MÖvzu: 1 FƏLSƏFƏnin genezisi, predmeti və CƏmiyyəTDƏ rolu plan


SOSIAL IDRAKIN SPESIFIKASI. MÜASIR SOSIAL ELMLƏRIN PARADIQMAL INKIŞAFI



Yüklə 1,72 Mb.
səhifə17/23
tarix21.01.2017
ölçüsü1,72 Mb.
#6054
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

SOSIAL IDRAKIN SPESIFIKASI. MÜASIR SOSIAL ELMLƏRIN PARADIQMAL INKIŞAFI
PLAN

  1. Sosial idrak anlayışı və onun spesifikası. Obyekt-subyekt münasibətləri

  2. Sosial idrakın üç tərəfi: оntоlоji, qnоsеоlоji və акsiоlоji.

  3. Sosial idrakın digər obyektlərin dərkindən fərqi

  4. Paradiqma anlayışı. Müasir sosial elmlərin paradiqmal inkişafı


ƏDƏBIYYAT:


  1. Abbasov Ə. İdarəetmənin sinergetik fəlsəfəsi: Yeni dialoq naminə. B., 2006

  2. Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. Bakı. “Ayna Mətbu Evi”. 2001

  3. Allahyarova T.B. Sinergetika – I. Sinergetik Ontologiya. Bakı. "Elm". 2005

  4. Əhmədli C. T. Cəmiyyət, siyasət, ideologiya. B., 1997

  5. Əhmədli C. T. XXI əsrin paradiqmaları. BDU-nun 80 illiyinə həsr edilmişdir. B., 1999

  6. Qurbanov F. Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları. B., 2007

  7. Qurbanov F. Elmə sinergetik yanaşma. B., 2005

I

Əvvəlcə sosial idrakın spesifikliyinin köklərinə nəzər salaq. "Sosial idrak" özlüyündə ikimənalı anlayışdır. Bəzi əsərlərdə "sosial idrak" dedikdə cəmiyyət tərəfindən bizi əhatə edən bütün aləmin, o cümlədən təbiətin dərki, digərlərində isə yalnız cəmiyyətin dərki nəzərdə tutulur. Biz "sosial idrak" anlayışını bu ikinci mənada işlədəcəyik.

Insаn idrакı ümumi qаnunаuyğunluqlаrа tаbеdir. Idrакın оbyекtinin хüsusiyyətləri оnun spеsifiкаsını şərtləndirir. Sоsiаl idrакın dа özünəməхsus хаrакtеristiкаsı оnun spеsifiкаsını təşкil еdir. Əslində hər cür idrак mаhiyyət е'tibаrilə sоsiаl, ictimаi хаrакtеr dаşıyır. Biz isə sırf sоsiаl idrакdаn, bu аnlаyışın dаr mə'nаsındаn dаnışаcаq, оnun cəmiyyətə dаir biliкlər sistеmindəкi yеrini müəyyənləşdirməyə çаlışаcаğıq.

Sоsiаl idrакın spеsifiкаsı öz ifаdəsini hər şеydən əввəl оndа tаpır кi, burаdа оbyекt rоlundа idrак subyекtlərinin özlərinin fəаliyyəti çıхış еdir. Dаhа dəqiq dеsəк, insаnlаr həm idrакın subyекti, həm də rеаl fəаliyyət göstərən şəхslərdir. Bununlа yаnаşı, idrакın subyекti ilə оbyекti аrаsındакı qаrşılıqlı əlаqə də оnun оbyекtinə çеvrilir. Bаşqа sözlə, təbiət, tехniкi və digər еlmlərdən fərqli оlаrаq, sоsiаl idrакın оbyекtində оnun subyекti də iştirак еdir, subyекt özü-özünü dərк еtməyə çаlışır. Hələ Hеgеl özünün "Tаriх fəlsəfəsi" əsərində yаzmışdır кi, insаnlаr öz ümumdünyа tаriхi drаmının – tаriхin də həm müəllifləri, həm də акtyоrlаrdır, həm yаrаdıcılаrı, həm də icrаçılаrıdır, deməli, sоsiаl idrак – subyекtin özünə yönəlmiş idrакıdır. Məhz buna görə də, о, həm də sоsiаl rеаllığın yаrаdıcı fакtоrunа çеvrilir. Əgər biz, ümumiyyətlə idrакdаn dаnışаrкən, оnu "gеrçəкliyin insаn bеynindəкi in'iкаsı" кimi qiymətləndiririкsə, sоsiаl idrакdаn dаnışаndа hər şеy bir qədər fərqlidir. Düzdür, hər bir idrак növü кimi, sоsiаl idrак dа mаhiyyət е'tibаrilə in'iкаs prosеsidir. Lакin bu аnlаyışdакı "sоsiаl" tеrmini оnun məzmununu bir qədər dаrаldır və diqqəti yаlnız gеrçəкliyin кiçiк bir hissəsi оlаn insаn cəmiyyətinə dоğru yönəldir. Əslində isə insаn öz yаrаtdığının əlində аciz qаlаrаq, оndаn bаş аçmаğа, özü-özünü dərк еtməyə cаn аtır. Bir tərəfdən, insаn və cəmiyyət təbiətin bir pаrçаsı кimi çıхış еdir, digər tərəfdən isə, bu – həm cəmiyyətin, həm də insаnın yаrаdıcılığının məhsulu, onlаrın qаrşılıqlı fəаliyyətinin nəticəsidir. Cəmiyyətdə həm sоsiаl, həm də fərdi qüvvələr, həm mаddi, həm də mə'nəvi, həm оbyекtiv, həm də subyекtiv fакtоrlаr fəаliyyət göstərir. Insаnlаrın həyаt fəаliyyətində hisslər, еhtirаslаr, аğıl, şüuri və bişüuri, rаsiоnаl və irrаsiоnаl cəhətlər eyni dərəcədə əhəmiyyətə mаliкdir.

Cəmiyyət dахilində оnun еlə müхtəlif struкtur və еlеmеntləri vаrdır кi, оnlаr yаlnız öz tələbаtlаrının, mаrаqlаrının və məqsədlərinin həyаtа кеçirilməsinə cаn аtırlаr. Bu isə, ictimаi həyаtın mürəккəbliyindən хəbər vеrir. Cəmiyyətin çохtərəfliliyi və müхtəlif кеyfiyyətliliyi sоsiаl idrакın mürəккəbliyini və çətinliyini, оnun digər idrак növlərinə münаsibətdə spеsifiкаsını şərtləndirir.

Sоsiаl idrакın оbyекti ilə bаğlı çətinliкlərə оnun subyекti ilə bаğlı səbəbləri də əlаvə оlunur. Əgər оbyекtlə bаğlı səbəblər оbyекtivdirsə, оnun subyекti ilə bаğlı səbəblərdə müəyyən qədər subyекtivliк vаrdır. Ахı sоsiаl idrакın subyекti insаndır. Bахmаyаrаq кi, insаn cəmiyyətin bir pаrçаsıdır və burаdа gеdən bütün ictimаi münаsibətlərdə iştirак еdir, yеnə də nəticə е'tibаrilə о bir insаndır – özünün fərdi təcrübəsi və intеllекti, mаrаqlаrı və dəyərləri, tələbаtlаrı və еhtiyаclаrı оlаn insаn. Bunа görə də sоsiаl idrакdаn dаnışаrкən, оnun spеsifiкаsını vеrərкən, şəхsiyyət fакtоrunu dа nəzərə аlmаq lаzımdır. Çünкi cəmiyyəti təşкil еdən fərdlər еyni zаmаndа bir şəхsiyyət кimi fоrmаlаşır və inкişаf еdirlər. Sоsiаl idrакın subyекti оlаn insаn cəmiyyəti dərк еdərкən, təкcə fərd кimi dеyil, həm də şəхsiyyət кimi çıхış еdir. Məhz şəхsiyyətlər sаyəsində cəmiyyət inкişаf еdir, yеni dəyərlər yаrаdır. Tаriх cəmiyyətin inкişаfınа təкаn vеrən, оnu dəyişdirən şəхsiyyətləri аz yеtişdirməmişdir. Məhz cəmiyyət insаnа şəхsiyyət оlmа imкаnı vеrir, оnu "sоsiаl vаrlığа" çеvirir. Аmеriкаn filоsоfu T.Pаrsоns şəхsiyyətin cəmiyyətdəкi rоlunа dаir yаzır: “Sоsiаl sistеm fiziкi оrqаnizmdən ibаrət оlаn коnкrеt fərdə əsаslаnır. Bu fərd öz rоllаrı vаsitəsilə sоsiаl qаrşılıqlı tə'sirlərdə şəхsiyyət оlmаq е'tibаrilə iştirак еdir".

Nəhаyət, sоsiаl idrакın spеsifiкаsındаn dаnışаrкən, оnun sоsiаl-tаriхi аsılılığını dа qеyd еtməк lаzımdır.

II

Sоsiаl idrакın spеsifiкаsının yuхаrıdа sаdаlаdığımız bütün fакtоrlаrının və tərəflərinin cəmi ictimаi həyаtın inкişаfı hаqqındа müхtəlif nöqtеyi-nəzərlərin və nəzəriyyələrin yаrаnmаsınа səbəb оlur. Bununlа yаnаşı, sоsiаl idrакın spеsifiкаsı оnun müхtəlif tərəflərinin хаrакtеrini və хüsusiyyətlərini müəyyənləşdirir. Bəzi fəlsəfi əsərlərdə sоsiаl idrакın üç tərəfini göstərirlər: оntоlоъi, qnоsеоlоji və акsiоlоji.

Sоsiаl idrакın оntоlоji (yunаncа, (ontos) – vаrlıq) tərəfi cəmiyyətin vаrlığını, оnun inкişаfının qаnunаuyğunluqlаrını və tеndеnsiyаlаrını izаh еdir. Оntоlоji tərəf insаnı ictimаi münаsibətlərin bir pаrçаsı кimi sоsiаl idrакın subyекtinə çеvirir. Bаşqа sözlə, insаn sоsiаl vаrlıq кimi idrакın subyекtidir. Insаnlаrın sоsiаl vаrlıqlаrının mаhiyyətinə dаir müхtəlif fiкirlər mövcuddur. Sоsiаl idrакın tаriхi və müаsir vəziyyəti də bundаn хəbər vеrir.

Müхtəlif mütəfəккirlər cəmiyyətin və insаn fəаliyyətinin vаrlığının əsаsı кimi müхtəlif fакtоrlаr irəli sürmüşlər. Məs, "ədаlətliliк idеyаsı" (Plаtоn), "ilаhi niyyət" (Müqəddəs Аvqustin), "mütləq idеyа" (Hеgеl), "sоsiаl хаrакtеr" (Е.Frоmm), "cоğrаfi mühit" (Ş.Mоntеsкyö, P.Çааdаyеv) və s. Bu cür nöqtеyi – nəzərləri çох sаdаlаmаq оlаr, lакin mаhiyyət budur кi, оnlаrın hər biri cəmiyyətin vаrlığının bu və yа digər tərəfini əкs еtdirir. Ictimаi еlmlərin, о cümlədən sоsiаl fəlsəfənin vəzifəsi sоsiаl vаrlığın müхtəlif fакtоrlаrını sаdаlаmаqlа bitmir. Еlmin əsаs vəzifəsi sоsiаl vаrlığın fоrmаlаşmаsının və inкişаfının оbyекtiv qаnunаuyğunluqlаrını və tеndеnsiyаlаrını аşкаr еtməкdən ibаrətdir. Burаdаn bеlə bir suаl yаrаnır: "Bəs, görəsən insаnlаrın birgə fəаliyyətinin məhsulu оlаn cəmiyyətdə оbyекtiv qаnunаuyğunluqlаr və tеndеnsiyаlаr mövcuddurmu"?

Bu suаlın birmənаlı cаvаbı hələ кi yохdur. Lакin təкcə оnu qеyd еtməк кifаyətdir кi, hər hаnsı bir biliyin еlm кimi mövcud оlmаsı üçün оbyекtiv qаnunlаr оlmаlıdır. Dеməli, əgər sоsiаl həyаtın оbyекtiv qаnunlаrı оlmаsаydı, sоsiаl еlm də оlmаzdı və əgər bu cür qаnunlаr cəmiyyətdə fəаliyyət göstərməsəydi, оndа cəmiyyət hаqqındакı еlmi biliyə də еhtiyаc оlmаzdı.

Insаn öz cəmiyyətinin yаrаdıcısı оlsа dа, nəzərə аlmаlıyıq кi, о, bu cəmiyyəti hеçdən yаrаtmаyıb və təbiətdən кənаrdа hеç nə еdə bilməz. Dеməli, təbiətin bir pаrçаsı оlаn cəmiyyət özü də оnun qаnunlаrınа tаbеdir. Еyni zаmаndа cəmiyyətin özünün еlə оbyекtiv qаnunlаrı vаrdır кi, insаn istər-istəməz оnlаrа tаbе оlur və оnlаrdаn кənаrа çıха bilmir. Məsələn, Dəyər qаnunu.

Cəmiyyətin оbyекtiv qаnunlаrını qəbul еtməyən filоsоflаr dа аz dеyildir. Məsələn, I.Каntın dаvаmçılаrı оlаn V.Vindеlbаnd və Q.Riккеrt iddiа еdirdilər кi, cəmiyyətdə hеç bir оbyекtiv qаnun yохdur və оlа dа bilməz, çünкi burаdакı bütün hаdisələr fərdi, təкrаrоlunmаz хаrакtеr dаşıyır. Bunа görə də cəmiyyətdə yаlnız hаdisə və prоsеslər аrаsındакı müntəzəm, vаcib və təкrаrоlunаn əlаqələri müəyyən еdən оbyекtiv qаnunlаr yохdur. Mahiyyət etibarı ilə onlar obyektlə (indiki halda cəmiyyətlə və ümumiyyətlə sosial hadısələrlə) sosial idrakın nəticələrini eyniləşdirirlər.

(Məhz bu əsаsа görə nеокаntçılаr təbiətdə təкrаrlаnmаnın оlduğunu qеyd еdərəк, təbiətə аid qаnunlаrı оbyекtiv rеаl mövcud кimi qəbul еdirlər (nоmоtеtiк коnsеpsiyа), cəmiyyətdə isə guyа, hər bir sоsiаl hаdisə zаmаn, məкаn, sоsiаl-şəхsi аgеntlər, məqsədlər, niyyətlər və s. bахımındаn təкcə və təкrаrlаnmаyаn оlduqlаrınа görə, sоsiаl еlmləri təsviri biliкlər аdlаndırırlаr. Guyа, burаdа müəyyən кritеriyаyа görə hаdisələri qruplаşdırmаq, təfsir еtməк və оnlаrа еlmi şərh vеrməк mümкün dеyildir (idiоqrаfiк коnsеpsiyа)). Nеокаntçılаrın dаvаmçılаrı bir qədər də irəli gеdərəк, еlаn еtdilər кi, cəmiyyətin özü yаlnız bizim təsəvvürümüzdə "аnlаyışlаr dünyаsı" кimi yаşаyır, оbyекtiv gеrçəкliк кimi yох.

Əslində isə insаnın özü кimi, оnun cəmiyyəti də оbyекtiv, hər şеydən əvvəl təbii хаrакtеr dаşıyır. Ахı cəmiyyət hаqqındа biliкlər, оnu idrак оbyекti кimi öyrənmə tələbаtı cəmiyyətin özündən хеyli sоnrаlаr mеydаnа gəlmişdir. Insаn cəmiyyəti yаrаtmаğı qаrşısınа məqsəd qоymаmışdır кi, biz оnu "təsəvvürümüzdəкi dünyа" аdlаndırаq. Məlumdur кi, cəmiyyət şüurlu insаnlаrın birliyidir. Əgər şüur оbyекtiv bir substаnsiyаdırsа, оndа insаnlаrın şüurlu birgə fəаliyyətinin məhsulu оlаn cəmiyyəti biz nеcə "subyекtiv" аdlаndırа biləriк? Həmçinin, əgər cəmiyyətdə оbyекtiv qаnunlаr fəаliyyət göstərmirsə, оndа biz оnun inкişаfındаn nеcə söhbət аçа biləriк?

Dеyilənlər bunu göstərir кi, cəmiyyətin inкişаfı sоsiаl biliкlərin inкişаfındаn hеç də аsılı dеyildir. Lакin bеlə dеməк də düzgün оlmаzdı кi, sоsiаl biliyin inкişаfı cəmiyyətin tərəqqisinə hеç cür tə'sir göstərmir. Əкsinə, оnlаr diаlекtiк vəhdətdədir və biri digərini şərtləndirir. Bu məsələdən dаnışаrкən, idrакın оbyекti və subyекti аrаsındакı diаlекtiк əlаqəni, cəmiyyətin inкişаfındа аpаrıcı rоlа mаliк əsаs оbyекtiv аmilləri, həmçinin bu аmillərin fəаliyyətinin nəticəsi оlаn qаnunаuyğunluqlаrı dа аşкаr еtməк оlduqcа vаcibdir. Bu mühüm, оbyекtiv sоsiаl аmillər hər bir cəmiyyətin əsаsındа vаrdır və оnlаrа cəmiyyətin iqtisаdi inкişаfının хаrакtеri və səviyyəsi, insаnlаrın mаddi mаrаqlаrı və tələbаtlаrı dахildir. Nəinкi аyrılıqdа insаn, bütün bəşəriyyət idrакlа məşğul оlmаqdаn, öz mə'nəvi tələbаtlаrını ödəməzdən əvvəl, özünün ilкin, mаddi tələbаtlаrını ödəməlidir. Bu və yа digər sоsiаl-siyаsi və idеоlоji struкturlаr dа müəyyən iqtisаdi bаzis üzərində qurulur. Məsələn, cəmiyyətin müаsir siyаsi struкturu ibtidаi iqtisаdiyyаt şərаitində mеydаnа çıха bilməzdi.

Sоsiаl idrакın qnоsеоlоji (yun. gnosis – biliк) tərəfi isə, idrакın öz хüsusiyyətləri ilə bаğlıdır. Ilк növbədə söhbət оndаn gеdir кi, sоsiаl idrак хüsusi qаnunlаr və каtеqоriyаlаr ifаdə еdə bilərmi, bаşqа sözlə, sоsiаl idrак еlm stаtusu аlа bilərmi?

Bu suаlın cаvаbı sоsiаl idrакın оntоlоgiyаsınа yаnаşmаdа еlm аdаmının mövqеyindən, yəni оnlаrın cəmiyyətin оbyекtiv mövcudluğunu və оrаdа fəаliyyət göstərən оbyекtiv qаnunlаrı qəbul еdib-еtməməsindən аsılıdır. Ümumiyyətlə idrакdа оlduğu кimi, sоsiаl idrакdа dа оntоlоgiyа çох şеydə qnоsеоlоgiyаnı müəyyənləşdirir.

Prоf. V.N.Lаvrinеnко və prоf. V.P.Rаtniкоvun rеdакtəsi аltındа çаp оlunmuş "Fəlsəfə" кitаbındа sоsiаl idrакın qnоsеоlоji tərəfinə аşаğıdакı prоblеmlərin həlli dахil еdilir:


  • ictimаi təzаhürlərin idrакı hаnsı yоllа həyаtа кеçirilir;

  • оnlаrın dərкоlunmа imкаnlаrı və idrакın sərhədləri nеcədir;

  • sоsiаl idrакdа ictimаi prакtiкаnın rоlu və bundа dərк еdən subyекtin şəхsi təcrübəsinin əhəmiyyəti;

  • müхtəlif növlü sоsiоlоji tədqiqаtlаrın və sоsiаl екspеrimеntlərin rоlu.

Sоsiаl idrакın акsiоlоji (yun. axios –qiymətli) tərəfi də оnun spеsifiкаsının аşкаrlаnmаsındа mühüm rоl оynаyır. Çünкi hər cür idrак, хüsusilə də sоsiаl idrак müхtəlif subyекtlərin qiymət nümunələri, mаrаq və vərdişləri ilə əlаqədаrdır. Qiymətli yаnаşmа idrак prоsеsinin əvvəlində – оnun tədqiqаt оbyекtinin sеçimində аrtıq özünü biruzə vеrir. Bu sеçim коnкrеt subyекt tərəfindən, оnun həyаti və idrакi təcrübəsi, fərdi məqsədləri vаsitəsilə həyаtа кеçirilir. Bundаn bаşqа, qiymət təкcə idrак оbyекtini dеyil, həm də çох vахt оnun bir çох fоrmа və mеtоdlаrını, həmçinin sоsiаl idrакın nəticələrinin yоzulmа spеsifiкаsını dа müəyyənləşdirir.

Sоsiаl idrакın qiymət tərəfi cəmiyyətin, оnun аyrı-аyrı sоsiаl təzаhürlərinin müхtəlif аspекtdə və müхtəlif mövqеdə nəzərdən кеçirilməsinə imкаn yаrаdır. Bununlа dа, sоsiаl fеnоmеnlərə, dаhа коnкrеt, çохtərəfli və tаm uyğun оlаrаq, sоsiаl həyаtın dаhа еlmi izаhı həyаtа кеçirilir. Əsаs məsələ, müхtəlif nöqtеyi-nəzərlər, yаnаşmаlаr, mövqеlər və fiкirlər əsаsındа sоsiаl hаdisə və prоsеslərin inкişаf qаnunаuyğunluqlаrını və оnlаrın dахili mаhiyyətini üzə çıхаrmаqdır. Sоsiаl biliyin əhəmiyyətini önə çəкən fəlsəfi fiкir təmsilçiləri, еyni zаmаndа bu əhəmiyyətin nеcə ölçülməsini də izаh еtməyə çаlışmışlаr. Bəziləri bunu sоsiаl idrакın nəticələrinin "sаğlаm düşüncəyə" uyğunluq dərəcəsi ilə (nаtursоsiоlоqlаr) müəyyənləşdirir, digərləri bu mеyаr rоlundа sоsiаl idrак nəticələrinin "çохluq" tərəfindən qəbul еdilməsini əsаs götürür, üçüncülər isə, (prаqmаtiкlər) hеsаb еdirlər кi, sоsiаl idrак yаlnız о zаmаn mö'təbər və həqiqi оlur кi, оnun nəticələri cəmiyyətə fаydа gətirsin. Gətirilən bu fiкirlərin hər birində həqiqət pаyı оlsа dа, оnlаrın hеç birini qеyd-şərtsiz qəbul еtməк mümкün dеyil. Əvvəlа, оnа görə кi, "sаğlаm düşüncə" аnlаyışının əhаtə dаirəsi və nüfuzеtmə səviyyəsi nəzəri-еlmi idrакdаn хеyli məhduddur. Bеlə оlаn təqdirdə, о, sоsiаl idrакın ölçüsü rоlundа çıхış еdə bilməz. Çохluq tərəfindən qəbul еdilmə isə, yеnə də sоsiаl idrакın mе'yаrı кimi çıхış еdə bilməz, оnа görə кi, tаriхi idrакdа uzun zаmаn ərzində çохluq tərəfindən həqiqət кimi qəbul еdilən bu və yа digər idеyаnın sоnrаdаn yаnlış оlduğu аşкаrlаnıb.

Prаqmаtiкlərin mövqеyini də qеyd-şərtsiz qəbul еtməк оlmаz. Siniflərə, strаtlаrа, qruplаrа, siyаsi və коrpоrаtiv təbəqələrə bölünmüş cəmiyyətdə vаhid mənаlı fаydаlılıq аnlаyışı аbsurddur. Çünкi sаdаlаnаn sоsiаl birliк və qüvvələrin mənаfеləri həmişə аz və yа çох dərəcədə, bə'zən həttа qütbi əкsliк səviyyəsində, fərqli оlur.

Sоsiаl idrак qаnunlаrının оbyекtivliyinə dəlаlət еdən аmillərdən biri də еlə оndаn ibаrətdir кi, оnun nəticələrinin кiməsə хеyirli və yа zərərli оlmаsındаn, кiminsə mənаfеyinə uyğun və yа əкs оlmаsındаn, кiminsə bilib-bilməməsindən аsılı оlmаyаrаq, bаş vеrən оbyекtiv prоsеsləri ifаdə еdirlər.

Sоsiаl idrакın hər üç tərəfi – оntоlоji, qnоsеоlоji və акsiоlоji – öz аrаlаrındа sıх əlаqədədir və insаnlаrın idrакi fəаliyyətinin tаm struкturunu fоrmаlаşdırır. Bu mövqеlərin hər üçü bахımındаn sоsiаl idrакın spеsifiкаsı аrаşdırılа bilər:


  • оntоlоji bахımdаn, bu spеsifiка оndаn ibаrətdir кi, bütün sоsiаl оbyекtlər insаn şüurundаn аsılı оlmаsаlаr dа, insаndаn кənаrdа mövcud оlа bilməzlər. Оnlаrı insаnlar yаrаdır, lакin bu yаrаdıcılıq insаnın istəyindən аsılı bаş vеrən bir prоsеs dеyildir;

  • qnоsеоlоji bахımdаn, sоsiаl idrакın spеsifiкаsı özünü оndа göstərir кi, burаdа subyекt qаrşısınа idrак оbyекti кimi özünü qоymuşdur. Tаm əsаslа, sоsiаl idrакı cəmiyyətin özünüdərкi prоsеsi, оnun nəticələrini isə cəmiyyətin mənliк şüuru аdlаndırа biləriк;

  • təbiət qаnunlаrındаn fərqli оlаrаq, dərк еdilən hər bir sоsiаl qаnun, bütövlüкdə cəmiyyətin və оnun аyrı-аyrı qüvvələrinin mənаfеyinə birbаşа tохunduğunа görə, tаriхdə bir qаydа оlаrаq, sоsiаl idrакın inкişаfı ciddi mаnеələrlə rаstlаşır, оnun inкişаfını ləngitməк və bəlкə də yоl vеrməməк üçün irimiqyаslı cəhdlər göstərilir (dinin кöкlərinin və sоsiаl mаhiyyətinin аçılmаsı, cəmiyyətin siniflərə pаrçаlаnmаsı və sinfi mənаfе məsələsi, hакimiyyət və кütlə və s. məsələlər bu qəbildəndir).


III

1. Materiyanın ali hərəkət forması olduğundan cəmiyyət idrak obyektlərindən ən mürəkkəbidir. Bu səbəbdən sosial hadisə və proseslərin mahiyyətini, onların arasındakı qanunauyğun əlaqələri üzə çıxarmaq, bu hadisə və proseslərə sərt səbəb-nəticə əlaqələri mənasında götürülmüş "qanunauyğunluq" kateqoriyasını tətbiq etmək çətindir. Bəs cəmiyyətdə belə obyektiv qanunauyğunluqlar və tendensiyalar ümumiyyətlə mövcuddurmu?

Bu sualın cavablandırılmasından sosial elmin özünün mümkünlüyü haqqında sualın cavablandırılması asılıdır. Əgər sosial həyatın obyektiv qanunları mövcuddursa, onda, deməli, sosial elmin özü də mümkündür. Yox, əgər belə qanunlar mövcud deyilsə, onda cəmiyyət haqqında elmi bilik də ola bilməz, çünki elm qanunlar əsasında formalaşır. Yuxarıda qoyduğumuz suala birmənalı cavab hələ ki, yoxdur.

Əslində cəmiyyət (elə insanın özü də) obyektiv, təbii əsaslara malikdir. O, obyektiv olaraq, yəni idrakın konkret subyektindən asılı olmayaraq yaranıb inkişaf edir. Əks halda tarixin heç bir ümumi inkişaf xətti ola bilməzdi.

Əlbəttə, deyilənlər elə başa düşülməməlidir ki, guya sosial biliyin inkişafı ümumiyyətlə cəmiyyətin inkişafına təsir göstərmir. Lakin bu məsələni nəzərdən keçirərkən idrakın obyekti ilə subyektinin dialektik qarşılıqlı təsirlərini, cəmiyyətin inkişafında əsas obyektiv amillərin aparıcı rolunu görmək lazımdır. Bu amillərin təsiri nəticəsində yaranan qanunauyğunluqları da nəzərə almaq vacibdir. Hər bir cəmiyyətin əsasında duran bu kimi əsas obyektiv sosial amillərə ilk növbədə cəmiyyətin iqtisadi inkişafının səviyyəsi və xarakteri, insanların maddi maraq və tələbatları aiddir. Təkcə ayrıca götürülmüş bir insan deyil, bütövlükdə bəşəriyyət özü idrakla məşğul olmaqdan, öz mənəvi tələbatlarını ödəməkdən öncə ilkin, maddi tələbatlarını təmin etməlidir. Bu və ya digər sosial, siyasi və ideoloji strukturlar da yalnız müəyyən iqtisadi bazis üzərində yaranır. Məsələn, cəmiyyətin müasir siyasi strukturu ibtidai iqtisadiyyat şəraitində yarana bilməzdi. Şübhəsiz ki, ictimai inkişafa coğrafi mühitdən başlayaraq, dünya haqqında subyektiv təsəvvürlərədək, müxtəlif amillərin qarşılıqlı təsirlərini də nəzərdən qaçırmaq olmaz.

Səbəb-nəticə əlaqəsini fərz edən qanunauyğunluq təsadüfü istisna edir və ya ən yaxşı halda ona ikinci dərəcəli yer ayırır. Yalnız hansısa bir tarazlıq vəziyyətində olan reallıqları tərkib elementlərinə parçalamaq, hesablamaq, ölçmək, səbəb-nəticə ardıcıllığında yerləşdirmək, bu və ya digər qanun və ya qanunauyğunluq çərçivəsində izah etmək mümkündür. Sosial hadisələr isə, dinamikliyi, daimi dəyişkənliyi, təsadüflərə meylliliyi ilə fərqlənir ki, bu da sərt determinasiya olunmuş hansısa səbəb-nəticə əlaqələri çərçivəsində onların təhlilini çətinləşdirir. Tarixi reallıqlardan fərqli olaraq, müasir sosial reallıqlar hələ ki, baş vermiş faktlara çevrilməmişdir, daim təşəkkül prosesindədir. Elmi Texniki Inqilab, xüsusilə də 70-80-ci illərin ikinci yarısında başlamış ən yeni texnologiyalar dövrü Gödelin bitmiş qapalı məntiqin mümkünsüzlüyünü əsaslandıran teoreminin düzgünlüyünü təsdiqləyən əlavə arqumentlər verdi. Gödel qeyd etdiyi kimi, əgər təbii aləm haqqında bu müddəa düzgündürsə, onda sosial-tarixi hadisələr baxımından onun düzgünlüyünə şübhə ola bilməz.

İnsan onu əhatə edən aləmin təkcə məhsulu yox, həm də daha çox yaradıcısı olduğundan, cəmiyyətin inkişafında fatalizm, sərt determinasiya olunmuş səbəb-nəticə əlaqələri yoxdur, ola da bilməz. Şübhəsiz, cəmiyyətin müəyyən istiqamətliliyi var, amma onun şüurlu şəkildə can atdığı "sərt çərçivəyə alınmış" hansısa bir məqsədi yoxdur, ola da bilməz. Qanunauyğunluğu ictimai prosesin fatal müqəddəratı, hansısa bir yeganə yol ilə irəliləməsi kimi təsvir etmək düzgün deyil. Burada biz Q. Ştalın fikri ilə razılaşırıq ki, "canlı aləm haqqında universal qanunları yalnız o mənada işlətmək mümkündür ki, o, bütün canlıları ölümə və parçalanmağa məhkum edir". Əksər sosial hadisələrdə səbəb və nəticə bir-birinə təsir göstərir: səbəb nəticəni doğurur, nəticə isə öz növbəsində ilkin səbəbə təsir göstərir və onu transformasiya etməyə qadir olan müstəqil bir qüvvəyə çevirir. Əgər hər bir konkret məqamı qabaqcadan müəyyən olunmuş hansısa bir vəziyyətə doğru hərəkətin çıxış nöqtəsi kimi nəzərdən keçirsək, onda qanunauyğunluq real gerçəkliklə heç bir əlaqəsi olmayan teleologizmə dönür.

İctimai proses və hadisələrdə qanunauyğunluq o demək deyil ki, o, təsadüfün də böyük rol oynadığı altenativ inkişaf istiqamətlərini istisna edir. Burada qanunauyğunluq onda öz ifadəsini tapır ki, o, təsadüfü müəyyən sərhədlər çərçivəsinə alır. Unutmamalıyıq ki, cəmiyyətin mütərəqqi inkişafında baş vermiş fasilələrə və hətta geriləmələrə dair bəşər tarixindən çoxlu sayda misallar gətirmək olar.

Bir sözlə, ictimai həyatda bütün hadisələr o qədər mürəkkəb, rəngarəng, bir-birinə bənzəməzdir ki, burada müəyyən qanunauyğunluqları üzə çıxarmaq çətindir.

2. Sosial idrakın spesifikliyi həm də ondadır ki, burada obyekt qismində idrakın subyektlərinin özlərinin sosial fəaliyyəti çıxış edir. Başqa sözlə, insanların özləri idrakın həm subyekti, həm də obyektidir. Subyektlə obyektin dixotomiyası insanın fəaliyyəti hesabına aradan qaldırılır. Fəaliyyət sosiallığın öz-özünə yaranan və öz-özünə inkişaf edən bir keyfiyyətidir. Bu keyfiyyət yalnız ona görə yaranır ki, reallıqlardan biri subyektin fəaliyyət şəraitini təşkil edən fakt kimi çıxış edir. Bundan başqa, idrakın subyekti ilə onun obyekti arasındakı qarşılıqlı təsir də idrakın obyektinə çevrilir.

İnsan və cəmiyyət haqqında elmlərdə tədqiqatçı heç vaxt öyrəndiyi obyektdən (özü də son dərəcədə dinamik obyektdən) kənarda qala bilməz. Sosial subyektlə obyektin qarşılıqlı təsiri çoxtərəfli xarakter daşıyır. Bu, birincisi, subyekt-obyekt inteqrasiyasıdır: subyekt (agent) obyektə elə bir münasibətdədir ki, onun intensiyaları və hərəkətləri sosial hadisələrin xarakterinə əsaslı təsir göstərir; digər tərəfdən, obyekt subyektə elə bir münasibətdədir ki, o, müxtəlif mexanizmlər vasitəsilə (arxetiplər, habitus və s.) sosial subyektin praktikasına təsir göstərir. İkincisi, predmetli və mənəvi varlığın, semantik və cismani varlığın qarşılıqlı təsiri də göz qabağında olur. Bir sözlə, sosial faktlar təbiətin dondurulmuş, maddiləşdirilmiş "faktlarından" fərqlənir. Onlar insanların hərəkətlərindən irəli gəlir və dinamik xarakter daşıyır. Burada incəsənət əsərləri, istehlak predmetləri, maşınlar, qanunlar və s. halında gözə çarpan nəticələr qoymaqla sosial transformasiyalara səbəb olan insani "jestlər" az rol oynamır. Nəticələri onları törədən "jestlərdən" ayırmaq sosial reallığın adekvat dərkinə aparan yolu bağlamaq deməkdir. Bir sözlə, təbiət elmlərindən, texniki və digər elmlərdən fərqli olaraq sosial idrakın obyektinin özündə əvvəlcədən onun subyekti də yer almış olur.

3. Sosial hadisələr ikili xarakter daşıyır: onlara, bir tərəfdən, cismani obyektlər daxildir, digər tərəfdən, fikri fəaliyyətin özü də reallığa aiddir. Sosial hadisələr onlarda təkcə real cismani komponentlərin deyil, həm də fiziki fiksasiyası mümkün olmayan insan mənəviyyatı elementlərinin olması ilə də səciyyələnir. Başqa sözlə, sosial idrakda biz təkcə maddi deyil (təbiətşünaslıqda olduğu kimi), həm də ideal, mənəvi münasibətlərlə üzləşirik. Bu münasibətlər nəinki cəmiyyətin maddi həyatının konstruksiyasının struktur elementləridir, onlar hətta təbiətdəki əlaqələrdən daha mürəkkəb, rəngarəng və ziddiyyətlidir. Sosial hadisələr obyektiv və subyektiv məqamları ilə birgə qavranılır, yəni həm insandan asılı olmayan fenomen kimi, həm də müstəsna olaraq, insanın idraki fəaliyyətinin nəticəsi kimi. İnsanın idraki fəaliyyəti həqiqətə yaxınlaşmaqla yanaşı yanlışlıqlara və qeyri-dəqiqliklərə də yol verə bilir. İdeal olanın sosial reallıq sisteminə qoşulu olması, mənəvi olanın kəmiyyət baxımından ölçülməsinin mümkünsüzlüyü sosial idrakın imkanlarını məhdudlaşdırır.

4. İctimai həyatda həqiqət dünya mənzərəsinin məzmun və əsas konturlarının formalaşmasına əsaslı təsir göstərən mifologiyada, ənənədə, digər ideal qurumlardadır. Bundan başqa, müasir şəraitdə cəmiyyətin bir sıra sosial problemləri sosiomədəni məna kəsb etmişdir. Buna görə də hadisələrin sosiomədəni fonunu nəzərə almadan sosial reallıqları, o cümlədən, ayrıca götürülmüş bir insanın və ya sosial qrupun davranışını adekvat izah etmək mümkün deyil. Kütləvi, o cümlədən, vizual informasiya vasitələrinin tətbiqi nəticəsində rasional olanın hesabına hissi, emosional, irrasional olanın əhəmiyyəti daha da artmışdır. Bu, şəxsiyyətin bütün hərəkətlərinin iqtisadi, texnoloji və ya digər determinizm formalarının terminləri ilə şərh olunmasından imtina edilməsini ehtimal edir. Miflər, ənənələr, adətlər öz mahiyyətinə görə ən azı o mənada qeyri-rasionaldırlar ki, onlara bizim məntiqi adlandırdığımız hadisələr nəzarət etmir. Hərdən onlar zəkadan çox inama, əqidəyə, reallıqdan çox ideallara köklənir. Onlar bizim yaşadığımız dünyanın bir hissəsini təşkil edir. İnsan aləminin mənzərəsinin əsas konturlarının formalaşmasında və məzmununda iz qoyan bu fenomenləri lazımsız fiksiyalar, yanlışlar kimi kənara atmaq olmaz. İnsanların sosial davranışına hərdən qrup və ya birliyin hərəkətlərinin real məzmunu deyil, insanların bu hərəkətlərə verdikləri əhəmiyyət daha güclü təsir göstərir. Bu nöqteyi-nəzərdən, cəmiyyətdə hakim olan rəmzlər sistemi də mühüm rol oynayır.

5. Sosial idrakda cəmiyyət idrakın həm subyekti, həm də obyekti kimi çıxış edir: insanlar öz tarixini özləri yaradır, özləri də onu dərk edirlər. İnsan və cəmiyyət bir tərəfdən təbiətin bir hissəsi kimi çıxış edir. Digər tərəfdən isə onlar həm cəmiyyətin, həm də insanın özünün yaratdığı hadisələrdir, onların fəaliyyətinin predmetləşdirilmiş nəticələridir, ekzistensial məhsuludur. Bu mənada sosial hadisələr müəyyən obyektiv faktlıq dərəcəsi əldə etsələr də, bu, onları hələ təbiət aləminə oxşar etmir. Göstərilən bu spesifika birmənalı qiymətləndirilməməlidir. Bir tərəfdən, onun müsbət əhəmiyyəti var, çünki cəmiyyətdə cərəyan edən proseslər bilavasitə və bilvasitə həyat təcrübəsinə görə dərk edən subyektə daha yaxındır ki, bu da bu proseslərin daha dərinliyinə varmağa imkan yaradır. Amma digər tərəfdən də idrakın məcmu subyektində müxtəlif, hətta bəzən tam diametral zidd olan maraq, iradə və məqsədlər təmsil olunur. Cəmiyyətdə həm sosial, həm də fərdi, həm maddi, həm də ideal, həm obyektiv, həm də subyektiv amillər qüvvədə olur; burada həm hisslər, ehtiraslar, həm də zəka, insanların həyat fəaliyyətinin həm şüuri, həm də bişüuri, rasional və irrasional tərəfləri də böyük rol oynayır. Cəmiyyətin özünün daxilində onun müxtəlif struktur və elementləri öz xüsusi tələb, maraq və məqsədlərini təmin etməyə can atır. Nəticədə həm sosial proseslərin özünə, həm də onların dərkinə subyektivizm elementləri də əlavə olunur. Öyrəndiyi obyektin başlanğıcını, inkişafını və sonunu kənardan müşahidə etmək imkanına malik olan tarixçidən fərqli olaraq, sosial hadisələri araşdıran tədqiqatçı özünün və digər insanların mənafeyinə toxunan canlı sosial reallıqların iştirakçılarından biridir. O, bu reallıqları daxildən, onlar hələ bitmiş, dönməz forma alıncayadək öyrənməyə məcburdur. Nəticədə, o, indiki anda təəssürat, məqsəd və qərəzlərdən uzaqlaşmaq iqtidarında olmayan subyektdir, onun əldə etdiyi nəticələr dəyişməkdə olan hadisələrin təsirinə məruz qalır. Söhbət məqsədlərdən gedən yerdə isə mütləq dəyərlər də özünə yer alır. Buna görə də sosial idrakın, sosial aləmin öyrənilməsinin mənəvi ölçüləri olmaya bilməz. Hələ Kant elmə müvafiq olan fenomenal (təzahür) və etikaya müvafiq olan noumenal (mahiyyət) səviyyələr kimi reallığın iki müstəqil səviyyələrini qeyd etmişdi. Birinci səviyyə insan zəkası tərəfindən yaradılırsa və öz təbiətinə görə rasionaldırsa, insanın etik və mənəvi həyatınin kökləndiyi ikinci səviyyə insan zəkasına münasibətdə transsendentaldır. Real həyatda belə şaxələndirmənin şərti xarakter daşımasına baxmayaraq, ideal-tipoloji və epistemoloji nöqteyi-nəzərdən o, mümkündür, hətta lazımdır.

Dəyərlər əsasında yanaşma artıq idrak prosesinin başlanğıcında, yəni tədqiqat obyektinin seçimində özünü biruzə verir. Bu seçim öz xüsusi həyat və idraki təcrübəsinə malik olan, öz qarşısına fərdi məqsəd və vəzifələr qoyan konkret subyekt tərəfindən həyata keçirilir. Bundan başqa, dəyərlər təkcə idrak obyektinin seçimini deyil, həmçinin bir çox hallarda onun forma və metodlarını, habelə sosial idrakın nəticələrinin şərhinin də spesifikliyini şərtləndirir.

Tədqiqatçının obyekti necə görməsi, onu necə qiymətləndirməsi idrakın çıxış müddəalarından asılı olur. Bu müddəalar baxımından mövqelərin müxtəlif olması idrakın nəticələrindəki fərqləri şərtləndirir.

Sual oluna bilər: bəs onda obyektiv həqiqət yoxdurmu? Axı dəyərlər insani xarakter daşıyır. Filosoflar bu suala birmənalı cavab vermirlər. Bəziləri hesab edirlər ki, sosial idrakda dəyərlər məqamının olması sosial elmlərin mövcudluğu ilə bir-araya sığmır, digərləri isə, əks mövqe tuturlar. Fikrimizcə, məhz sonuncular haqlıdırlar. Həqiqətən də, özlüyündə dəyərlər əsasında yanaşma təkcə sosial idraka, “mədəniyyət haqqında elmlərə” deyil, həmçinin bütövlükdə idraka, o cümlədən “təbiət haqqında elmlərə” də xasdır. Lakin heç kim buna görə “təbiət haqqında elmləri” inkar etmir. Sosial idrakın aksioloji aspektinin sosial elmlə bir-araya gətirilməsinin mümkünlüyünü göstərən faktiki tərəf isə ondadır ki, sosial elm ilk növbədə cəmiyyətin obyektiv inkişaf qanunlarıını və tendensiyalarını araşdırır. Bu mənada aksioloji ilkin şərtlər tədqiqat obyektinin inkişafını deyil, yalnız tədqiqatın özünün xarakterini və spesifikasını şərtləndirir. Obyekt isə bizim onu necə dərk etməyimizdən asılı olmayaraq olduğu kimi qalır.

Sosiologiyada elmi metodun rolunu qeyd edən fransız sosioloji məktəbinin banisi E.Dürkgeym sosial həyat sferası ilə onun haqqında elmi bilik sferasını bir-birindən fərqləndirməyin zəruri olduğunu vurğulayır: "…Öz axtarışlarının predmetini təyin edərkən, nəyi isə sübut edərkən sosioloq elmdən kənar yaranan, elmlə heç bir əlaqəsi olmayan tələbatlar üçün yaradılan anlayışlardan qəti şəkildə imtina etməlidir". Bu, təbiət elmlərinə də səciyyəvidir. Lakin mürəkkəblik ondadır ki, sosial elmlərə özünün də mənsub olduğu sosiumun, bu və ya digər xassələrini öyrənən alimin hisləri, mövqeləri, mənafeləri də qatılmış olur. Buna görə də Dürkgeym sosial elmlərə də təbii elmlərin metodlarına analoji olan obyektiv metodların tətbiqinin zəruri olduğunu qeyd edirdi (onun əsərlərində çoxlu sayda bioloji və fiziki analogiya və anlayışların olmasının səbəbləri elə məhz bununla izah olunur). Öz metodologiyasının əsas prinsipini, o, özünün aşağıdakı məşhur formulunda ifadə etmişdir: "Sosial faktları şeylər kimi nəzərdən keçirmək lazımdır."

Sosial biliklə bağlı K.E.Tsiolkovskinin düşüncələrinə də müraciət edək. O, elmləri "dəqiq" və "şübhəli" növlərə ayırırdı. Dəqiq elmlərə, o, həndəsəni, mexanikanı, fizikanı, kimyanı, biologiyanı, habelə onların hamısını "dəlib keçən" riyaziyyatı və məntiqi aid edirdi. Texnologiya, coğrafiya, zoologiya, botanika, astronomiya və s. kimi "tətbiqi-təsviri" elmlər də onun tərəfindən bu qrupa aid edilirdi. Hər bir "şüurlu məxluqa" lazım olan məsələləri həll etməyə çalışan şübhəli elmlərə isə o, tarixi, fəlsəfəni, dini aid edirdi. "Onlar ona görə şübhəli adlandırılır ki, müxtəlif başlar bu məsələləri müxtəlif cür həll edir. Kimin haqlı, kimin haqsız olduğu bilinmir... Lakin dəqiq və qeyri-dəqiq elmlər arasında kəskin sərhədlər qoymaq da düzgün deyil. Bir tərəfdən, dəqiq elmlərin ali sərhədləri titrəkdir, digər tərəfdən isə sosial elmlərin əsasları dəqiqliyə yaxındır".

Bu məsələ ilə bağlı, aşağıdakı məşhur aforizmi də xatırlatmaq yerinə düşər: "Əgər Pifaqorun teoremləri insanların həyat əhəmiyyətli maraqlarına toxunsaydılar, onlar çoxdan təkzib olunmuşdu". İctimai həyatın bu mürəkkəbliyi, rəngarəngliyi sosial idrakın mürəkkəbliyini və çətinliyini, həmçinin idrakın digər növləri ilə müqayisədə spesifikliyini şərtləndirir. Sosial idrakın obyektiv səbəblərlə, yəni obyektin spesifikliyi ilə bağlı olan səbəblərlə izah olunan çətinliklərinə idrakın subyekti ilə bağlı olan çətinliklər də əlavə olunur. Sosial idrakın subyekti ictimai əlaqə və elmi birliklərdə iştirak edən, lakin öz fərdi təcrübə və intellektinə, maraqlarına, tələbatlarına və dəyərlərinə malik olan insandır. Beləliklə, sosial idrakın spesifikasını araşdırarkən, onun şəxsiyyətlə bağlı tərəfini də nəzərə almaq lazım gəlir.

6. Sosial reallıq təbii reallıqdan onunla fərqlənir ki, o, müəyyən mənada "epistemoloji subyektdir", yəni onu araşdıran alim inteqral olaraq ona daxildir: alim onun öyrəndiyi obyektin bir hissəsidir və müəyyən mənada bu reallığın təkrar istehsalında iştirak edir. Məsələn, Sezar, Platon, Aristotel, Makiavelli, Marks öz praktiki əməlləri ilə tarixi subyektlər kimi təhlil etdikləri fenomen və proseslərə bu və ya digər dərəcədə müdaxilə edirdilər. "Qalliya müharibəsi haqqında şərhlər"ində Sezar özü-özünü oxuculara təqdim edirdi. Platon öz nəzəriyyələrini Sirakuzada reallaşdırmağa cəhd göstərmiş və öz Qanunlarını yazmışdı. Düzdür, bu, uğursuzluqla nəticələnmişdi. Aristotel öz doğma şəhərinin – Stagiranın konstitusiyasıını yazmışdı. Makiavelli Florensiyanın xarici işlərinə rəhbərlik etmiş, bu sahədə qazandığı təcrübəyə əsaslanaraq, "Hökmdar" kitabını yazmışdı. Marks birinci Kommunist İnternasionalına rəhbərlik edərkən, kapitalizmin yox olacağı haqqında fikri formulə etmişdi. Bu nöqteyi-nəzərdən, dünyanın törədilməsi prosesinin arası heç bir vaxt kəsilmir. Varlığın dinamikliyi onu əbədi olaraq bitməmiş, tamamlanmamış edir. Digər tərəfdən, varlığın natamamlığı onun dinamikliyinin əlamətidir. V.L.Solovyovun dediyi kimi, allahın həmkarı kimi insan, tamamlanmamış dünyanın yaradılışında daim fəal iştirak edir. Məhz sosial aləmin natamamlığı və açıqlığı üzündən sosial fəlsəfə diqqətini onun dinamik tərəfinə cəmləşdirməlidir. Sosial aləmin ən başlıca cəhətini sükunət deyil, hərəkət təşkil edir, sosial fəlsəfənin diqqət mərkəzində isə sosial proses, yəni ictimai hadisələrin inkişafı, bu inkişafın qanunları, səbəb və mənbələri durur. Bununla əlaqədar, qeyd etmək istərdik ki, idrakın real gercəkliyə münasibətinin aşağıdakı iki əsas variantı mümkündür: a) predmetin özü əsaslı olaraq dəyişmir, onun nəzəriyyəsi, dərki isə kifayət qədər sürətlə inkişaf edir; b) predmetin inkişaf müddəti nəzəriyyənin inkişaf müddəti ilə üst-üstə düşür, nəticədə biliyin, elmin təkamülü özlüyündə obyektin təkamülünü əks etdirmiş olur. Bu, sosial hadisə və proseslərin dərkinə xas olan tipik xüsusiyyətdir.

7. Sosial idrak sosial hadisələrin semantik ifadə vasitələri ilə bağlıdır. Mövcud olmaq burada adlandırılmaq, mətnə daxil etdirilmək, dilin qaydalarına tabe olmaq deməkdir. Əgər təbiət elmlərinin xüsusi dili öyrənilən obyektin dəqiq inikasına uyğunlaşdırılmışdırsa, sosial elmlərdə anlayışlar "sərt" deyildirlər, çünki sosial reallığın tərəf və prosesləri arasında sərt sərhədlər yoxdur. Bu üzdən də dəqiq anlayışlar gerçəkliyi inikas etmək iqtidarında olmurlar.     Sosiallıq anlayışına olan əsas yanaşmaları təhlil edərək, Y.M.Reznik "hadisəli yanaşma" adlandırdığı öz xüsusi mövqeyini təklif edir. Sosial hadisəələr dedikdə müəllif "insanlar arasında əhəmiyyətli olan təsirləri", habelə "universal adların köməyi ilə təsvir oluna bilən tipik, təkrarlanan hadisələri" nəzərdə tutur. Müəllif yazır: "Belə yanaşdıqda, cəmiyyət bir-birilə səbəbiyyət və mənalar münasibətləri əlaqələrində olan insanların birgə yaşayışının rəngarəng hadisələr məkanı kimi çıxış edir". Müəllif haqlı olaraq sosial həyatın mənalar, dəyərlər tərəfinin rolunu qeyd edir. Bu arada onun fikrinə əlavə olaraq qeyd etmək istərdik ki, nəinki insanlar arasındakı qarşılıqlı təsirlər, hətta insan fəaliyyətinə cəlb edilmiş bütün şeylər bu və ya digər insani məna daşıyır.

8. Sosial gerçəkliyin dərki bu gerçəkliyin özünün dəyişdirilməsi ilə əlaqədardır. İdrak aktının özü mövcud qaydaları şübhə altına ala, hətta poza, sarsıda da bilər. Deyilənlər idrak prosesində alınmış məlumatların praktiki tətbiqinin nəticələri ilə bağlı deyil. Buna səbəb idrak prosesinin özüdür. Təbii elmlərdə əsas diqqət izaha verilirsə, ictimai elmlərdə anlamaya üstünlük verilir. İzah etmək təbii effekti təkrarlamalı və ya yaratmalı olan laboratoriya eksperimentinin tərkib elementləri arasındakı daxili və xarici əlaqələri aşkar etmək deməkdir. Sosial sferada söhbət təkcə hadisələrin izah edilməsindən getmir. Burada söhbət həm də onların dərk edilmə mənasında adekvat anlaşılmasından gedir. Sosial fenomeni izah etmək ilk növbədə onu "təsvir etmək" deməkdir. Məsələn, iqtisadi böhranın "izahı - təsviri" onun önündə gedən ilk müflisləşmələrin, bank tariflərinin artmasının və s. müəyyənləşdirilməsindən ibarətdir. Təsvir etmə sosial və humanitar fənlərin əhəmiyyətli hissəsini təşkil edir. Sosiallıq insanların tələbat və meyllərinin reallaşdırma prosesini kəsb etdiyindən onu anlamaq sosial fenomenlərin əsasında duran niyyət və təsəvvürlər məcmusunu müəyyən etmək deməkdir. İdeoloji məzmun sosial və humanitar elmlərdə nəzəri bünövrənin canına işləmişdir. İzah etmə səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsini nəzərdə tutursa, anlama insan fəaliyyətinin dərin motivlərinin aşkarlanmasından ibarətdir. V.Diltey haqlı olaraq yazırdı ki, insan əməllərinin öyrənilməsi, bəşər mədəniyyəti sferasında həqiqətin dərki daxili anlamanı tələb edir ki, buna da cansız predmetləri öyrənən elmlərdən fərqli olaraq, başqa vasitələrin köməyi ilə nail olmaq mümkündür.

9. Nəhayət, sosial idrakın sosial-tarixi şərtlənməsini də qeyd etmək lazımdır. Sosial idrakın hüdudları və imkanları,bir tərəfdən, insanın idraki qabiliyyətlərinin özü ilə, digər tərəfdən də sosial hadisələrin şərhi məsələləri ilə bağlı olan dil problemləri ilə şərtlənrir. Bundan başqa, bir tərəfdən, insan aləminin subyektiv reallığı kimi, digər tərəfdən isə cəmiyyətin obyektivləşdirilmiş formaları kimi göz önünə gələn sosial hadisələrin səciyyəsindəki subyekt-obyekt dixotomiyası insanın fəaliyyətində aradan qaldırılır. İnsanın sosial idarəetmə, modernləşdirmə praktikasında iştirak etməsi nəticəsində sosial idrakın imkanları genişlənir və sosial hadisələr haqqında mühakimələrimizin həqiqət və ya yanlış olduğu üzə çıxır. Sosial idrakın cəmiyyətin maddi və mənəvi inkişaf səviyyəsindən, onun sosial strukturundan və hakim maraqlardan asılı olduğu da nəzərdən qaçırılmamalıdır.

Sosial idrakın spesifikasından bəhs edərkən, ifratçılıqdan uzaq olmaq lazımdır. Onlardan biri təbii-elmi yanaşmanın tam olaraq ictimai hadisələrə şamil olunması ilə bağlıdır. Sosial aləmin öyrənilməsi metodologiyasının inkişafı baxımından, onun rasionalist ənənələri çərçivəsində formalaşması və təşəkkül tapması həlledici əhəmiyyətə malik olmuşdu. Bu mənada, Yeni dövrdə təbii və sosial aləmin araşdırılmasında baş vermiş inqilabi dönüş həlledici rol oynadı.

Bütövlükdə götürdükdə, sosial və humanitar elmlərin baniləri universal rasionallıq modelindən və dünyaya mexaniki-stiyentist baxışdan çıxış edirdilər. Yeni dövrün filosofları əmin idilər ki, təbiət hesablana bilinən bir şeydir. Qalileyin təbiət “scritta in lingua matematica”, yəni təbiətin riyazi dildə dəqiq təsvir və izah oluna bilməsi fikri də elə məhz buradan irəli gəlir. Belə yanaşma təkcə təbii deyil, həmçinin sosial aləmin də izah olunmasında universal bir metod kimi istifadə olunurdu. R.Dekart hətta söyləyirdi ki, heyvan sadəcə mürəkkəb bir maşındır.

Bu tezisi daha ardıcıl inkişaf etdirən T. Hobbs, onu tam həcmdə insana da şamil etdi. "Leviafan"da insan maşın kimi səciyyələndirilir. Onun fəaliyyəti bu maşınınn ürək-yay, sinir-tellər, oynaqlar-təkərlər və s. kimi hissələrinin hərəkətinin nəticəsi kimi təsvir olunurdu. Hətta Hobbs dövlətin özünü də daxilində mexaniki proses və qarşılıqlı münasibətlər cərəyan edən nəhəng və süni insan kimi nəzərdən keçirirdi. Bununla da, Hobbsun fəlsəfəsində rasionalizm və mütləqlilik sintez edildi. Bu ənənənə J.Lametrinin insanı saat mexanizminə bənzədən “İnsan-maşın” əsərində (1747) özünün bitmiş ifadəsini tapdı.

Rasionalist ənənənin nümayəndələri elmi həm təbii, həm də sosial aləmin sirlərinin qapısını aça bilən bir qüvvə kimi qiymətləndirirdilər. Dünyanın mexanistik mənzərəsində sərt determinizm hökm sürür: burada təsadüfə yer qalmır. Dunyanın məhz belə mənzərəsinə uyğun olaraq Laplas deyirdi ki, əgər kainat haqqında toplanmış bütün məlumatları cəlb etsək, onda bütün təfsilatı ilə həm gələcəyi qabaqcadan görə bilərik, həm də keçmişimizi bütün xırdalıqları ilə canlandıra bilərik. Belə bir fikir də var ki, guya Laplas Napoleon Bonaparta "İkinci Nyuton olmayacaq, çünki yalnız bir dünya mövcuddur, o da artıq öyrənilmişdir" demişdir.

Sosial fenomen və proseslərin rasionalizm terminlərində izah olunması Qərbin ictimai elmlərində tədricən hamı tərəfindən qəbul olunurdu. Belə bir fikir hökm sürürdü ki, sosial reallıqda da öz dəqiqliyinə və müəyyənliliyinə görə, tutalım, fizikanın qanunlarından heç də geri qalmayan qanun və qanunauyğunluqlar aşkar olunacaqdır. Təbii elmlərdə işlənən bir sıra tədqiqat metodlarından, üsullarından sosial və humanitar elmlərdə də geniş istifadə olunmağa başlayır. Sosial gercəkliyin müəyyən aspektləri təbii elmlərdən alınmış "tərəqqi", "təkamül", "orqanizm", "qayda" və s. kimi anlayışların köməyi ilə təhlil olunurdu. Artıq XVIII-ci əsrin sonuna yaxın sosial hadisələrin cəmiyyətin pozulmaz təbii-tarixi qanunauyğunluqlarını təyin etməyə qadir olan dəqiq metodların köməyi ilə empirik öyrənilməsinin vacib olduğu heç kimdə şübhə doğurmurdu.

1862-ci ildə H.Helmholts özünün məşhur çıxışında humanitar və təbii elmlərin hüquqlarını praktiki olaraq bərabərləşdirdi. Düzdür, o etiraf edirdi ki, təbii-elmi tədqiqatlarla müqayisədə tarixi idrakda induktiv metod tamamilə başqa şəraitə düşmüş olur. Maraqlıdır ki, humanitar elmlərin nəzəri-idraki müstəqilliyini qəti müdafiə edən məşhur alman tədqiqatçısı V.Diltey bununla belə təbii elmlərin humanitar elmlər üçün nümunə kəsb etdiyini söyləyirdi. XIX əsrin sonu-XX əsrin əvvəllərində ilk olaraq O.Kont, K.Marks, F.Engels və onların ardıcılları, sonra isə E.Dürkgeym, V.Pareto, Q.Moska və başqaları sosial fenomenləri pozulmaz qanunauyğunluqlar və səbəb-nəticə əlaqələri terminlərinin köməyi ilə təhlil edirdilər.

Elə bu vaxt təbiət elmləri ilə ictimai elmləri bir-birindən fərqləndirən meyarlar da formulə edildi. Birincilər ümumi inkişaf qanunauyğunluqlarının və sərt səbəb-nəticə əlaqələrinin üstünlük təşkil etdiyi əsas elmlər kimi səciyyələndirilirdilərsə, ikincilər fərdi, təkrarsız, unikal fenomenlər və hadisələrin üstünlük təşkil etdiyi fərdiləşdirici tipə aid edilirdi. Buna baxmayaraq, kontinental Avropa ölkələrinin sosial fəlsəfəsində və sosial elmində empirik və nəzəri başlanğıcların sintezinə meyllər üstünlük təşkil edirdi. İngilis-sakson ölkələrində, xüsusən də ABŞ-da üstünlük bütün sosial və humanitar elmləri dəqiq elmlərə çevirmək iddiasında olan pozitivizmə verilirdi.

Pozitivizm dəqiq elmlərin metodologiyası və metodlarını istifadə edərək sosial hadisə və prosesləri sərt determinizm kontekstində nəzərdən keçirirdi. Sosial sistemə sərt dairəyə alınmış hansısa bir qanunauyğunluqlar əsasında fəaliyyət göstərən bitmiş sistem parametrlərii verilmişdi. Pozitivist yanaşma sosial fenomenlərin əsasında duran element və komponentlərin yekcinsliyindən, təkrarlanmasından və hesablanmasından çıxış edir. Pozitivist metodologiyasının təsdiqlənməsində Ikinci Dünya Müharibəsindən sonra Qərbin sosial elmində geniş vüsət almış "biheviorist" və ya "bihevioral" inqilab mühüm rol oynadı. Əvvəlcə sosiologiya, psixologiya və sosial psixologiyada öz təsdiqini tapmış bu yanaşma öz qarşısında ilk növbədə ayrıca bir fərdi, qrupu, müxtəlif sosial, mədəni, peşə və digər birlikləri öyrənmək məqsədini qoyurdu. Biheviorizm çərçivəsində sosial aləmin ən mühüm problemlərinin öyrənilməsində böyük rol oynamış sistemli və müqayisəli metodlar formalaşmışdır. Kütləvi səviyyədə onlar sosial davranışın, müvafiq olaraq, sosial proseslərin, sosial sistemlərin fəaliyyətinin real parametrlərini və səbəblərini öyrənməli idilər. Ənənəvi sosial elmlər sosial təsisatların formal təhlilinə, cəmiyyətin sosial təşkilinin formal strukturuna yönləndirilirdisə, pozitivizm və onun biheviorizm, sistemli və müqayisəli təhlil kimi növləri sosial proseslərin iştirakçıları olan insanların real davranış aspektlərini təhlil edirdilər. Bu metodologiya çərçivəsində ictimai rəy sorğuları cəmiyyətin ən mühüm məsələlərinə dair ictimai əhval-ruhiyyələrin, baxışların, geniş əhali kütlələrinin mövqelərinin üzə çıxarılması alətinə çevrildi.

Sosial və humanitar elmlərdə pozitivizm və stiyentizm kəmiyyət və statistik tədqiqat metodlarına, mücərrəd modellərin qurulmasına, təbiət elmlərinin, xüsusən də riyaziyyatın metodlarından istifadəyə, obyektivliyə üstünlük verilirdi. Pozitivizmin, o cümlədən biheviorizmin səciyyəvi cəhətlərindən biri onların faktlarla dəyərlərin bir-birindən fərqləndirilməsinin vacibliyi, cəmiyyətin təhlilində dəyərlər əsasında yanaşmanın yolverilməzliyi haqqında tezisidir. Pozitivizm yalnız eksperimentdə təsdiq olunmuş və ya təbii və texniki elmlərin formal məntiqi və yaxud formallaşdırılmış metodlarının köməyi ilə alınmış faktların düzgünlüyünü bildirirdi. Onların fikrincə, tədqiqatçılar mənəvi-etik məsələləri kənara qoyub, əsasən sosial prosesin iştirakçılarının davranışını təhlil etməklə məşğul olmalıdırlar. Beləliklə də dəyərlər, dünyagörüşü, ideoloji xarakterli əqli nəticələr qeyri-elmi adlandırılaraq qətiyyətlə rədd edilirdi. Nəticədə, pozitivizm sosial fenomenləri və prosesləri onların rəngarəngliyi ilə bütövlükdə əhatə edə bilməmişdi.

70-si illərin əvvələrində pozitivizmin həm metodoloji arsenalı, həm də anlayış-kateqorial aparatı ictimai inkişaf reallıqlarına artıq cavab vermirdi. Pozitivizmə qarşı reaksiya ilk növbədə Qərbin sosial və humanitar elmlərində postbiheviorizm və postpozitivizm cərəyanlarının yayılmasında özünü biruzə verdi. Belə ki, məsələn, D.İston postbiheviorizmin müddəalarını aşağıdakı kimi formulə etmişdi. Birincisi, mahiyyət texnikadan üstündür (tədqiqat texnikasına mükəmməl yiyələnməkdənsə, aktual sosial problemlərin mənasını dərk etmək lazımdır); ikincisi, faktların təsvirini vurğulamaq, bu faktların izahını məhdudlaşdırmaq deməkdir. Davranışın araşdırılmasının əhəmiyyətini şişirdən tədqiqatçı gerçəkliklə əlaqəni itirmiş olur, cəmiyyətin "kobud reallığını" aşkara çıxara bilmir. Odur ki, postbiheviorızmin vəzifəsi sosial elmə böhran dövründə bəşəriyyətin həqiqi tələbatlarına xidmət etməkdə köməklik göstərməkdir. Üçüncüsü, dəyərlərin öyrənilməsi və konstruktivcəsinə ilşlənilməsi cəmiyyətin öyrənilməsinin ayrılmaz hissəsini təşkil edir. Dördüncüsü, sosial aləmi öyrənən tədqiqatçının vəzifəsi bəşər dəyərlərini müdafiə etməkdir. Beşincisi, bilmək hərəkət etmək, hərəkət etmək isə cəmiyyətin yenidən qurulmasında iştirak etmək deməkdir. İstona görə, mənəvi-etik başlanğıc sosial-fəlsəfi araşdırmaların canına işləmişdir. Bu mənada elmin dəyərlər baxımdan neytral olmadığından çıxış edən tədqiqatçı öz simpatiyalarını və antipatiyalarını gizlətməməklə diqqətini ilk növbədə bu an üçün daha aktual olan sosial problemlər üzərində cəmləşdirir. Faktı dəyərlərdən ayırmaq olmaz. Tədqiqatçının vəzifəsi mövcud və mümkün dünyalar arasındakı daha böyük uyğunluğa nail olmağın yollarını aşkarlamaqdır. Deyilənlərdən aydın olur ki, sosial filosof, eynilə sözün ən geniş mənasında götürülən filosof insani dəyərləri müdafiə etməklə, ictimai problemlərdən təcrid olunmuş qərəzsiz texnikə çevrilməməklə cəmiyyətə görə məsuliyyət daşımalıdır. Onun bilikləri cəmiyyətin mənafeyinə xidmət göstərməlidir. Sosial aləmin öyrənilməsi öz-özlüyündə artıq bir sosial akt kəsb edir, və bununla məşğul olan insan ədalətsizliyin bütün formalarının aradan qaldırılmasına xidmət etməlidir.

Qeyd etmək lazımdır ki, sosial elmlərdə klassik, "pozitiv" üslub bu gün də kifayət qədər güclü metodoloji cərəyan olaraq qalmaqdadır. Bu cərəyanın məşhur nəzəriyyəçilərindən biri olan C.Terner yazır: Kontun "sosial fizika" haqqında arzusu hələ yaşayır, lakin inanmıram ki, özlərini nəzəriyyəçi hesab edən əksər sosioloqlar ona lazımi diqqət yetirib onu reallaşdıracaqlar. Psixoloji baxımdan belə yanaşma əsasən fizika, kimya, biologiya, kibernetikanın artmaqda olan nüfuzu ilə əlaqədardır. Belə ki, bu gün biz fiziki olana birbaşa reduksiya etməklə, tutalım, Eynşteynin nisbilik nəzəriyyəsinə arxalanmaqla hansısa cəmiyyətin geridə qalmasının səbəblərini izah etmək cəhdlərinin şahidi oluruq. Məsələn, Rusiyanın geridə qalmasının səbəblərini izah edən bəzi tədqiqatçıların fikrincə, Avropadan fərqli olaraq, guya Rusiya əsrlər boyu fərqli energetik inkişaf tipini – məkan tipini tətbiq edirdi (məkanın hopulması, udulması isə zamanın axarını ləngidir). İndi isə ölkə guya tarixdə üstünlük təşkil edən başqa zaman inkişaf tipinə keçid almalıdır. Lakin nə konseptual, nə də məzmun baxımdan belə izah biliyimizi artırmır.

Heç şübhəsiz, ictimai həyatın bütün sahələrində sosial hadisə və proseslərin cərəyan etməsində az-çox yeknəsəkliyin müəyyən edilməsi də öz əhəmiyyətini saxlayır. Burada səbəb-nəticə determinasiyası mənasında götürülmüş qanunauyğunluq və səbəbiyyət tamamilə yox olmur. Məsələn, müharibə təhlükəsi və ya beynəlxalq böhran dövründə əhalinin böyük hissəsi, bir qayda olaraq, qüvvədə olan hökumətin ətrafında birləşir. Məhz bu cür təkrarlanan faktlara əsaslanaraq bəzi konstruksiyalar, məsələn, R.Mixelsin "oliqarxiyanın dəmir qanunu", Marksın siyasi üstqurumun iqtisadi bazislə şərtlənməsi konsepsiyası və b. formulə edilmişdir. Lakin bu konstruksiyalar formulə edilərkən yalnız onları az-çöx təsdiqləyən ayrı-ayrı faktlar hesaba alınır, onlara uyğun gəlməyən faktlar isə praktiki olaraq nəzərə alınmırdı. Təbii ki, onlar zamanın və sosial reallığın sınağından heç də həmişə keçmirdilər. C.S.Mill deyirdi ki, "induktiv elmlər ən yeni dövrdə məntiqi metodun mütərəqqi inkişafında daha böyük rol oynamışdırlar, nəinki bütün peşəkar filosoflar." Görünür, bu, düzgün fikirdir, lakin məsələ elə bundadır ki, sosial-tarixi və ictimai-siyasi fenomenlər heç də həmişə sərt məntiqi təhlilə və səbəb-nəticə determinasiyasının qanunauyğunluqlarına uyuşmur. Burada təbii-elmi şüur öz imkanlarını və hədlərini etiraf etməli, nəzərə almalıdır ki, sosial idrak təbii elmlərin induktiv metodlarından faydalanmaqla elm səviyyəsinə yüksələ bilməyəcəkdir. "Xalis zəkanın tənqidində" Kant göstərmişdi ki, elmi idrak vasitələri dünyanın hamı üçün lazım və mütləq olan mənzərəsini vermək iqtidarında deyildir. Elmə onun hüdudlarını göstərməklə, o, mənəvi və estetik dəlillərin müstəqilliyini elan etmişdi. Kant belə fərz edirdi ki, elmin normaları ali dəyərlərin aşkarlanmasının yalnız bir aspektini təşkil edir. Burada onlarla yanaşı və onlardan asılı olmayaraq əxlaqi şüurun və estetik hissin normaları da qüvvədə olur. Elmi biliyin ən yüksək inkişaf səviyyəsinə nail olduğumuz bu günkü dövrdə də əksər alimlər elmin öz sərhəd və imkanlarını etiraf etməsinin zəruri olduğunu dərk edirlər. Sosial idrakın təbii elmlərin induktiv metodlarından istifadə etməklə elm səviyyəsinə yüksələ bilməyəcəyini bəyan edən X.Q.Hadamer yazırdı: "Tək sadəcə praktiki hallarda gələcəyi görməyə imkan verən qanunauyğunluğu sübut etmir. Əksinə, burada idealımız hadisənin özünün birdəfəlik və tarixi konkretliyində anlaşılması olmalıdır".

İkinci kənarlaşma isə ictimai elmlər üçün təbiətin öyrənilməsində istifadə olunan metodların yararsız olduğunun bəyan edilməsi ilə bağlıdır. Konkret metodikalar həqiqətən də bir-birindən əsaslı şəkildə fərqlənir. Məsələn, tarixin öyrənilməsi metodikası tarixi faktların lokallaşdırılması metodikası, şəxsiyyətin identifikasiyası metodikası və s. kimi unikal komponentləri özündə birləşdirir. Əlbəttə, konkret metodikaların spesifikliyini mütləqləşdirmək olmaz: xüsusi metodikalar bir-birinə qarşılıqlı nüfuz edir. Biologiya ənənəvi olaraq sırf özünün metodları ilə yanaşı kimyəvi və fiziki tədqiqat metodlarından; sosiologiya – psixologiyanın metodlarından; sosial antropologiya – bioloji metodlardan geniş şəkildə istifadə edir. Və nəhayət, bütün elmlər (həm təbiətşünaslıq, həm də ictimai elmlər) tədqiqatçının istəyindən asılı olmayaraq vahid fəlsəfi metoddan istifadə edirlər. Deyilənlər ümumi, xüsusi və təkin (spesifikin) dialektikasının tipik nümunəsidir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin