Mövzu 7 MM ÜZRƏ İSTİFADƏ EDİLƏN DOZİMETRİK CİHAZLAR. İ onlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları Mülki müdafiə (MM) sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif
radiasiya şəraitində əhalinin, mülki müdafiə qoşunları və hərbiləşməmiş dəstələrin
fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu
ş
üalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
• əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xilasetmə digər
təxirəsalınmaz işlərin təhlükəsizliyini təmin etmək üçün şüalanmaların aşkar
edilməsi və ölçülməsi;
• dezaktivasiya və sanitariya təmizlənməsi keçirilməsi zərurətini, bunların
keyfiyyətini müəyyən etmək, habelə zəhərlənmiş ərzaq məhsullarından istifadə
etməyin mümkünlüyünü, normalarını təyin etmək üçün müxtəlif obyektlərin
zəhərlənmə dərəcələrinin ölçülməsi;
• radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş qabiliyyətini təyin
etmək məqsədilə şüalanma dozalarının ölçülməsi;
• ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə zəhərlənmə
dərəcələrinin laboratoriyalarda ölçülməsi;
Dozimetrik cihazlar – onların təyinatına, vericisinin tipinə, ölçülən
ş
üalanmanın növünə və cihazın sxeminin çevirdiyi elektrik siqnallarının
xarakterinə görə təsnif etmək olar.
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır: