Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar. Enerji sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması
nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər.
Nəqliyyat sahəsində qəzaların ən cox baş verən hadisələrdəndir. Dünyada baş
verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən
qəzalarla xarakterizə olunur.Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji
obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil
edir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə
kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə
birinci yer tutur. Nəqliyyat vasitələrində avtomobillərin, dəmir yolu qatarlarının
toqquşmasından, tormozların sıradan çıxmasından, yanğın və partlayışlardan baş
verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii
fəlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəzalar olur.
Respublikamızın ərazisində ümumən 0,08 min kv.km sahədə kimyəvi
zəhərlənmə baş verə bilər ki, burada təxminən 231 min nəfər əhali yaşayır. Belə
təhlükə ən çox Abşeron yarımadası, Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərləri
üçün xarakterikdir. Qeyd etmək kifayətdir ki, 1992-1998- ci illərdə belə
obyektlərdə kimyəvi təhlükəli maddələrin ətraf mühitə sızması ilə nəticələnən
ondan çox qəza olmuş, bu zaman yüzdən artıq adam zərər çəkmişdir. Atmosferin,
su hövzələrinin və torpaağın sənaye tullantıları və digər maddələrlə çirklənməsi,
zəhərlənmələrə məruz qalması son dərəcə təhlükəlidir, çünki belə hallar təbiətdə
ekoloji tarazlığı pozur.
Müasir sənaye müəssisələrində su kəmərinin, digər energetika və kommunal –
mühəndis şəbəkələrinin nə demək olduğu bu müəssisəiərdə istehsalın nəhəng
enerji tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: 1 ton koksun, istehsalı
üçün 3 kub metr, poladın istehsalı üçün 20 kub metr,çuqun üçün 250 kub metr,
quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr və s. su tələb olun