Dozimetrik və kimyəvi nəzarətin təşkili.
Zəhərlənmə ocaqlarında bütün mühafizə tədbirləri görüldükdə belə, radioaktiiv
şüalanma adamlara yenə də müəyyən təsir göstərə bilər. Bunun nəticəsində alınan
zəhərlənmənin ağırlıq dərəcəsini və lazım olan tibbi yardımın həcmini, həmçinin ətraf
mühitin çirklənmə dərəcələrini təyin etmək, eləcə də xüsusi təmizləmə işlərinin
görülməsi lüzumunu aşkara çıxarmaq məqsədilə dozimerik və kimyəvi nəzarət təşkil
edilir. Zəhərlənmə baş vermiş sahələrdəki ərzaqdan, su mənbələrindən, alafdan
istifadə olunması imkanı və qaydaları da məhz belə nəzarət sayəsində müəyyən edilir.
Zəhərlənmənin növündən asılı olaraq dozimetrik və ya kimyəvi nəzarət aparıla bilər.
Dozimetrik və kimyəvi nəzarət (DKİ) radiasiyadan və kimyəvi zəhərli maddələrdən
mühafizənin tərkib hissəsini təşkil edir.
Radioaktiv zəhərlənmə hallarında keçirilən dozimetrik nəzarət-orqanizmin
kənardan şüalanmasına nəzarətdən və müxtəlif səthlərin, o cümlədən də orqanizmin
səthinin radioaktiv çirklənməsinə nəzarətdən ibarətdir.
Şüalanmaya nəzarət - adamların və kənd təsərrüfatı heyvanlarının məruz qaldığı
udulan şüalanma dozaları barədə məlumat əldə etmək üçün aparılır.
Şüalanmaya nəzarətin qruplar üzrə nəzarət və fərdi nəzarət növləri olur.
Şüalanmaya nəzarət nəticəsində əldə edilən məlumatlar əsasında radiasiya göstəriciləri
üzrə əhalinin iş qabiliyyəti, xüsusi təmizləmə işlərinin habelə maddi vasitələrin və
ərazinin zərərsizləşdirilməsi üzrə işlərin həcmi müəyyən edilir.
242
Radioaktiv zəhərlənməyə (çirklənməyə) nəzarət adamların, kənd təsərrüfatı
heyvanlarının, eləcədə texnikanın, nəqliyyatın, fərdi mühafizə vasitələrinin, paltarların,
ərzağın, suyun, alafın və başqa obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi
(çirklənməsi) dərəcəsini təyin etmək üçündür. Belə nəzarət obyektləri qamma-
şüalanma üzrə zəhərlənmə (çirklənmə) dərəcəsini ölçməklə və yaxud beta və alfa
şüalanmalar üzrə xüsusi aktivliyin təyin etməklə aparılır. Nəzarət başdan-başa və ya
seçmə üsulla yerinə yetirilə bilər.
Şüalanmaya nəzarət məqsədilə, orqanizmə təsir göstərən radioaktiv şüalanma
dozası bədənin səthində dozaölçən - rad (və ya rentgen) kəmiyyəti ilə ifadə edilir. Bu
kəmiyyət əsasında şüalanmanın ehtimal olunan nəticələri, iş qabiliyyətinin itirilməsi
dərəcəsi və tibbi yardım tədbirləri müəyyənləşdirilir.
Adamların kənardan şüalanmasına nəzarət fərdi surətdə və qruplar üzrə təşkil
edilə bilər. Fərdi nəzarət zamanı adamların hər birinə, qruplarla nəzarət hallarında isə
eyni şəraitdə qalan bir qrup adama bir İD-11 və ya digər tipli fərdi dozimetr verilir.
Bütün hallarda hər bir əhali qrupunun, xüsusən də MM dəstələri şəxsi heyətinin,
obyektlərindəki işçilərin şüalanma dozalarının ciddi qeydiyyatı aparılır.
Bu zaman əşyanın səthinə qonmuş radioaktiv tozun törətdiyi şüalanmanın gücü,
əsasən, DP-5 tipli cihazlarla ölçülüb millirentgen-saat adlı vahidlə qiymətləndirilir.
Ölçmə nəticələri yol verilən təhlükəsiz normalarla müqayisə edilir, çirklənmə normadan
artıq olanda onu azaltmaq üçün tədbirlər görülür.
Kimyəvi nəzarət - MM dəstələrinin şəxsi heyətinin fərdi mühafizə vasitələrinin,
qurğuların, ərzağın, suyun, alafın və digər obyektlərin, həmçinin ərazinin və havanın
zəhərləyici və ya güclü təsirli zəhərli maddələrlə zəhərlənməsi faktının və
zəhərlənmənin dərəcəsini, zəhərlənmiş obyektlərin deqazasiyasının keyfiyyətini
(tamlığını), adamların fərdi mühafizə vasitələri geymədən fəaliyyət göstərməsinin
mümkünlüyünü müəyyən etmək məqsədilə habelə naməlum zəhərləyici maddələr
işlədildiyi faktını aşkara çıxarmaq və onları analiz etmək üçün keçirilir.
Bu məqsədlə həm Qoşun kimya kəşfiyyatı cihazlardan, həm də müşahidə və
laboratoriya nəzarəti şəbəkəsi müəssisələrinin digər avadanlıqlarından istifadə olunur.
Dostları ilə paylaş: |