6
- minimum dövlət sosial standartlarını, dövlət və ya bələdiyyə xidmətləri
üzrə vahid maliyyə məsrəflərinə norma və normativlərinin müəyyən
edilməsi;
- Azərbaycan Respublikasının büdcə təsnifatının təsdiq edilməsi;
-Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli
büdcələri üçün vahid normada büdcə sənədlərinin və hesabat
formalarının müəyyən edilməsi;
- Xarici borcun formalaşdırılması, ödənilməsinin və ona xidmətin təmin
edilməsi, dövlət xarici qarşılıqlı əlaqələrin siyahısının və həyata
keçirilməsi qaydalarının müəyyən edilməsi;
-Azərbaycan Respublikası büdcə qanunvericiliyinin pozulmasına görə
məsuliyyətə cəlbedilmə qaydalarının və əsaslarının müəyyən edilməsi və
s.
Büdcənin hüquq münasibətlərinin tənzimlənməsi sahəsində yerli
özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aşağıdakılar daxildir:
-yerli büdcələrin layihələrinin tərtib edilməsi və baxılması, yerli
büdcələrin təsdiq edilməsi və icra edilməsi, onların icra edilməsinə
nəzarətin həyata keçirilməsi və yerli büdcələrin icrası haqqında
hesabatların təsdiq edilməsi qaydalarının müəyyən edilməsi;
- bələdiyyə mülkiyyətinin ifadəsindən gəlirlərin, yerli vergi və
rüsumların , digər gəlirlərin yerli büdcələrə yönəldilməsi qaydalarının
müəyyən edilməsi;
- yerli büdcələrdən maliyyə yardımının və büdcə ssudalarının verilməsi;
- bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının
müəyyən edilməsi.
Yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları.
Yerli büdcələrin fəaliyyətinin hüquqi əsasları bir sıra qanunvericilik
aktları ilə tənzimlənir. Bu qanunvericilik aktları aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Konstitusiyasının IV bölməsinə görə (
maddə 144, 145) bələdiyyələrin səlahiyyətlərinə yerli vergilərin və
Dostları ilə paylaş: