Elektrik qurğularında işləyənlərin təhlükəsizliyini təmin edən texniki tədbirlər
Elektrik cərəyanından zədələnmədən mühafizə olunmaq üçün əsas təhlükəsizlik tədbirləri aşağıdakılardır: mühafizə yerləbirləşdirilməsi; mühafizə sıfırlanması; mühafizə açılması; xüsusi bölücü transformatorun köməyi ilə şəbəkənin elektrikinin ayrılması; kiçik gərginliyin (42V-dan çox olmayaraq – təhlükə potensialı olan otaqlarda; 12V-dan çox olmayaraq – xüsusi təhlükəli otaqlarda) tətbiqi; ikiqat (işçi və əlavə) izolyasiyadan istifadə edilməsi; potensialların bərabərləşdirilməsi. Bundan başqa əlavə tədbirlər kimi izolə edilmiş cərəyandaşıyıcı hissələrin əlçatmaz yerdə olması və ya çəpərlənməsi də mütləqdir. Yuxarıda sadalanan tədbirlərdən çox vacib və əsas olanları mühafizə yerləbirləşdirilməsi və sıfırlamasıdır. Mühafizə yerləbirləşdirilməsi – toxunma və addım gərginliyini təhlükəsiz həddə qədər azaltmaq üçün elektrik avadanlıqlarının metal gövdələrinin bilərəkdən yerləbirləşdirilməsidir. Muhafizə sıfırlaması – 1000V-a qədər gərginliyi olan elektrik qurğularında normal vəziyyətdə gərginlik altında olmayan elektrik qurğularının hissələrinin üç fazalı cərəyan şəbəkələrində generator və ya transformatorun birbaşa yerləbirləşdirilmiş neytralı ilə, bilərəkdən birləşdirilməsidir.
Elektrik mühafizə vasitələri və onlardan istifadə qaydaları
Elektrotexnoloji qurğuları elektrik intiqalı ilə idarə edərkən, daşınma cihazlardan istifadə edən zaman, həmçinin gərginlik altına düşmüş zərərçəkəni xilas etdikdə işçilərin təhlükəsizliyini təmin etmək üçün elektrik mühafizə vasitələrindən istifadə etmək lazımdır. Bir və ya bir neçə nəfərə istehsalat təhlükəsinin və zərərli amillərin təsirinin qarşısını alan və azaldan vasitələr mühafizə vasitələri adlanır. Elektrik qurğuları ilə işləyən adamları elektrik cərəyanından zədələnmədən, elektrik qövsü və elektromaqnit sahəsinin təsirindən qoruyan vasitələr elektrik mühafizə vasitələri adlanır. Mühafizə vasitələri onların tətbiqinin xüsusiyyətlərinə görə iki kateqoriyaya bölünür: - kollektiv mühafizə vasitələri; - fərdi mühafizə vasitələri. Gərginliyi 1000V-a qədər və 1000V-dan yüksək elektrik qurğularında işləyərkən elektrik cərəyanı ilə zədələnmədən şəxsi təhlükəsizliyi təmin etmək və gərginlik altına düşən zərərçəkəni azad etmək üçün fərdi elektrik mühafizə vasitələrindən istifadə etmək lazımdır. İzolyasiyası böyük müqavimətə malik olan elektrik mühafizə vasitələri insan orqanizmindən axan cərəyan sızmasının gücünü təhlükəsiz həddə qədər azaldır.
Tətbiqinə görə elektrik mühafizə vasitələri iki qrupa bölünür: əsas və əlavə. Əsas mühafizə vasitələri ilə bilavasitə gərginlik altında olan cərəyandaşıyıcı hissələrdə işləmək olar. 1000V-a qədər gərginliyi olan elektrik qurğularında istifadə olunan əsas elektrik mühafizə vasitələri aşağıdakılardır: - izoləedici ştanqlar; - izoləedici və elektrik ölçü kəlbətinləri; - gərginlik göstərənlər; - dielektrik əlcəklər; - izoləedici dəstəkləri olan çilingər-quraşdırma (montaj) alətləri. Əlavə mühafizə vasitələri - əsas mühafizə vasitələrinin izoləedici xüsusiyyətlərini gücləndirir və onlarla birgə istifadə olunur. 1000V-a qədər gərginlikli elektrik qurğularında istifadə olunan əlavə elektrik mühafizə vasitələri aşağıdakılardır:
dielektrik qaloşlar;
dielektrik xalçalar;
daşınma yerləbirləşdirmələr;
izoləedici altlıqlar və qoyulmalar (üstlüklər);
hasarlayıcı quruluşlar;
təhlükəsizlik nişanları və plakatları.
Gərginliyi 1000V-dan yüksək olan elektrik qurğularında istifadə olunan əsas elektrik mühafizə vasitələri aşağıdakılardır: izoləedici ştanqlar, izoləedici və elektrik ölçü kəlbətinləri, gərginlik göstərənlər, fazalaşdırmaq üçün gərginlik göstərənlər. Elektrik montyorunun cərəyandaşıyıcı hissələrə bilavasitə toxunması ilə hX-də işləmək üçün izoləedici quruluşlar və alətlər (izoləedici pilləkənlər, meydançalar, izoləedici dartılar, kanatlar, teleskopik qüllələrin səbətləri və s.)
Gərginliyi 1000V-dan yüksək olan elektrik qurğularında istifadə olunan əlavə elektrik mühafizə vasitələri aşağıdakılardır:
dielektrik əlcəklər;
dielektrik botular və ya rezin uzunboğaz çəkmələr;
dielektrik xalçalar;
fərdi ekranlaşdırma komplektləri;
izoləedici altlıqlar və qoyulmalar;
dielektrik qalpaqlar;
daşınma yerləbirləşdirmələr;
hasarlayıcı quruluşlar;
təhlükəsizlik nişanları və plakatları.
İstismarda olan mühafizə vasitələri vaxtaşırı və növbədənkənar (təmirdən sonra) sınaqdan keçirilməlidirlər. İzoləedici dəstəkləri olan alətlərə və 1000V-a qədər gərginlik göstərənlərdən başqa sınaqdan müsbət çıxmış mühafizə vasitələrinə ştamp vurulmalıdır. Elektrik mühafizə vasitələrindən yalnız təyin olunmuş məqsədlə istifadə etmək olar. Bu halda onların istifadə edildiyi elektrik qurğusunun gərginliyi mühafizə vasitələri üçün nəzərdə tutulmuş gərginlikdən çox olmamalıdır. Əsas elektrik mühafizə vasitələrindən qapalı elektrik qurğularında, açıq elektrik qurğuları və HX – də isə yalnız quru havada istifadə edilə bilər. Açıq və nəm havada, yalnız bu şərait üçün nəzərdə tutulan mühafizə vasitələrindən istifadə etmək olar.
Mühafizə vasitələrini otaqlarda saxlamaq lazımdır. Onları xüsusi təyin olunmuş yerlərdə, bir qayda olaraq otağın girişində, həmçinin idarəetmə lövhələrinin üstündə yerləşdirirlər. Saxlanılma yerlərində mühafizə vasitələrinin siyahısı olmalıdır. İstismarda olan rezindən düzəldilən mühafizə vasitələri xüsusi şkaflarda, stellajlarda, yeşiklərdə və s. alətlərdən ayrıca saxlanılmalıdır. Onlar yağlardan, benzindən və rezin dağıdıcı maddələrdən, həmçinin günəş şüalarından və istilikverici cihazların təsirindən qorunmalıdır. 16 Hər dəfə mühafizə vasitələrindən istifadə etməzdən əvvəl xidməti heyət onların sazlığını, xarici zədələrin olmadığını yoxlamalı, təmizləməli və tozunu silməlidir, istifadə edilmə vaxtının keçmədiyini ştampa görə yoxlamalııdr. İzoləedici mühafizə vasitələrində lak örtüyünün zədələnməsi və ya başqa nasazlıqlar olduqda, onlardan istifadə etmək qadağandır. Sınaq vaxtı keçmiş, nasaz olan və zədələnmiş mühafizə vasitələrindən istifadə etmək qadağandır.
Dostları ilə paylaş: |