MÖvzu: 1 FƏLSƏFƏnin genezisi, predmeti və CƏmiyyəTDƏ rolu plan



Yüklə 1,72 Mb.
səhifə18/23
tarix21.01.2017
ölçüsü1,72 Mb.
#6054
1   ...   15   16   17   18   19   20   21   22   23

IV

Qeyd etdiyimiz kimi, sosial idrakın spesifikliyi sosial hadisələri izah edən konsepsiayaların rəngarəngliyinə əsaslı təsir göstərir. Bunun həqiqətən də belə olmasını həm sosial idrak tarıxınin özü, həm də onun bu günkü vəziyyəti sübut edir. Klassik sosial-fəlsəfi paradiqmanın inkişafına nəzər salsaq, onda görə bilərik ki, onun idealizm və materializm kimi iki əsas metodoloji əsası olmuşdur. Substansional yanaşmaya arxalanan hər iki cərəyan sosial hadisələri özünün inkişafına Allahın iradəsindən və insanın fəaliyyətindən (idealizm), yaxud yalnız insanın fəaliyyətindən, həmçinin tarixin obyektiv qanunlarından impuls alan sistemli fenomenlər kimi nəzərdən keçirirdi (materializm). Hər iki halda sosial hadisələrin daxili yaşantılarının təhlili, insanın sosial reallığa münasibətinin mənayaradıcı xarakterinin təhlili kənarda qalırdı. Mütəfəkkirlər cəmiyyətin varlığının və insan fəaliyyətinin əsasına ədalət ideyası (Platon), ilahi məqsəd (Avqustin), mütləq zəka (Hegel), iqtisadi amil (K.Marks), "həyat instinkti" olan Erosla "ölüm instinkti" olan Tanatosun bir-biri ilə və sivilizasiya ilə mübarizəsi (Z.Freyd), "reliktlər" (V.Pareto), "sosial xarakter" (E.Fromm), "xalq ruhu" (M.Lasarius, H.Şteyntal), coğrafi mühit (Ş.Monteskye, P.Çaadayev) və s. kimi müxtəlif cinsli amilləri qoymuşdular.

Artıq qeyd etdiyimiz kimi, klassik sosial elm üçün onun metodoloji təməlini nəyin təşkil etməli olması haqqında məsələ aktual deyildir, çünki o, bir elm kimi klassik dinamikanın qanunlarına söykənən universal nümunələrə əsaslanmaqla meydana gəlmişdir. Bu qanunlara həm təbiət obyektlərinin, həm də sosial proseslərin tabe olduğu vurğulanırdı. Klassik elmiliyin prinsiplərinin dəqiq formuləsinə biz E.Dürkheymin sosial fakt anlayışıının tətbiq etdiyi və sosial faktları şeylər kimi nəzərdən keçirməyi təklif etdiyi "Sosioloji metodun qaydaları" əsərində (1895) rast gəlirik. Sosial faktlar obyektiv və simasızdır. Onların arasında kauzallıq münasibətləri qüvvədədir ki, bu da sosial qanunların əsasını təşkil edir.

Qeyri-klassik paradiqma E.Qusserlin və V.Dilteyin fenomenologiyasına köklənib, sosial biliyin modern mədəniyyətinin XX əsrin əvvəllərində və ortalarında ortalarında yaşadığı böhrana reaksiyasını kəsb edirdi. Qeyri-klassik sosial-fəlsəfi fikrin rəngarəngliyinə baxmayaraq, o, özünün inkişafı üçün impulsları həddindən artıq rasionallaşdırılmış olan və sosial reallığın qeyri-rasional, fərdiləşdirilmş formalarını əks etdirməyən klassik sosial-fəlsəfi yanaşmanın məhdudluğundan alırdı. Qeyri-klassik yanaşma sosial hadisələri başqa sistemlərə təsir göstərən və deməli, onların da əks təsirinə cavab verən açıq sistem kimi nəzərdən keçirir. Özünün "Avropa elmlərinin böhranı və transendental fəlsəfə" adlı əsərində (1954) E.Qusserl insanın dünyada paradoksal vəziyyətini sosial idrakın əsas problemi hesab edir. Bir tərəfdən, o, qurub yaradan subyektdirsə, digər tərəfdən də dünyada mövcudluq edən obyektdir. O, bir tərəfdən, dünyanın bir hissəsidir, digər tərəfdən də öz mənayaradıcı fəaliyyəti ilə bu dünyanı qurur. Yeni subyektivist paradiqmanın diqqət mərkəzində artıq obyektiv proseslər deyil, sosial aləmin şərhi prosesində subyektin şüurunda yaranan qayda durur. Subyektivist sosiologiyanın əməliyyat apardığı əsas anlayışlara "həyat aləmi", "yaşantılar", "anlama" aiddir. İnsan öz şüurunda dünyanı əks etdirmir. Müəyyən mədəni, sosial məkana mənsub olması üzündən o, bu dünyaya bu və ya digər məna verməklə onu konstruksiya edir. Subyektivist cərəyanının nəzəriyyəçiləri sosial elmlərin predmetinin təbiət elmlərinin obyektlərindən fərqləndiyini dərk edirdilər. Dilteyə görə, ruh haqqında elmlər insanın azad, intensional fəaliyyətini öyrənir. Belə tədqiqatlar üçün məlumatları isə yalnız özünürefleksiyadan, özünümüşahidədən əldə etmək olar. Kauzal izaha qarşı təsvir və hermenevtik yanaşma irəli sürülürdü. Bu metodoloji cərəyan çərçivəsində M.Veberin, Q. Zimmelin, A.Şütsün əsərləri maraq kəsb edir. Fenomenologiya və qeyri-klassik yönəlişli digər sosioloji məktəblər üçün sosial reallığın mikrosəviyyəsinə üz tutma, onun makrososial strukturlara münasibətdə birinciliynin vurğulanması səciyyəvidir. “Sosial biliyin klassik paradiqması canlı kommunikasya qarşısında sərt sosial strukturların sosial-ontoloji prioritetinə əsaslanırsa, Veber kimi, Şüts də öz təhlilinin əsasına sosial subyektin personal şüurunun strukturunu qoyur. Hazır sosial struktur və təsisatlar isə ikinci yerə qoyulur.

Fenomenoloji fəlsəfəni klassik fəlsəfədən fərqləndirən daha bir cəhət biliyin statusunun dəyişməsidir. Klassik bilik elmi biliklə eyniləşdirilirdisə, fenomenologiya öz modellərini adi şüurun modellərinə nəinki qarşı-qarşıya qoymur, hətta biliyin bu iki tipinin bir-birinə yaxınlaşmasında sosial nəzəriyyənin həqiqiliyinin meyarını görür. Şüts yazır: "Təbiətşünasın araşdırdığı təbiət aləmi molekul və atomlar üçün heç bir əhəmiyyət kəsb etmir. Amma sosial tədqiqatçının müşahidə sferası olan sosial reallığın burada yaşayan, fəaliyyət göstərən və düşünən insanlar üçün spesifik əhəmiyəti var. Adi-gündəlik şüurun konstruksiya vasitələri ilə onlar gündəlik həyatlarnda reallıq kimi qavradıqları bu aləmi əzəlcədən seçib şərh edirlər. Elə bunlar da onların davranışlarını şərtləndirən, motivləşdirən həmin o ideal obyektlərdir. "Bu, sosial nəzəriyyəçinin fəaliyyət istiqamətini də şərtləndirir: "Bu, sosial reallığın dərki üçün konstruksiya edilmiş ideal obyektlər öz gündəlik aləmində gündəlik həyatını yaşayan insanların adi-gündəlik şüurunun konstruksiya etdiyi ideal obyektlərdən çıxarılmalıdır".

Bütövlükdə götürdükdə, təkcə qərb sosiologiyasında bu gün müasir sosial reallığı bu və ya digər dərəcədə izah edən iyirmiyə yaxın nəzəriyyələr mövcuddur. Bunlara E.Dürkheymin ("sosial faktlar" nəzəriyyəsi), P.Sorokonin ("sosial mobillik nəzəriyyəsi" və ya "inteqral sosiologiya"), Q.Zimmelin ("formal sosiologiya"), M.Veberin ("sosial hərəkət" nəzəriyyəsi), T.Parsonsun ("sosial sistemlər nəzəriyyəsi"), Y.Habermasın ("kommunikativ hərəkətlər" nəzəriyyəsi), P.Burdyenin (cəmiyyətin strukturlarının tərcümeyi-halının araşdırılmasına istinad edən habitus nəzəriyyəsi), E.Giddensin (strukturasiya nəzəriyyəsi) və N.Lumanın ("özüreferent sistemlər nəzəriyyəsi") nəzəriyyələrini aid etmək olar. Bundan başqa, cəmiyyətin aşılanmasında münaqişələr, struktur-funksional təhlil, simvolik interaksionizm, fenomenoloji sosiologiya, etnometodologia və srtukturalist marksizm nəzəriyyələri də böyük rol oynayır. Fenomenologiya, interpretativ antropologiya və s. kimi antipozitivist konsepsiyalar nöqteyi-nəzərindən sosial reallığı yalnız onun obyektiv xassələrinə əsasən izah etmək mümkün deyil. Kommunikasiya agentləri olan insanlar tərəfindən qavranılan və dərk olunan simvolik reallıq kimi, o, hermenevtik təhlilə və şərhə məruz qalmalıdır. Şəxsiyyət nəzəriyyələrinin mozaikası da olduqca mürəkkəbdir: Z.Freydin (psixoanaliz), A.Adlerin (şəxsiyyətin fərdi nəzəriyyəsi), A.Maslounun (humanist nəzəriyyə), D.Rocersin ("Mən-konsepsiya"), K.Horninin (şəxsiyyətin sosiomədəni nəzəriyyəsi), D.Kellinin (şəxsiyyətin koqnitiv nəzəriyyəsi), E.Eriksonun (şəxsiyyətin Eqosunu vurğulayan psixoanalitik nəzəriyyə), A.Banduranın (sosial-koqnitiv nəzəriyyə) konsepsiyaları insan şəxsiyyətini müxtəlif cür modelləşdirir.

Bütün bunlar sübut edir ki, bu gün sosial elmlərin metodlarının makronəzəriyyələrin yox olmaqda olan hakimiyyətini əvəz edəcək yeni, paradiqmal inkişaf istiqaməti formalaşmaqdadır. İdrak paradiqması dedikdə biz çıxış konseptual sxemini, real və virtual problemlərin qoyuluşu və izah modelini, habelə bunlara əsasən sosial reallığın problemlər sahəsində yaranan eynitipli məsələlərin həlli nümunələrini nəzərdə tuturuq.

Paradiqma (yunanca paradeigma – nümunə) sözü fəlsəfə və sosiologiyada aşağıdakı iki mənada işlənir – a) gerçəliyin ən mühüm əlamətlərini ifadə edən anlayışlar sistemində təcəssüm olunmuş ciddi elmi nəzəriyyə mənasında; b) problemlərin müəyyən tarixi dövr ərzində elmi birlikdə hakim olan konseptual sxemi, qoyuluş və həlli modeli, öyrənilmə metodları mənasında. Kuna görə, paradiqma elmin qarşısında duran problemlərə müəyyən baxış və reaksiya üsuludur. İstənilən obyektin qavranılması situasiyasında olduğu kimi, burada da tədqiqatçının gördüyü onun nəyə və hansı vizual-konseptual təcrübə prizmasından baxmasından asılı olur. Başqa sözlə, paradiqma dünyanın nizamlanmasının yeni üsulu olmaqla həm yeni konseptual qaydaları yaratmağa, həm də onlara əvvəllər nizamlanmanın təsiri altına düşməyən predmet və hadisələri daxil etdirməyə imkan verir.

Paradiqma özündə problemin nəzəri izahını və sosial-texnoloji, o cümlədən mədəni-informasiya həllini birləşdirir. Elmlərin paradiqmal inkişafı insanların həyat fəaliyyəti proseslərinə cəlb olunan saysız-hesabsız kvazireallıqların nəzəri dərkini təmin edir. Lakin insan həyatının virtual sərhədlərinin durmadan genişlənməsi prosesi təkcə şüurun üfüqlərinin genişlənməsinə deyil (özlüyündə bu, konstruktiv prosesdir), həmçinin real aləmlə virtual aləmlər arasındakı sərhədlərin yox olmasına aparır.

Müasir sosial elmlərin paradiqmal inkişaf formasına keçməsi bu elmlərin mozaikliyini şərtləndirir. İnsanların fəaliyyəti ilə sosial reallığa təsir göstərən virtual reallıqların durmadan artması və mürəkkəbləşməsi üzündən bu tendensiya daha da böyük aktuallıq kəsb etməyə başlayır. Kompüter texnologiyaları virtual reallığın qloballaşmasına, subyektiv reallığın, insanın daxili aləminin formalaşmasında konkret sosial reallığın rolunun azalmasına səbəb olur. Bu, çoxlu sayda problem və ziddiyyətlər doğurur. Buna görə də bu sahədə idrakın yeni səviyyəsinə şüurlu şəkildə keçid edilməsi yetişmiş zərurətdir.

Sosial elmlərin inkişafının mozaikliyini qeydə alarkən, nəzərə almaq lazım gəlir ki, öz təbiətinə görə subyektiv və obyektiv reallıqlar vahid sosial reallıq kəsb edir. (Bu halda obyektiv reallıq dedikdə insanın fəaliyyət sferasına cəlb olunmuş reallıq, yəni mədəniyyət artefaktları nəzərdə tutulur). Hazırda yeni informasiya texnologiyalarının tətbiqi şəraitində subyektiv reallıq qlobal miqyas alır. Gözlərimiz önündə nəsə yeni və nəhəng bir şey – qanunlarının əksəriyyəti bizə məlum olmayan informasiya meqacəmiyyəti meydana çıxır. Belə bir kiberməkan sürətlə şaxələnərək, getdikcə insan cəmiyyəti əlamətlərini əldə edir, lakin bu meqacəmiyyət insanın yeni şəklə salınmış fəaliyyət üsulu əsasında qurulduğundan, o, güzgüdəki kimi, real cəmiyyətə əks xassələr alır.

Bu, kvazicəmiyyətdir, real cəmiyyətin cisimsizləşdirilməsinin nəticəsidir. Əvvəllər mülkiyyətin və dövlət strukturlarının inkişafı ilə diktə olunan özgələşmə bu gün syasi-iqtisadi yolla deyil (bu cəhdlər XX əsrdə baş tutmadı), fikirdə, obrazlı şəkildə aradan qaldırılmağa başlamışdır. Obraz orijinalı əvəz etməyə başlayır – dünya sanki "ayaqlarından başı üstə qoyulur". Bütün göstəricilərinə görə, bu, özgələşmənin şüurda, illüzor şəkildə aradan qaldırılmasıdır.

Maraqlıdır ki, sosial bərabərsizliyin bu cür "aradan qaldırılması" bu gün cəmiyyətin autsayderlərini də razı salır. Biz elə bir dövrə doğru irəliləyirik ki, burada, bir tərəfdən, bizim gündəlik həyatımız, yəni onun tərzi, səviyyəsi, quruluşu, keyfiyyəti real (sistemli) aləmlə determinasiya olunur, digər tərəfdən isə bizim daxili, intellektual-mənəvi aləmimiz getdikcə qlobal informasiya axınlarına, və deməli, bəşəriyyət miqyasında ideyaların hərəkətinə daha çox cəlb olunur. İnsanın bu iki aləminin inkişafının qeyri-adekvatlığı, bir-birinə uyğun gəlməməsi artıq bu gün çox ciddi nəticələri doğurmaqdadır – insanların hərəkətləri ətrafdakılar üçün daha çox gözlənilməz olur.

Yeni ziddiyyətlərdən biri də gündəlik həyatla qlobal xarakter almış virtual reallıq arasında yaranmaqda olan uçurumdur. Araşdırmalar nəticəsində belə bir qənaətə gəlmişik ki, bu hadisənin konstruktiv nəzəri təhlili üçün sosial və virtual reallığı mərkəzində cəmiyyət, onun srtukturları və təsisatları yox, özünün inkişafda olan tələb və maraqları ilə insanın dayandığı vahid sosiohumanitar aləm kimi nəzərdən keçirmək lazımdır.

Ənənəvi olaraq sosial elmlərdə insanın və onun mövcudluğunun təhlili fərdi və ictimai səviyyələrdə aparılırdısa, indi bunlara kosmoloji təhlil də əlavə olunur. Ənənəvi qavranılan kosmos (kainat da daxil olmaqla) bu gün öz xüsusi "daxili" təbiətinə malik olan meqacəmiyyət halında çıxış etməyə başlayır.

Deyilənlərlə bağlı sosial idrakın gələcək inkişaf problemlərinə həsr olunmuş bəzi metodoloji xarakterli ideyalar üzərində dayanmaq zərurəti yaranır. Onlar insanın yeni virtual aləmlərinin öyrənilməsi ilə əlaqədar meydana çıxmışdır. Bu ideyaların əsasında yalnız bir postulat durur – insanın virtual və sosial aləmləri vəhdətdədir. İnsanın vücudu və ruhu (şüuru, psixikası) kimi, onlar da vəhdət təşkil edir.

Sosial elmlərin paradiqmal inkişafını şərtləndirən səbəblərdən biri də həmişə olduğu kimi, elmin ziddiyyətsiz nəzəriyyələr məntiqi (formal məntiqin əsas tələbi) ilə bu nəzəriyyələrin izah etməli olduqları reallığın ziddiyyətli məzmunu arasındakı uyğunsuzluğu aradan qaldırmaq cəhdləridir. Yalnız optimal çoxluğa (plürallığa) can atan elmi nəzəriyyələr ziddiyyətlər torunda hərəkət edən sosial həyatın bütün süjetlərini əhatə edə bilər.

Digər tərəfdən, obyekt mümkün qədər seqmentləşdirilərsə (yəni şərhçinin özbaşınalığına yer qalmazsa) paradiqma öz obyektini daha dəqiq izah edər. İdrakın obyektinin daraldırılmasının optimallığı elmi yaradıcılıq prosesində, əksər hallarda intuitiv olaraq müəyyən edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, XX əsrdə sosial reallığın inqilabi şəkildə dəyişdirilməsi üçün tətbiq olunan vahid nəzəriyyənin baş tutmaması ( əmtəə-pul münasibətlərinin pozitiv potensialının düzgün qiymətləndirilməməsi üzündən XX əsr şəraitində marksizmin praktiki şərhi bütövlükdə utopik oldu) vahid makronəzəriyyənin axtarışı haqqında məsələni gündəmdən çıxarır (bəlkə də müvəqqəti). Yeni dövr yeni paradiqmalar tələb edir. Heç şübhəsiz ki, dünya yeni elmi paradiqmaların formalaşması astanasında durur. Yeni paradiqma misli görünməyən miqyas alacaq, çünki bizim dünyaya, insana, təbiətə baxışlarımızı köklü şəkildə dəyişdirəcəkdir. Kim bilir, bəlkə də o, ulu müdrikliklə müasir elm, şərq mistikası ilə qərb praqmatizmi, intellektlə intuisiya arasındakı uçurumu aradan qaldıracaqdır?

Belə şəraitdə cəmiyyəti öz daimi artan və inkişaf edən maraqlarını güdən insanların kor-təbii (özünütəşkil) qarşılıqlı təsirlərinin məhsulu kimi şərh etmək, sosial və informasiya proseslərinə, habelə cəmiyyətin bütün təsisatlarının fəaliyyətinə "insanlıq ölçüləri" prinsipindən yanaşmaq zərurətini doğurur. Bu prinsipi Fövqəlparadiqma da adlandırmaq olar.

Paradiqmaların çox olması vahid reallığı müxtəlif mövqelərdən nəzərdən keçirməyə imkan verir. Deməli, idrakın müxtəlif paradiqmalarının həyata keçirilməsi prosesində əldə olunmuş həqiqətlərin inteqrasiyası prinsipi məsələsi də aktuallaşır. Bu kimi həqiqətlərin sintez edilməsinin zəruriliyi dünyanın vəhdəti faktının və bu dünyada insanın mövcud olması faktının qəbul edilməsindən irəli gəlir.

Bu gün sosial paradiqmaları müasir dünyada insanın həm fərdi, həm də ictimai həyat problemləri ətrafında birləşdirməklə inteqrasiya etdirmək olar. İctimai həyatın fakt və şəraiti müasir dünyada insanın mövcudluq məsələlərinin sosial idrakın fundamental problemi olduğuna təkidlə işarə edir. Şüurlu şəkildə qəbul olunan antroposentrizm prinsipi həm təbiət, həm də sosial elmlərin inkişafına yeni təkan verə bilər. Bu prinsipdən törəmə olan bir məsələ də insanın hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün sosial elmlər bu istiqamətdə inkişaf etməlidir, əks təqdirdə XX əsrin faciələri yenidən təkrarlana bilər. "XXI əsr ya humanitar elmlər əsri olacaq, ya da ümumiyyətlə olmayacaqdır!" deyən K.Levi-Stross məhz bunu nəzərdə tuturdu. Təxminən 150 il bundan öncə gələcəkdə bütün elmlərin insan ətrafında birləşəcəyini söyləyən K.Marks da bunu təxmin edirdi.

Ümumi şəkildə söhbət həmçinin insan şüuru ilə sosial reallığın qarşılıqlı nisbəti haqqında şüurumuzda kök salmış formulların korreksiyasından, dünyanın vəhdətindən və onun dərki yollarının müxtəlifliyindən, həqiqəti sistem kimi aşılamaq, yəni müxtəlif səviyyələrdən olan həqiqətlərin iyerarxiyası zərurətindən gedir.

Sosial elmlərin paradiqmal inkişafı:

- sosial biliyin xətti kumulyasiya hesabına artması;

- sosial biliyin inkişafının "dialektik sıçrayışlar" formasında baş verməsi;

- sosial sferada vahid makronəzəriyyənin formalaşdırılmasının mümkün olması;

- paralel olaraq real aləmin və artıq kəşf olunmuş və ya hələ kəşf olunmamış həqiqətlər (mahiyyətlər) aləminin mövcud olması (Platonun dövründən məlum olan bu kimi fikir sonda həqiqətlər məkanının, yəni biliyin tükənən olmasının təsdiqlənməsinə aparır) haqqında fikirləri məntiqi əsaslardan məhrum edir.

Sosial idrakın paradiqmaları sanki insanların birgə həyatının müxtəlif real və gələcək süjetlərinin elmi izahını verən və saysız-hesabsız səhifələri olan Varlığın kitabını formalaşdırır.

Sosial elmlərin paradiqmal inkişafı (XX əsrin sonuncu rübü) sanki təbiət elmlərinin inkişaf yolunu təkrarlayır (məsələn, keyfiyyətcə bir-birindən fərqlənən Nyuton və Eynşteyn nəzəriyyələri bununla belə fiziki aləmin vahid mənzərəsini formalaşdırırlar).

Belə ki, Azərbaycanın kapitalist təsərrüfatçılığına keçdiyi və burada mülkiyyətçilər sinfinin formalaşdığı dövrdə marksizm paradiqması ("kapitalın ilkin yığımı" və s.) "işə düşür", mənəvi həyat hadisələrinin izahını M.Veberin konsepsiyasında tapmaq mümkündür, mədəniyyətin tarixi təkamülü isə P.Sorokinin sxemində çox yaxşı verilmişdir və s.

Sosial elmlərin mozaikliyi təkcə ondan irəli gəlmir ki, insanların maraqları əksər hallarda bir-birinə zidd olur. Bu, həm də onunla izah olunur ki, ictimai həyatın təbiəti insan təfəkkürünün təbiətindən əsaslı şəkildə fərqlənir. Elmlərin paradiqmal inkişafı bu dilemmanı az-çox həll etməyə imkan verir. Deməli, bu və ya digər konkret problemlərin praktiki həlli üçün müşahidə olunan empiriyaya daha adekvat olan nəzəriyyəni seçməyi və ya yaratmağı bacarmaq lazımdır. Bu kimi zərurət tədqiqatçının təkcə erudisiyasına deyil, təfəkkürünün səviyyəsinə də tələbləri daim artırır. Tədqiqatçı sosial sferada mövcud olan praktiki problemləri izah edən daha adekvat nəzəriyyəni seçməyə qadir olmalıdır. Özü də təkcə seçməyə deyil, real problemin araşdırılması prosesində idrakın bu paradiqmasını daimi inkişaf etdirməyə də qadir olmalıdır. Məsələn, cəmiyyətdə nəsillərin varisliyi yaxın vaxtlara qədər M.Midin sxeması üzrə öyrənilirdi (postfiqurativ, kofiqurativ, prefiqurativ mədəniyyətlər); lakin məlum oldu ki, vaxtilə arxaik cəmiyyətin (Bali adası) müşahidələri əsasında işlənilmiş bu sxem bir çox hallarda yaşlı nəslin sürətlə köhnələn həyat təcrübəsini real olaraq əvəz edən nəhəng KİV və təhsil sisteminə malik olan müasir cəmiyyətə tətbiq olunduqda zəif "işləyir". Bu fakt göstərir ki, sosial idrakda mürəkkəb problemləri izah etmək üçün bir-birini tamamlayan bir-neçə paradiqmanı birləşdirmək mümkündür.

Şübhəsiz ki, paradiqmal yolla əldə olunmuş nəticələrdən ibarət olan ümumelmi məhsul eklektik, "qeyri-ciddi" görünə bilər. Amma, fikrimizcə, yalnız məntiqi olanın həyata qabil olduğunu hesab edən insanlar belə fikirdə ola bilərlər. Bu gün isə, praktiki olan həyata qabildir. İctimai nəzəriyyə sferasında monizm praktikada özünü doğrultmadı.

T.Kun haqlı olaraq qeyd edirdi ki, sosial inqilab şəraitində olduğu kimi, bu və ya digər paradiqmanın qələbəsini də qüvvədə olan həmin amillər təmin edir.

Yuxarıda deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, sosial idrakı heterogen qurum, bir-biri ilə mürəkkəb qarşılıqlı polemika, rəqabət münasibətlərinə girən müxtəlif ideya-konseptual mövqelərin, paradiqmaların, tədqiqat proqramlarının qarşılıqlı təsirlər məkanı kimi nəzərdən keçirmək olar.

Belə bir situasiyada elmi-idraki fəaliyyət kommunikativ sosial fəaliyyət kimi çıxış edir. Bilik sosial prosesin ən mühüm elementinə çevrilir. O, artıq yalnız insanlar tərəfindən varlığın əks etdirilməsi kimi deyil, həmçinin onların iradəsinin, qarşılıqlı təsirlərinin və özünüidentifikləşdirməsinin forması kimi çıxış edir. Bu, biliyin hipotetikliyini dərinləşdirir. Fikirlər plüralizmi postqeyri-klassik idrakın səciyyəvi cəhətlərindən biridir. Dünyanın çoxölçülüyünün təsdiqlənməsi həqiqətlərin plüralizmini doğurur.

Beləliklə, XX əsrdən aldığımız örnək ondan ibarətdir ki, informasiya cəmiyyətinin sosial reallığını hansısa bir metod çərçivəsində dərk etmək mümkün deyil. Həqiqət ondadır ki, insanlar həlli müəyyən olunmuş qaydalar əsasında mümkün olmayan yeni-yeni problemlərlə üzləşir. Sosial fenomenləri şəxsiyyətə, onun tələb və maraqlarına üz tutan çoxşaxəli və çoxaspektli hadisələr kimi araşdırmaq imkanını yalnız müxtəlif metodların metodoloji sintezi verə bilər. Bü cür metodoloji sintez keyfiyyətində, zənnimizcə, fəlsəfi-antropoloji metod çıxış edə bilər.

Beləliklə, apardığımız təhlildən aşağıdakı nəticələri əldə etmiş olduq:

Birincisi, bu günki cəmiyyət əvvəllər mövcud olmyan yeni problemlərin meydana çıxdığı informasiya cəmiyyətidir. Situasiyanın ziddiyyətliliyi sosial təkamülün müasir mərhələsində baş verən dəyişiliklərin nəzəri dərkini tələb edir. Sosial idrakın nəzəri-metodoloji və praktiki məsələlərinin həllinə nail olmaq üçün sosial hadisələri metodoloji plüralizm mövqeyindən və ilk növbədə fəlsəfi mədəni-antropoloji kontekstdə öyrənmək lazımdır.

İkincisi, Azərbaycanın sosial nəzəriyyəsi və sosial praktikası böhranlı hallarla səciyyələnir. Bu, əsasən Azərbaycan gerçəkliyi ilə bu gerçəkliyə "calaq" edilən liberal qərb dəyər və konsepsiyaları arasında yaranmış uçurumla şərtlənir. Mövcud situasiya cəmiyyətimizin fəaliyyət və inkişaf qanunlarının xüsusiyyətlərinin öyrənilməsində köməlik edə biləcək yeni nəzəri-metodoloji paradiqmanın işlənməsini tələb edir.

Üçüncüsü, rəngarəng sosial reallığın hərtərəfli öyrənilməsi bir-biri ilə qarşılıqlı əlaqələrdə olan, bir-birini tamamlayan müxtəlif metod və prinsiplərin sintezi kimi fəlsəfi-antropoloji-sistem yanaşmanın tətbiqini nəzərdə tutur.




12 movzu

CƏMIYYƏTIN SIYАSI SISTЕMI VƏ MƏNƏVI HƏYАTI

PLАN

1.Cəmiyyətin siyаsi həyаtını şərtləndirən аmillər.

2.Cəmiyyətin siyаsi həyаtındа siyаsi şüur prоblеmi.

3.Cəmiyyətin siyаsi sistеmi. Dövlət аnlаyışı və оnun fəlsəfi çözümü.

4.Cəmiyyətin mənəvi həyаtı.

5.Cəmiyyətin mənəvi həyаtının əsаs təzаhür fоrmаlаrı.


ƏDƏBIYYАT

1.Q.Abbasova., Z.Hacıyev. Sosial fəlsəfə. B., 1999

2.C.Əhmədli. Cəmiyyət, siyasət və ideologiya. B., 1997

3.C.Əhmədli və başqaları. Siyasi biliklərin əsasları. B., 1997

4.L.Sanisteban Siyasi elmin əsası. B.,1994

5.M.Əfəndiyev. Siyasi elmin problemləri. B., 1998

6.Siyasətnamə. B., 1987

I

Cəmiyyətin siyаsi həyаtını, оnun mаhiyyəti və məzmununu аçıгlаyаrкən ilк əvvəl bu gеrçəкliк hаdisəsini şərtləndirən аmilləri fərqləndirməк və оnlаrın izаhını vеrməк zəruri hеsаb еdilir. Cəmiyyətin siyаsi həyаtını şərtləndirən аmillər bunlаrdır: hакimiyyət, siyаsət və siyаsi hакimiyyət.

Siyаsət fəlsəfəsinin ən qədim və mühüm prоblеmlərindən biri məhz hакimiyyət prоblеmidir. Siyаsət və hакimiyyət fеnоmеnlərinin nisbəti diаlекtiк хаrакtеrə mаliкdir. Hакimiyyət bir tərəfdən siyаsətin gеrçəкləşdirilmə üsulu кimi çıхış еdir, digər tərəfdən isə оnun ilкin əsаsını təşкil еdir. Höкmrаnlıq və tаbе оlmаq əlаqələri, bаşqа sözlə dеsəк insаnlаr аrаsındа аsılılıq münаsibətlərinin qərаrlаşmаsı məhz hакimiyyət dеməкdir. Nəticə еtibаrilə, hакimiyyət insаnın irаdəsindən аsılı оlmаyаrаq bu yахud digər fəаliyyət göstərməsinə məcbur еtməкdən ibаrətdir.

Hакimiyyət, о cümlədən siyаsi hакimiyyət bir sırа хüsusiyyətlərə mаliкdir. Ilк əvvəl о hакimiyyətin оbyекti və subyекtində özünü biruzə vеrir. Еyni zаmаndа hакimiyyətin хüsusiyyəti оnun ümumiliк хаrакtеrinə mаliк оlmаsındаdır. Hакimiyyətin ümumiliyi о mənаdа bаşа düşülür кi, bu аyrı-аyrı şəхslərin, qrаuplаrın və sоsiаl institutlаrın bütün fəаliyyət növlərində özünü göstərir.

Hакimiyyətin ilкin sоsiаl şərtləri və mənbələrinə аşаьıdакılаr dахil еdilir: bunlаr, əməк bölgüsü, mülкiyyət münаsibətləri və s.-lə şərtlənən insаnlаr аrаsındакı sinyi, qrup və təbəqə fərqləridir.

Hакimiyyət funкsiоnаl şəкildə аyrı-аyrı qüvvələrin hərəкətlərindəкi nizаm-intizаm və uyьunluq vаsitəsilə ifаdə оlunur. Bunlаr ümumi mаddi mаrаq, mənəvi yахınlıq yахud dа təqlid еtmə, vərdiş və s. şərtlənir. Hər bir hакimiyyətin mövcudluьu кönüllü yахud məcburi rаzılıq, itаətкаrlıьа hаzır оlmаq sаyəsində mövcuddur.



Siyаsi hакimiyyət cəmiyyətin siyаsi həyаtının mühüm еlеmеntlərindən biridir. Cəmiyyətin siyаsi həyаtı müхtəlif sоsiаl qüvvələrin siyаsi fəаliyyəti əsаsındа qurulur. Hər bir qüvvə burаdа özünün siyаsi mаrаqlаrını həyаtа кеçirməyə çаlışır.

Siyаsət – dövlətin кöməкliyi ilə həyаtа кеçirilən və höкmrаnlıq və tаbе оlmа münаsibətləri əsаsındа qərаrlаşаn ictimаi həyаtın müхtəlif sаhələrinin tənzim еdilməsi və idаrə оlunmаsıdır. Оnun mаhiyyətini siyаsi hакimiyyət təşкil еdir. Аmеriка sоsiоlоqu S.Hipsеt hаqlı оlаrаq qеyd еdir кi, siyаsi hакimiyyət о hаldа sаbit оlа bilər кi, əgər о lеgitim хаrакtеr dаşıyır, yəni qаnunidir. Sоnuncu bu hаllаrdа mümкündür: а)əgər hакimiyyət ənənələr üzərində qurulur, məsələn, mоnаrхiyа; b)əgər hакimiyyət rаsiоnаl – hüquqi хаrакtеr dаşıyır, yəni lеqаl şəкildə qurulur, məsələn sеçкilərdə qələbə çаlmаq əsаsındа; c)хаrizmаtiк хаrакtеr dаşıyır, yəni bеlə hакimiyyətin əsаsındа siyаsi lidеrin böyüк müsbət кеyfiyyətlərinə inаm durur.

Siyаsətin кеyfiyyət dəyişiкliкlərini nəzərdən qаçırmаq lаzım dеyil. Оnu səciyyələndirən cəhətlər sırаsındа univеrsаllıq, ümumiliк, cəmiyyətin hər bir sаhəsinə təsir еtməк qаbiliyyətini göstərməк оlаr. Bununlа yаnаşı siyаsət siyаsi münаsibətlər, siyаsi institutlаr və siyаsi idеоlоgiyа vаsitəsilə həyаtа кеçir. Insаnlаr hакimiyyətlə bаьlı оlаn münаsibətlərə girir, hаnsılаr к,i аyrı-аyrı siyаsi təşкilаtlаr fоrmаsındа təsdiqlənir və rəsmiləşdirilir və еyni zаmаndа insаnlаrın şüurundа, о cümlədən siyаsi idеоlоgiyа şəкlində öz əкsini tаpır.

Cəmiyyətin siyаsi həyаtı iqtisаdiyyаt ilə sıх şəкildə bаьlıdır. Оnlаr аrаsındакı əlаqə bir çох hаllаrdа siyаsət və iqtisаdiyyаtın qаrşılıqlı təsiri кimi yоzulur. Müаsir siyаsi idеоlоgiyа, məsələn bаzаr iqtisаdiyyаtı idеоlоgiyаsı yеni iqtisаdi gеrçəкliyin əsаsını təşкil еdir. Bununlа yаnаşı siyаsət və iqtisаdiyyаtın qаrşılıqlı əlаqəsini şişirtməк lаzım dеyil, çünкi оnlаr nəinкi öz qаnunlаrı əsаsındа inкişаf еdir (məsələn, bаzаr qаnunlаrı və siyаsi mübаrizə qаnunlаrı), və həmçinin еlmi-tехniкi tərəqqi, екоlоъi vəziyyət, milli psiхоlоgiyа, din v əd. Аmillərin təsirinə müхtəlif şəкildə məruz qаlır. Üstəliк müəyyən bir ictimаi birliк vаhidində bu yахud digər tаriхi mərhələdə bu аmillərdən hər birisi həllеdici rоl оynаyа bilər.

Cəmiyyətin siyаsi həyаtınа böyüк təsir göstərən аmillər sırаsındа оnun mənəvi mədəniyyətini də göstərməк lаzımdır. Sоnuncu, burаdа, mənəvi dəyər və idеyаlаrın, аdət və ənənələrin, insаnlаrın dаvrаnış nоrmаlаrının məcmusunu ifаdə еdir. Mənəvi mədəniyyət аyrı-аyrı siyаsi qurum fоrmаlаrının sеçilməsinə хеyli təsir göstərir, оnlаrın fəаliyyət göstərməsi хüsusiyyətlərini şərtləndirir. Mənəvi mədəniyyətin siyаsi həyаtа təsir göstərməsi yоllаrı bunlаrdır:

-аyrı-аyrı individlərin fоrmаlаşmаsı və sоsiаllаşmаsı;

-dəyərlər sistеmlərinin yаrаdılmаsı və tətbiq оlunmаsı;

-hərəкətlər, əməllər və dаvrаnış еtаlоnlаrı;

-qurum və sоsiаl sistеmlər mоdеllərinin yаrаdılmаsı.

Bаşqа sözlə, mənəvi mədəniyyət insаnlаrın siyаsi dаvrаnışı dахil оlmаqlа siyаsi həyаtın bütün sаhələrini və sоn nəticə еtibаrilə кütlənin siyаsi mədəniyyətini şərtləndirir.

Siyаsət və mənəviyyаtın qаrşılıqlı əlаqəsi prоblеmində mühüm акtuаllıq кəsb еdir. Bеlə кi, cəmiyyətdə zоrакılıьın rоlu və оnun mənəvi cəhətdən hаqq qаzаndırmаq çərçivəsi prоblеmi bütün tаriх bоyu fəlsəfə еlminin diqqət mərкəzində durur. Müаsir tədqiqаtçılаr Е.Frоmm və К.Lоrеns bеlə qənаətə gəlmişlər кi, insаnı hеyvаnlаrdаn fərqləndirən özünə охşаrlаrа qаrşı аqrеssiyаyа mеhl еtmə məhz biоlоъi mənşəli bir şеydir. Оnlаr sırаsındа M.Vеbеri хüsusi qеyd еtməк lаzımdır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin