Microsoft Word 1-ci m vzu- fh t snifati


Əhalinin mənəvi-psixoloji hazırlığı



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə226/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   220   221   222   223   224   225   226   227   228
 
Əhalinin mənəvi-psixoloji hazırlığı 
 
Əhalinin  mənəvi-psixoloji  hazırlığında  məqsəd,  xilasediciləri,  həmçinin  əhalini 
xilasetmə  və  digər  təhlükəli  işlərin  yerinə  yetirilməsində  şüurlu  və  fəal  surətdə  iştirak 
etməyə səfərbər etməkdir.  
Təsərrüfat  obyektlərində  mənəvi-psixoloji  tərbiyə  işləri,  bazası  əsasında 
xilasedici,  qəza-bərpa  dəstələri  və  digər  komandalar  yaradılmış  təşkilat  və  idarələrin 
rəhbərləri tərəfindən aparılır.  


 
237 
Xilasetmə  və  digər  təxirə  salınmaz  işlərin  mənəvi-psixoloji  təminatı  aşağıdakı 
məsələləri əhatə edir:  
•  xilasedicilərdə  yüksək  mənəvi-psixoloji  keyfiyyətlər,  mütəşəkillik,  qarşıya 
qoyulan vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmi aşılamaq;  
•  kəşfiyyat  aparmaq  üçün  ayrılan  heyətləri  qəza  ocağında  (təbii  fəlakət 
rayonunda) sürətlə və hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək;  
• xilasediciləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə, nizam-intizamı ciddi 
sürətdə gözləməyə və vaxtında yatmağa sövq etdirmək;  
• istehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhərlənmələr şəraitində xilasetmə 
və digər təxirə salınmaz işləri müvəffəqiyyətlə yerinə yetirməyə, cürətli və təşəbbüskar 
olmağa; zədələnmiş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi yardım göstərib 
təhlükəsiz rayonlara köçürməyə xilasedici heyətləri tam səfərbər etmək;  
• zədələnmə ocaqlarında və xilasetmə və digər təxirə salınmaz işlər aparılarkən 
xilasedicilərin  qüvvələrindən  qənaətlə  və  səmərəli  istifadə  olunmasına,  onların 
vaxtında  yeməyinin  və  dincəlməsinin  təşkilinə,  müəyyən  olunmuş  iş  rejiminin  və 
təhlükəsizlik tədbirlərinin dəqiq yerinə yetirilməsinə qayğı göstərmək;  
• sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə mənfi halların qarşısının 
alınmasına  və  qətiyyətlə  aradan  qaldırlmasına  yönəldilmiş  hərtərəfli  tədbirlər  həyata 
keçirmək;  
• Xilasetmə və digər təxirə salınmaz işlər aparılarkən xilasedicilərin nailiyyətlərini 
təbliq etmek, tapşırıqların icrası zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi 
üçün qayğı göstərmək;  
•  xilasedici  qruplar  arasında  qarşılıqlı  fəaliyyətin  saxlanmasına,  həmrəyliyin, 
yoldaşlıq münasibətlərinin, vəzifələrin icrası vaxtı qarşılıqlı yardımın möhkəmlənməsinə 
yönəldilən mənəvi-psixoloji tədbirlər keçirmək.  
Fəlakətlər dövründə aparılan mənəvi-psixoloji işdən başlıca məqsəd yaranan son 
dərəcə  çətin  şəraitdə  belə  qarşıya  qoyulan  vəzifələrin  yerinə  yetirilməsini  təmin 
etməkdir.  Qəflətən  baş  verən  zəlzələ,  fəlakətli  daşqın,  uçqun  və  ya  sənaye 
müəssisəsində  partlayışlar  şəxsi  heyətın  psixikasına  ağır  təsir  göstərərək  müvəqqəti 
sarsıntılar, qorxu va özünə inamsızlıq hissi yarada bilər.  
Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən və güclü partlayışları andıran 
təkanlar,  yeraltı  gurultu,  bir  anda  yerin  maqnit  və  elektrik  sahələrinin  dəyişməsindən 
törəyən  parıltı  və  şimşək  insanlarda  elə  təsəvvür  yarada  bilər  ki,  guya  atom  zərbələri 


 
238 
endirilir.  Adamlarda  belə  psixoloji  hal  yaranarkən  onlara  vaxtında  və  müntəzəm 
surətdə  doğru  məlumatlar  çatdırılmazsa,  lazımlı  xəbərdarlıq  siqnalları  və  düzgün 
davranış  qaydaları  barədə  konkret  göstərişlər  verməklə  idarəetmə  təşkil  olunmazsa, 
kütləyə rəhbərlik zəifləyər, bu isə çaxnaşmaya və digər mənfi kütləvi hadisələrə səbəb 
olar.  
Xilasedicilər  yüksək  mənəvi-psixoloji  keyfiyyətlərə  malik  olmalıdırlar.  Bu 
məqsədlə onlar xüsusi psixoloji hazırlıq keçməlidirlər.  
Xilasedicilərin  mənəvi-psixoloji  hazılığı  dedikdə,  onlarda  elə  psixoloji 
keyfiyyətlərin  formalaşdırılması  nəzərdə  tutulur  ki,  həmin  keyfiyyətlər  müxtəlif 
fəlakətlər  zamanı  yaranan  təhlükəli  və  gərgin  şəraitdə  bacarıqla  fəaliyyət  göstərmək 
qabiliyyətini təmin edir.  
Mənəvi-psixoloji  hazırlıq  sayəsində  xilasedicilərə  yüksək  mənəvi  keyfiyyətlər 
(cəsarət,  igidlik,  qətiyyət,  intizam,  müstəqillik  və  s.)  emosional  dəyanətlilik,  sağlam 
sosial-psixoloji  münasibətlər  (dostluq,  yoldaşlıq,  qarşılıqlı  yardım),  intellektual 
keyfiyyətlər (zehni çeviklik, səriştə, fərasət və s.) aşılanır.  
Xilasedicilərdə  təhlükəyə,  qorxuya  və  çaxnaşmaya  tab  gətirmək,  çətinlikləri  dəf 
etmək  və  fədakarlıq  göstərmək,  eləcə  də  fövqəladə  hadisələrin  nəticələri  aradan 
qaldırılarkən  yarana  biləcək  əsəb  gərginliyinə  dözümlülük  tərbiyə  olunması  mənəvi-
psixoloji hazırlığın əsas problemlərindən biridir.  
Xilasediciləri  qəza  ocaqlarında  və  təbii  fəlakət  rayonlarında  yarana  biləcək 
vəziyyətlə  tədris  prosesinde  əvvəlcədən  tanış  etməklə  real  şəraitdə  meydana  çıxan 
müxtəlif xarakterli psixoloji sarsıntıların kəskinliyini azaltmaq mümkündür.

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin