Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə23/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   19   20   21   22   23   24   25   26   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
28



- minimum dövlət sosial standartlarını, dövlət və ya bələdiyyə xidmətləri 
üzrə vahid maliyyə məsrəflərinə norma və normativlərinin müəyyən 
edilməsi; 
- Azərbaycan Respublikasının büdcə təsnifatının təsdiq edilməsi; 
-Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli
büdcələri üçün vahid normada büdcə sənədlərinin və hesabat 
formalarının müəyyən edilməsi; 
- Xarici borcun formalaşdırılması, ödənilməsinin və ona xidmətin təmin 
edilməsi, dövlət xarici qarşılıqlı əlaqələrin siyahısının və həyata 
keçirilməsi qaydalarının müəyyən edilməsi; 
-Azərbaycan Respublikası büdcə qanunvericiliyinin pozulmasına görə 
məsuliyyətə cəlbedilmə qaydalarının və əsaslarının müəyyən edilməsi və 
s. 
Büdcənin hüquq münasibətlərinin tənzimlənməsi sahəsində yerli 
özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aşağıdakılar daxildir: 
-yerli büdcələrin layihələrinin tərtib edilməsi və baxılması, yerli 
büdcələrin təsdiq edilməsi və icra edilməsi, onların icra edilməsinə 
nəzarətin həyata keçirilməsi və yerli büdcələrin icrası haqqında
hesabatların təsdiq edilməsi qaydalarının müəyyən edilməsi; 
- bələdiyyə mülkiyyətinin ifadəsindən gəlirlərin, yerli vergi və 
rüsumların , digər gəlirlərin yerli büdcələrə yönəldilməsi qaydalarının 
müəyyən edilməsi; 
- yerli büdcələrdən maliyyə yardımının və büdcə ssudalarının verilməsi; 
- bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının 
müəyyən edilməsi. 
Yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları. 
Yerli büdcələrin fəaliyyətinin hüquqi əsasları bir sıra qanunvericilik 
aktları ilə tənzimlənir. Bu qanunvericilik aktları aşağıdakılardır: 
1. Azərbaycan Respublikasının Konstitusiyasının IV bölməsinə görə ( 
maddə 144, 145) bələdiyyələrin səlahiyyətlərinə yerli vergilərin və 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin