Dəstələrin hazırlanması. Bunun məqsədi – təyinatına uyğun olaraq dəstələri
zədələnmə (zəhərlənmə) ocaqlarında, təbii fəlakət, qəzalar ərazisində fəaliyyətə
hazırlamaqdır. Tez dəyişən mürəkkəb şəraitdə dəstələri onların üzərinə düşən
tapşırıqların yerinə yetirilməsinə daim hazır səviyyədə saxlamaq məsuliyyəti idarəedici-
rəhbər heyətin üzərinə düşür.
Ümumi hazırlıq qeyri iş saatlarında işçilərin hazırlıq planına əsasən sexlər,
istehsalatlar, şöbə və briqadalar üzrə həyata keçirilir.
Xüsusi hazırlıq iş saatlarında həyata keçirilir. Dəstələrin şəxsi heyətinin tədrisinin
planlaşdırılması zamanı ümumi mövzuların rəhbər və sıravi işçilərlə eyni zamanda və ya
paralel keçilməsi nəzərdə tutulmalıdır.
Dəstələr hazırlığı taktiki-xüsusi təlimlərlə bitirirlər. Taktiki-xüsusi təlimlərə və
məşğələlərə dəstələr bütün texniki vasitələr, alətlər, fərdi mühafizə vasitələri ilə
gəlməlidirlər. Tədris ilinin sonunda taktiki-xüsusi təlimlərə və proqrama yiyələnməyin
səviyyəsinə uyğun hər kəsə qiymət qoyulur.