9
Proqnoz- plan əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
növbəti maliyyə ilinə dövlət büdcəsinin gəlirlər və xərclər üzrə əsas
göstəricilərinin layihələrini hazırlayır.
Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin funksional təsnifatına
uyğun olaraq növbəti maliyyə ili üçün dövlət büdcəsi xərclərinin bölgüsünü
müəyyən edir.
Növbəti maliyyə ilinə dövlət büdcəsinin əsas xarakteristikası və Azərbaycan
Respublikasının büdcə xərclərinin funksional təsnifatına uyğun olaraq növbəti
maliyyə ilinə dövlət büdcəsi xərclərinin bölgüsü Azərbaycan Respublikası
hökuməti tərəfindən qəbul edildiyi gündən sonra iki həftə ərzində Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi:
- dövlət büdcəsi vəsaitlərinin büdcədən maliyyələşən təşkilatlar arasında
bölüşdürülməsi üçün büdcə layihəsini mərkəzi icra hakimiyyəti orqanlarına
göndərir;
- növbəti maliyyə ilinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilən orta müddətli perspektivə Azərbaycan Respublikası
hökumətinin Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanına
münasibətini bildirir.
Dövlət büdcəsinin formalaşmasının ikinci mərhələsində - mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən büdcə vəsaitini büdcə təsnifatına uyöun olaraq
bölüşdürülməsi, həmçinin büdcə vəsaitinin sərəncamçıları arasında ünvanlı
maliyyələşdirilməsi( bölgüsü) nəzərdə tutulur.
Növbəti ildə və orta müddətli perspektivdə büdcə layihəsi üzrə
razılaşdırılmış məsələlər Maliyyə Nazirliyinin rəhbərlik etdiyi xüsusi dövlət
komissiyasında baxılır.
Azərbaycan Respublikasının hökuməti Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanları tərəfindən növbəti maliyyə ili üçün təqdim edilmiş
sosial- iqtisadi inkişaf proqnozunun və büdcə layihəsinin əsas göstəricilərinin
uyğunluğunu müəyyən edir, dövlət büdcəsinin və büdcədənkənar dövlər
fondları büdcələrin layihələrini, növbəti maliyyə ili və orta müddətli perspektiv
üçün büdcə maliyyə siyasətini xarakterizə edən digər sənədləri və materialları
Dostları ilə paylaş: