1.2. Çoxluqlar üzərində əməllər
Çoxluqların birləşməsi
Tərif: A və B çoxluqlarının bütün ünsürlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir və A B kimi işarə olunur. Başqa sözlə, iki çoxluqdan heç olmasa birinə daxil olan ünsürlərdən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir:
Misal1. və çoxluqlarının birləşməsini tapın.
Həlli:
X və Y çoxluqlarının birləşməsi:
olar. Qeyd edək ki, 8 ünsürü hər iki çoxluqda olsa da birləşmədə yalnız bir dəfə yazılır.
Birləşmə əməlinin aşağıdakı xassələri vardır:
Misal 2. çoxluqların birləşməsini tapın.
Həlli :
olar. 7,9,11 elementləri hər iki çoxluğa aid olduğundan birləşmədə bir dəfə yazmaq kifayətdir.
1.Çoxluğun özü ilə birləşməsi həmin çoxluğun özünü verir, yəni X X=X.
2.Boş çoxluqla çoxluğun birləşməsi və ya çoxluqla boş çoxluğun birləşməsi həmin çoxluğun özünü verir,
yəni X =X =X.
3. X və Y çoxluqları üçün X Y=Y X
4. X Y olarsa, onda X Y=Y
5.X,Y və Z çoxluqları üçün
X (Y Z)=(X Y) Z
Çoxluqların kəsişməsi
Tərif: X və Y çoxluqlarının eyni ünsürlərindən yaranmış çoxluğa onların kəsişməsi deyilir və X Y ilə işarə olunur.
Dostları ilə paylaş: |