Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə227/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   220   221   222   223   224   225   226   227   228
 
 
FH zamanı obyektlərin iş fəaliyyətinin və əhalinin mühafizəsi 
rejimləri.  
 
   Radiasiya  zamanı  (eləcə  də  kimyəvi)  vəziyyətin  qiymətləndirilməsində  başlıca 
məqsəd  əhalinin  mühafizə  rejimlərinin  müəyyən  edilməsi  üçün  dəqiq  məlumatlar 
hazırlamaqdır.  
Radiasiyadan  mühafizə  rejimi  dedikdə  mühafizə  vasitələrindən  istifadə  olunması  
müddətlərinin,  ardıcılığının,  adamların  davranış  qaydalarının  dəqiq  müəyyən  edilməsi 
anlaşılmalıdır. Bu zaman əsas tələb odur ki, adamlar yol verilən təhlükəsiz dozalardan 
artıq şüalanmaya məruz qalmasınlar. Belə şüalanma dozalarının kəmiyyəti isə müvafiq 


 
239 
orqanlar tərəfindən göstərilir. Məsələn, Beynəlxalq radiasiya təhlükəsizliyi normalarına 
görə, sülh dövründə bir il ərzində yol verilən şüalanma dozaları əhali üçün 300 milliber 
(0.3  rentgen)  AES  –in  30km  zonalarında  yaşayan  əhali  üçün  500  milliber  (0.5  r),  bu 
sahədə  işləyən  mütəxəssislər  üçün  5  ber;  qəza  vaxtı  bir  dəfə  yol  verilən  doza  isə 
müvafiq  surətdə  10  və  25  berdir.  Müharibə  dövrünün  normaları  təbii  ki,  bunlardan 
dəfələrlə artıqdır.  
Radiasiyadan  mühafizə  rejimi  ərazidə  ölçülmüş  radiasiyanın  səviyyəsindən  asılı 
olaraq  adamlar  daldalanan  binaların  və  yaşayış  evlərinin  mühafizə  əmsalı  nəzərə 
alınmaqla qoyulur və birtipli rejim cədvəlləri formasında tərtib edilir. Hər bir rejim üç 
ardıcıl mərhələdən ibarət olur: 
•  adamların mühafizə qurğularında qalması müddəti (bu mərhələdə obyektlərdə 
iş dayandırılır); 
•  adamların  növbə  ilə  adi  evlərdə  (istehsalat  binalarında)  və  mühafizə 
qurğularında qalması müddətləri; 
•  adamların binalardan kənarda qalması müddəti.  
 
Radiasiyadan mühafizə rejimi - adamların mühafizə vasitələrindən və üsullarından 
istifadə  etməsi  qaydaları  deməkdir.  Mühafizə  rejimi  zəhərli  sahələrdə  adamların 
fasiləsiz olaraq mühafizə qurğularında qalması, oradan qısa müddətə çıxması vaxtlarını, 
habelə  mühafizə  qurğularını  tərk  edəndən  sonra  və  ya  zədələnmə  ocaqlarında 
xilasetmə  və  digər  təxirəsalınmaz  işlər  apararkən  açıq  sahələrdə  qalma  müddətini 
müəyyən edir.  
Radiasiyadan mühafizə rejimləri radiasiyadan kütləvi zədələnmələrin və adamların 
yol  verilən  dozadan  artıq  şüalanmasının  qarşısını  almaq  məqsədilə  əvvəlcədən 
müəyyən edilir.  
Ərazi  və  oradakı  hər  şey  nəinki  nüvə  partlayışı  zamanı  həm  də  atom  elektrik 
stansiyalarında, radioaktiv maddələr istehsal olunan və işlədilən digər obyektlərdə baş 
verən qəzalar nəticəsində radioaktiv zəhərlənmələrə (çirklənmələrə) məruz qala bilər. 
Belə  hallarda  geniş    sahələrdə  əhali  üçün  uzun  müddət  təhlükə  törədən  zəhərlənmə 
(radioaktiv çirklənmə) zonaları yarana bilər.  
Radiasiyadan  kütləvi  şüalanmaların  qarşısını  almaq,  yaxud  şüalanma  dozalarının 
yolverilən  normalaradək  zəiflətmək  məqsədilə  mülki  müdafiə  orqanları  bu  zonalarda 
radiasiyadan  mühafizə  rejimləri  qoyurlar,  yəni  adamların  fasiləsiz  olaraq  mühafizə 
qurğularında  daldalanması,  sonra  isə  adi  binalarda  və  açıq  sahələrdə  qalması 
müddətlərini müəyyən edirlər. Əgər müəssisə belə şəraitdə işini davam etdirərsə, onda 


 
240 
hər bir sexin fəhlələri üçün iş vaxtı və mühafizə qurğusunda, yaxud yaşayış binalarında 
dincəlmə vaxtı müəyyən edilir.  
Mühafizə rejiminin qoyulması əsasən dozanın gücündən (radiasiya səviyyəsindən), 
mühəndis-mühafizə  qurğularının,  istehsalat  və  yaşayış  binalarının  mühafizəedici 
xassələrindən asılı olur.  
Məsələn,  zəif  zəhərlənmə  zonasında  (partlayışdan  bir  saat  sonra  radiasiya 
səviyyəsi  8-80  R/s  olan  sahələrdə)  adamlar  bir  neçə  saatdan  bir  günədək  mühafizə 
qurğularında qalmalıdırlar, bundan sonra onlar adi yaşayış binalarına qayıda bilərlər ki, 
buradan da ilk günlər ancaq 4 saatadək müddətə çıxmağa icazə verilir.  
Təhlükəli  radioaktiv  zəhərlənmə  şəraitində  (radiasiyanın  səviyyəsin  240R\s  olan 
hallarda)  adamların  açıq  sahələrdə  qalması  müddəti  kəskin  surətdə  məhdudlaşdırılır. 
Onlar  xeyli  müddət  mühafizə  qurğularında  daldalanmağa  məcbur  olacaqlar  və  yalnız 
radiasiya  səviyyələri  tədricən  azalandan  sonra  istehsalat  yaşayış  və  digər  binalara 
qayıda bilərlər.  
Radioaktiv zəhərlənmə aşkar edilən və ya radiasiya təhlükəsi elan olunan yaşayış 
məntəqələrində  və  rayonlarda  əhali  hər  şeydən  əvvəl,  respiratorları,  tozdan  qoruyan 
parça  maskaları,  bunlar  olmadıqda  isə  əleyhqazları  üzə  geyməli,  ərzaq  məhsulu  və  su 
ehtiyatları  dərman  və  ən  lazımlı  əşyaları  da  özü  ilə  götürüb  mühafizə  qurğularında 
daldalanmalıdır  (Qeyd  edək  ki,  bu  işlərə  Çernobılda  və  onun  ətrafındakı  yaşayış 
məntəqələrində məhəl qoyulmamışdı). Evdə və ya istehsalat binalarında qalan adamlar 
vaxt itirmədən qapı və pəncərələri kip bağlamalı, içəridən onların qarşısına qalın parça 
materialdan  pərdə  çəkməli,  bütün  deşik-baca  yerləri  mümkün  qədər  kipləşdirib 
bərkitməlidirlər.  Əgər  adamlar  zəhərlənmiş  sahələrdə  qalmışlarsa  və  ya  oranı  tərk 
etmək  lazım  gələrsə  onda  fərdi  tibb  qutusundakı  radiasiya  əleyhinə  dərmanı  hökmən 
qəbul etməlidirlər.  
Belə şəraitdə adamların yeməyinin təhlükəsizliyini təmin etmək mürəkkəb və çox 
məsuliyyətli  bir  problemə  çevrilir.  Xörək  zəhərlənməyə  məruz  qalmamış  ərazidə, 
çıxılmaz  hallarda  isə  radiasiyanın  səviyyəsi  1  R\s-dan  artıq  olmayan  açıq  sahələrdə 
hazırlanmalıdır,  radiasiyanın  səviyyəsi  1-dən  5  R\s-ədək  olan  sahələrdə  xörəyi 
çadırlarda bişirirlər, bundan artıq radiasiya səviyyəli yerlərdə isə ancaq kipləşdirilmiş və 
dezaktivasiya edilmiş binalarda və ya mühafizə qurğularında bişirməyə icazə verilir.  
Yadda  saxlamaq  vacibdir  ki,  mühafizə  rejimləri  üzrə  məhudlaşdırmalar  ləğv 
edildikdən  sonra  da  bir  müddət  ehtiyatlı  olmaq  lazımdır.  Belə  ki,  zəhərlənmənin 
dərəcəsinin azalması dövründə torpaqda, bitkilərin səthində, suda, bina və  qurğuların 
səthində,  müxtəlif  əşyalarda  radioaktiv  maddələrin  bir  qismi  qalır.  Özü  də  belə 


 
241 
maddələr  əsasən  uzunömürlü  sezium-137  və  stronsium-90  radionuklidlərdən  ibarət 
olur.  Onlar  qida  və  su  ilə  birlikdə  orqanizmə  keçə  bilərlər.  Buna  görə  də  xörək 
hazırlamaq  üçün  ancaq  zirzəmilərdə,  qapalı  yerlərdə,  eləcə  də  soyducularda,  mətbəx 
stollarında və dolablarda, ağzı bağlı şüşə qablarda, minalı qablarda, qalın kağız bükülü 
halda saxlanılan ərzaqdan istifadə etmək lazımdır.  
Mühafizə rejimləri MM qərərgahları tərəfindən işlənib hazırlanır və müvafiq MM  
rəhbərlərinin  sərəncamına  əsasən  əhaliyə  çatdırılır.  Bu  məqsədlə  yerli  radio 
şəbəkələrdən,  digər  xəbərdarlıq  vasitələrindən  istifadə  olunur.  Mühafizə  rejiminin 
qoyulması haqqında əhaliyə xəbərdarlıq qaydası MM siqnallarının verilməsində olduğu 
kimidir.  
  
                           
Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin