Mövzu 15
ƏHALİNİN FÖVQƏLADƏ HALLARA HAZIRLIĞI (ÖYRƏDİLMƏSİ).
İdarəetmə orqanlarının və qüvvələrin fövqəladə hallara hazırlığı
MM-in ən əsas vəzifələrindən biri qərargahların, xidmətlərin, dəstələrin şəxsi
heyətinin və işləməyən əhalinin xüsusi hazırlığıdır. Bu hazırlığın məqsədi əhalinin FH
nəticəsindən mühafizə qaydalarını mənimsəməsini, qərargah və dəstələrin şəxsi
heyətinin FH şəraitndə bacarıqla və qəti fəaliyyət göstərmələri üçün həmişə hazır
olmasını təmin etməkdən ibarətdir.
Ancaq qabaqcadan və müntəzəm hazırlıq görülməsi adamlarım mühafizəsini
təşkil etməyə, itkiləri azaltmağa, zədələnmə ocaqlarında xilasetmə və digər
təxirəsalınmaz işlərin tez və mütəşəkkil aparılmasına şərait yaradır. Rəhbər heyət MM
təşkilinin
əsasını
və
aparılmasını
mükəmməl
bilməli,
MM
tədbirlərinin
planlaşdırılmasını öyrənməli, onların həyata keçirilməsinə rəhbərlik etməli, XDTİ
işlərinin aparılması üçün tez və savadlı qərar qəbul etməlidirlər.
Dəstələrin şəxsi heyətini yaxşı hazırlamaq lazımdır ki, zədələyici amillərin təsiri
şəraitində adamların, heyvanların, bitkilərin, ərzağın, yemin və su mənbələrinin
zədələnmədən (zəhərlənmədən) mühafizə işlərini, həmçinin zəhərsizləşdirmə işlərini,
adamların sanitar və heyvanların baytar təmizliyini həyata keçirə bilsinlər.
Əhalinin MM-ə müvəffəqiyyətlə hazırlanması təlimin dəqiq təşkilindən və
bacarıqlı planlaşdırılmasından çox asılıdır.
Dəstlərin hazırlanması elə çoxcəhətli bir prosesdir ki, bu da rəhbər heyətdən
dərin bilik, düzgün təlim formaları və üsulları tələb edir. Bu isə vaxtında məqsədəuyğun
və əyani təşkil olunmalı və planlaşdırılmalıdır.
Dəstələrin şəxsi heyətinin hazırlığı müəssisə rəhbərlərinin, qərargah rəislərinə,
dəstə komandirlərinə həvalə olunur. Müəssisə rəhbərlərinin göstərişlərinə əsasən,
təlim keçənlərin kateqoriyasını, təlim qruplarının heyətini, yerini, dərslərin keçirilmə
vaxtlarını, təlimin rəhbərlərini və maddi texniki təlimatını qərargah təyin edir.
227
Dəstələrin şəxsi heyətinin və əhalinin hazırlığının keyfiyyəti, ən çox hazırlığın
dəqiq və bacarıqlı planlaşdırılmasından asılıdır. Hazırlıq tədris ilinə təlim dövrləri üzrə
(qış, yay) planlaşdırılır. Bu planlaşdırmada müəssisə rəhbərləri və qərargahları
müəssisələrin istehsalının xüsusiyyətlərini və burada dəstələrin şəxsi heyətinin məşğul
olmasını nəzərə alırlar.
Yuxarı MM qərargahının göstərişləri və hazırlıq planının çıxarışına əsasən
dəstələrin hazırlıq dərəcəsini nəzərə alıb, müəssisədə hazırlıq üzrə müəssisə
rəhbərlərinin göstərişi (əmri), təqvim planı və komandir-rəislərin, dəstələrin şəxsi
heyəti üçün dərs cədvəli tərtib olunur. Bu göstərişlə (əmrdə) hazırlıq yekunlaşdırılır və
yeni tədris ili üçün vəzifələr müəyyənləşdirilir.
Təqvim planında təlim alanların kateqoriyası, onlarla aparılan təlim-metodiki
yığıncaqların, qərargah məşğələlərinin, komandir-qərargah və obtyektlərin məşqlərinin
keçirilməsi vaxtı göstərilir. Bundan başqa, dəstələrə daxil olmayan əhalinin təlim
qaydaları təyin olunur və bu planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə məsul olan
şəxslər göstərilir.
Müəssisə rəhbər kadrlarının və mütəxəssislərinin hazırlığı ali və orta
məktəblərdə, təkmilləşmə məktəblərində, rayon, şəhər və respublika MM kurslarında
keçirilir.
İşləməyən əhali MM üzrə ümumi minimum bilik proqramını “Bunu hamı
bilməlidir” yaddaşı üzrə sərbəst öyrənirlər. Kənd (qəsəbə) rəhbərləri işləməyən əhaliyə
yaddaşın məzmununu öyrətməkdə hərtərəfli kömək edir, xüsusi sərgi stendlərinin,
kinofilmlərin göstərilməsini təşkil edir, söhbətlər aparır və başqa tədbirlər görürlər.
Respublika ali məktəblərinin tələbələri, orta məktəblərin və texniki peşə
məktəblərinin tələbələri MM-i xüsusi proqramlar üzrə öyrənirlər. Bunların hazırlığına
məsuliyyəti bu məktəblərin rektor və direktorları daşıyır. Bununla texniki peşə
məktəblərinin tələbələri MM dəstələrinin sıravi heyəti, orta məktəblərin tələbələri isə
kiçik və orta komandir-rəis heyəti kimi hazırlanır. Ali məktəblərin tələbələri 51-54 (45)
saatlıq proqram üzrə hazırlanır. Onlar müəssisələrin MM işinin təşkilində lazımi bilik,
həmçinin sülh və müharibə dövründə xüsusi tədbirlərin həyata keçirilməsində və dəstə
komandirlərinin vəzifələrinin yerinə yetirilməsi məsələlərini öyrənirlər.
Bundan başqa, orta məktəblərin 5-ci və 9-cu sinif şagirdləri hazırlıq keçirlər. 5–ci
sinif şagirdləri proqramı öyrənmək nəticəsndə: MM siqnallarını bilməli bunlar üzrə
hərəkət etməyi, nüvə, kimyəvi və bakterioloji silahların zədələnmə təsirindən mühafizə
qaydalarını, həmçinin fərdi mühafizə vasitələrindən istifadə etməyi və zədələnmə
zamanı lazımi yardım göstərməyi bacarmalıdırlar.
228
9-cu sinif şagirdləri 5-ci sinifdə öyrəndikləri biliyi təkmilləşdirir, radiasiya və
kimyəvi kəşfiyyat cihazlarının quruluşunu, onlardan istifadə qaydalarını və xilasedici
işlərin aparılmasının sadə üsullarını öyrənirlər.
Müəssisə MM qərargahı dəstə komandirlərinə dərsin təşkilinə, keçirilməsinə
nəzarət edir və yardım göstərir. Məhz bunun üçün də nəzarət qrafiki tutulur. Bu
qrafikdə aşağıdakılar göstərilməlidir: dəstə komandirləri hansı bölmədə, nə vaxt,
harada, hansı dərsləri keçir və buna kim nəzarət edir.
Dostları ilə paylaş: |