsindən yerli büdcələrə maliyyə yardımlarının , büdcə
ssudalarının və dotasiyalarının verilməsi qaydalarının və şərtlərinin
müəyyən edilməsi;
Dostları ilə paylaş: