Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə30/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   26   27   28   29   30   31   32   33   ...   228
Mövzu 3
 
 
ADİ VƏ KÜTLƏVİ QIRĞIN SİLAHLARI. 
 
Adi qırğın vasitələri 
 
İlk  öncə  “adi  qırğın  vasitəsi”  terminin  nisbi  olmasını  qeyd  etmək  lazımdır. 
Belə  ki,  silahları  tətbiq  edərkən  əhali  arasında  kütləvi  qırğınların  baş  verməsi 
mümkündür. Buna XX əsrin müharibə və silahlı toqquşmalar bariz nümunədir. 
Son illərdə adi silahların sayının və keyfiyyətinin yüksəlməsi hesabına inkişaf 
etmiş ölkələrin döyüş potensialının kəskin artması qeyd olunmalıdır. Kifayət qədər 
kütləvi  qırğın  silahları  ehtiyatını  artıran  böyük  dövlətlər  fikirlərini  adı  silahların 
istehsalına  yönəltmişlər.  Bu  silhaların  da  hədəf  alma  keyfiyyəti  və  döyüş 
effektliliyinin artmasının kəskin inkişaf nəzərə çarpır. Elmi-texniki inkişafın artması 
hərbi  sahədə,  hərbi  qüvvələrın  kompüterləşməsində  öz  əksini  tapır.  Artıq 
“kompüter-texnotron  müharibə”    termini  geniş  yayılmağa  başlamışdır.  Yeni  fiziki 
prinsiplər  əsasında  silahların  hazırlanması  üzrə  intensiv  işlər  görülür.  Son  hərbi 
əməliyyatlardan  aydın  oldu  ki,  qərb  ölkələrinin    ordusunda  daha  çox  adi  qırğın 
vasitələrinin  bir  növü  olan  dəqiq  silahlardan  istifadəyə  önəm  verilməsi 
konsepsiyası  əsas  rol  oynayır,  əsasən  də  geniş  miqyaslı    əməliyatlar  həyata 
keçirmədən uzaq məsafədən idarə olunmaqla hücumlar həyata keçirilirdi. 
Adi qırğın vasitələrini müxtəlif cür təsnif etmək mümkündür. 
Adi qırğın vasitələrini aşağıdakı kimi qruplarla da təsnif etmək mümkündür: 
1.
  Qəlpəli silahlar; 
2.
  Fuqas döyüş sursatları; 
3.
  Kumulyativ döyüş sursatları; 
4.
  Beton dağıdan bombalar; 
5.
  Yandırıcı silhalar; 
6.
  Həcmli partlayış döyüş sursatları; 
7.
  Dəqiq silahlar. 
 


 
                       
   Qəlpəli silahlar 
 
Qəlpəli  silahlar  əsasən  insanları  məhv  etmək  üçün  nəzərdə  tutulub.  Bu  tip 
bombaların ən effektli sursatlarından biri kürə formalı döyüş sursatlarıdır. Kassetli 
döyüş sursatlarının  içərisində kürə formalı  96-640 ədəd bomba yerləşdirilir. Kürə 
formalı bomba uzunluğu 35sm, diametri 7.5 sm olan silindrik gövdədən ibarətdir. 
Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0.7-
1.0 q olan metal kürəciklər və ya dörbucaqlı metallar dodurulub. Partlayış zamanı  
kürəciklər və ya dörbucaqlı metallar 100 m
2
 ətrafa yayılır və mühafizə olunmamış 
adamları zədələyirlər. 
Yerə  çatarkən  kasset  açılır,  bombalar  isə  250  min  m
2
  əraziyə  dağılır  və 
Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin