Microsoft Word 1-ci m vzu- fh t snifati


DP-5A radiometr-rentgenmetri



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə103/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   99   100   101   102   103   104   105   106   ...   228
DP-5A radiometr-rentgenmetri 
Təyinatı:  DP-5A  səhra  radiometr  -  rentgenmetri  γ-şüalanma  səviyyələrini, 
habelə  ərazinin  və  müxtəlif  əşyaların  γ-şüalanma  nəticəsində  məruz  qaldığı 
radioaktiv zəhərlənməni ölçmək üçün nəzərdə tutulmuşdur (şəkil). 
  
 
Şə
kil: DP-5A rentgenmetrinin ümumi görünüşü. 
1 – üst qapağı;  2 - ölçmə pultu;  3 - elastik kabelli zond;  4 – uzaqlaşdırıcı dəstək. 


 
108
γ
-şüalanma  dozasının  gücü,  ölçmə  zamanı  cihazın  müvafiq  sayğac  yerləşən 
sahədə, millirentgen-saat (mR/saat) və ya rentgen saatla (R/saat) təyin edilir.  
Cihazın quruluşu: Hər bir cihazın komplektində onun texniki təsviri, istismarı 
üzrə təlimatnamə və iş prinsinin sxemi olur. Bütün bu məlumatlar DP-5A cihazının 
üst qapağının içərisində qeyd edilmişdir (şəkil) 
 
Cihazın  zondu içərisində  şüalanma  detektorları, gücləndirici-normalizator və 
sxemin  digər  ünsürləri  yerləşdirilmiş  polad  silindrdən  ibarətdir.  Burada  şüalanma 
detektoru olaraq STS-5 və Sİ-3BQ tipli halogen sayğaclardan istifadə edilmişdir. 
Silindirin  polad  gövdəsində  β-şüalanmanı  indikasiya  etmək  üçün  pəncərə 
vardır.  Bu  pəncərəyə  suya  davamlı  etilsellüoz  plyonka  yapışdırılmışdır.  Zondun 
gövdəsinə  fırlanan  silindir  formalı  bürünc  ekran  geydirilmişdir.  Bu  ekranda 
ölçüləri  zondun  gövdəsindəki  pəncərənin  ölçülərinə  uyğun  gələn  pəncərə  vardır. 
Ekran zond gövdəsinin uzunu boyu bir qədər yerini dəyişə bilir. Ekranı müəyyən 
vəziyyətdə bərkitmək üçün onun səthində iki işarə edilmişdir. Silindrin gövdəsində 
fiksator üçün iki yarığı olan halqa formalı stopor çıxıntısı vardır. 
Ekran dayaq çəngəli yanındakı çəngəli qarşısında B vəziyyətinə keçirilərkən 
ekranın pəncərəsi zondun gövdəsindəki pəncərənin tuşunda dayanır. Ekranın belə 
vəziyyətində  β  və  γ-şüalanmaları  bir-birinin  tuşundakı  hər  iki  pəncərədən  və 
plastik kütlə plyonkalardan keçərək sayğaca daxil olur. 
Ekranın  fiksatoru  dayaq  çəngəli  qarşısında  Q  vəziyyətinə  keçirilərkən 
silindirik  ekran  zondun  gövdəsindəki  pəncərənin  qarşısını  kəsib  onu  örtür  və 
sayğaclara  şüalanma  keçməsinin  qarşısını  alır.  Bu  zaman  sayğacda  impulslar 
yalnız γ-şüalanmanın təsiri nəticəsində əmələ gələcəkdir. 
Zondun  elektrik  avadanlığı  lövhə  üzərində  quraşdırılmışdır.  Lövhə  zondun 
gövdəsinə  üst  qayka  vasitəsilə  birləşir.  Ölçmək  rahat  olsun  deyə,  zondun  dəstəyi 
var. Zond 1,2 m uzunluqda elastik kabel vasitəsilə cihazın pultuna birləşdirilir. 
Ölçmə  pultu  (şəkil)  aşağıdakı  əsas  qovşaqlardan  ibarətdir:  panel,  örtük 
(gövdə), şassi və qida mənbələri yuvasının qapağı. 
Panel – cihazın örtüyünün yuxarı hissəsində yerləşir və 12 vintlə bərkidilir. 


 
109
  
Şə
kil: DP-5A radio-rentgenmetrinin ölçmə pultu; 
1- rejimi tənzimləyən poten-siometr; 2-cihazın göztəricisini pozmaq üçün düymə; 
3-elekrik-ölçü cihaz; 4-şkalanın işıq tumbleni; 5-yarımdiapazonlar çevirgəcləri; 
6-əqrəbi sıfır üzərinə gətirmək üçün (qoruyucu) vint; 7-telefon yuvası. 
 
Mikrometrdən  ibarət  elektrik-ölçü  cihazı  iki  üst  və  alt  şkalaya  malikdir.  Üst 
ş
kalanın    (şəkil)  16  bölgüsü  var,  bu  şkala  5  R/s-dək  γ-şüalanma  səviyyələrini 
ölçmək  üçündür.  Cihaz  ancaq  II  –  VI  yarımdiapazonlarda    işlədilərkən  onun 
göstəricisi  üst  şkalada  hesablanır.  Alt  şkalanın  18  bölgüsü  var.  Cihaz  ancaq    I 
yarımdiapozonda  işlədilərkən  onun  göstəricisi  alt  şkalada  hesablanır.  I 
yarımdiapozonda 5-dən 200 R/s-dək olan γ-şüalanma səviyyələri ölçülür. 
 
 


 
110
Yarımdiapazonlar  çevirgəci  (şəkil)  səkkiz  vəziyyətdə  qoyula  bilər.  Bu 
yarımdiapazonların  təyinatı,  burada  aparılan  ölçmələrin  növü  və  kəmiyyətləri 
aşağıdakı cədvəldə verilmişdir. 
Ş
kalanın 0-dan I qiymətli rəqəmədək olan hissəsi ölçmələr zamanı işlək sahə 
sayılmır.  Buna  görə  də,  ölçmə  vaxtı  əgər  cihazın  əqrəbi  bu  sahədə  dayanarsa, 
ölçmələri daha həssas olan digər yarımdiapazonda aparmaq lazımdır. 
  Pultun gövdəsindəki yuvaya  (7)  qoşulan telefonlar  birincidən başqa bütün 
yarıdiapozonlarda    işləyərkən,  şüalanmanın  intensivliyini  səsə  görə  təxmini  təyin 
etməyə imkan verir. 
Ə
qrəbi  sıfrın  üzərinə  gətirən  vintdən  o  vaxt  istifadə  edilir  ki,  cihazın 
göstəricisini  pozan  düyməni  (2)  basarkən  cihazın  əqrəbi  sıfır  bölgüsü  üzərində 
dəqiq dayanmır. Əqrəbi sıfır bölgüsünə dəqiq qoymaq üçün ön paneldəki qoruyucu 
vinti (6) burub açmaq lazımdır. Bu vintin altında çökəkdə ikinci vint var. Həmin 
vinti burarkən əqrəbin yeri dəyişir. Zondun bərkidici qəlbinə onu ölçmə pultu ilə 
birləşdirən kabelin çəngəli geydirilir. 
Rejimi  tənzimləyən  potensiometr  cihaza  elektrik  enerjisi  verilməsini 
tənzimləmək  üçündür.  Cihazın  normal  işi  ona  elektrik  enerjisi  ancaq  müəyyən 
rejimlərdə  verilərkən  təmin  edilə  bilər.  Ölçmələrə  başlamazdan  əvvəl 
yarımdiapazonlar  çevirgəcini  “Rej.”  (rejim)  vəziyyətinə  keçirirlər  və  rejim 
dəstəyini  fırlatmaqla  cihazın  əqrabini  üst  şkaladakı  “qara  üçbucağın”  üzərinə 
gətirirlər.  
Cihazın  göstəricisini  pozan  düymə  cihazın  əqrəbini  sıfır  vəziyyətinə  dərhal 
gətirmək üçündür. 
Ş
kalanın  işıqlanma  tumblerindən  gecələr  istifadə  edilir.  Telefonlar  kiçik 
ölçülü TQ-7M tipli iki baş telefondan ibarətdir  və cihazın yan panelindəki rozetə 
qoşulur.  Telefonlar  səs  indikasiyası  üçündür.  Telefonları  qoşarkən  səsə 
(çıqqıltıların  sürətinə)  görə  şüalanmanın  intensivliyini  təxminən  təyin  etmək 
mümkündür. 
Uzaqlaşdırıcı  dəstək  (şəkil)  vasitəsilə  operator  əyilmədən  zondu  kənarda 
tutaraq gəzdirmək üçündür. 
 
 


 
111
 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin