Gəlirlər 4 bölməyə bölünürlər:
1. “Vergilərdən daxilolmalar” bölməsinə( kod1) aşağıdakı köməkçi
bölmələr daxildir:
- fiziki şəxslərin
gəlir vergisi;
- hüququ şəxslərin mənfəət vergisi;
- əlavə dəyər vergisi;
- aksizlər;
- əmlak vergisi;
- torpaq vergisi;
-yol vergisi;
- mədən vergisi;
- sadələşdirilmiş sistem üzrə vergi.
2. Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin
qeyri- vergi gəlirlərinə
mülkiyyətdən gəlirlər, mal və xidmətlərin
satışından daxilolmalar , cərimə və sanksiyalar
üzrə daxilolmalar və
könüllü köçürmələr daxildir.
Mülkiyyətdən gəlirlər
– dövlətin mülkiyyəti ilə bağlı olan vergi
olmayan gəlirlərdir.
Bu gəlirlər faizlərdən, dividentlərdən , pul- şey
lotereyaları üzrə daxilolmalardan və icarə haqqından ibarətdir.
Mal və xidmətlərin satışından daxilolmalara- dövlətə məxsus olan maddi
və qeyri- maddi aktivlərin satışı və ya onların özəlləşdirilməsindən
daxilolmalar, büdcə təşkilatlarının ödənişli
xidmətindən daxilolmalar və
inzibati tədiyyələr aiddir.
Cərimə və sanksiyalar üzrə daxilolmalara
- cinayət və inzibati
qaydada hüququ pozuntularına görə , torpaq
qanunevriciliyinə uyğun
olaraq tutulan cərimə və sanksiyalar aid edilir. Yol hərəkəti
qaydalarının pozulmasına görə cərimələr,
sanksiyalar və sair
daxilolmalar bu qrupa daxildir. Vergi qanunvericiliyinin pozulmasına
görə tətbiq olunana cərimə və sanksiyalar təsnifatda həmin növ vergiyə
aid kateqaroyada öz əksini tapır.
Dostları ilə paylaş: