Toplanış-köçürmə məntəqələri. Burada köçürülənlərin toplaşması,
qeydiyyatı və ətraf zonalara göndərilməsi həyata keçirilir. Toplanış-köçürmə
məntəqələri ictimai təyinatlı binalarda, nəqliyyata toplanmaq məntəqələrinin
yaxınlığında və piyada yolların əvvəlində yerləşir. Hər bir məntəqənin rayon
köçürmə komissiyası, ətraf zonalardakı nəqliyyatdan düşürülmə və piyada
yollarının son dayanacağıyla rabitə əlaqəsi təmin olunur. Bu məntəqələr
köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2000-3000 adam üçün bir
məntəqə hesabı ilə rayon (şəhər) icra hakimiyyəti başçısının qərarı əsasında
yaradılır. Buna uyğun olaraq da köçürülmə üçün ayrılan nəqliyyat vasitələrinin
sayı müəyyən edilir.