MM üzrə təlimlər Təlim – rəhbər heyətin, dəstələrin və əhalinin MM üzrə tədbirlərin həyata
keçirilməsinin ali və aktiv hazırlıq formasıdır.
Müasir tələblərə uyğun keçirilən MM üzrə təlimlər dəstələrə, işçilərə, istehsalat
və xidmət sahələrində çalışmayan əhaliyə düşmən tərəfindən kütləvi qırğın və digər
silahların tətbiq edilməsi şəraitində fəaliyyəti öyrətməyə və insanlarda yüksək mənəvi-
siyasi və psixoloji keyfiyyətləri aşılamağa imkan verir. Məqsəddən, keçirilmə yerindən
və heyətindən asılı olaraq obyektlərdə aşağıdakı növ təlimlər təşkil olunur və keçirilir:
• MM-in taktiki-xüsusi təlimləri;
• MM-in rəhbər-qərargah təlimləri;
• MM üzrə obyekt məşqləri;
• MM-in kompleks təlimləri.