Bakterioloji (bioloji) silah.
Bakterioloji silah (BS) kütləvi qırğın silahlarının bir növüdür. BS bakterial
vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və
tərtibatlara deyilir. Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və
onlardan alınan zəhər-toksinlər təşkil edir.
Bakterioloji vasitələrin insanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi
xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə, yolxucu
xəstəlik törədir, yaxud insanları və heyvanları zəhərləyə bilir. Bir çox xəstəliklər
xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır.
Xəstəliktörədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya
yoluxmuş həşəratlarda, gənələrdə, gəmiricilərdə qala bilər. Bakterioloji
vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli inkişaf
dövrünün olmasıdır.
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlər,
habelə içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur)
doldurulmuş xüsusi konteyner və cihazlarda ata bilər.
Belə silahın tətbiqi nəticəsində, şübhəsiz ki, şəhərlər və başqa yaşayış
məntəqələri, dəmiryol qovşaqları, limanlar, su təchizatı mənbələri, həmçinin
kənd təsərrüfatı bitkiləri, əkin tarlaları bakterioloji vasitələrlə zədələnə bilər.
Xəstəliyin yayılmasının ən sadə və təsirli üsullarından biri havanın yoluxmasıdır.
İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli
aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən,
ərazinin relyefindəən meteroloji şəraitindən və s. aslıdır.
İnsanlar və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman
deyil, buluddan ayrılmış aerozol hissəciklərinin öz zədələyici xüsusiyyətlərini
saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində
də zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara
toxunduqda və ya yoluxmuş yeyinti məhsullarından, yaxud sudan istifadə
edildikdə zədələnmək olar.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər.
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi
nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağı yaranan
yerdə karantin və observasiya rejimləri tıtbiq olunur.
Yolxucu xəstəlik yayan həşaratlar bir yerdən başqa yerə keçdikləri üçün
bakterioloji yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yolxucu
xəstəliklərin yayılma təhlükəsi artır.
Proflaktika aparmaq və lazimi mühafizə tədbirləri görmək üçün bakterioloji
vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Düşmənin
bakterioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yolxucu
xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən
etmək olar.
Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafı iri qəlpələr
yayılaraq, torpaq və bitki üzərində damcılar və tozşəkilli maddələr çökür. Bəzən
təyyarələrdən
müxtəlif
yüklərin-konteynerlərin,
torbaların,
kisələrin,
bağlamaların atıldığını da müşahidə etmək olar. Yolxucu xəstəlik yayan həşəratlar
tətbiq edildikdə, hərbi sursatın partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli
miqdarda həşərat və gənə müşahidə edilə bilər. Düşmənin bakterioloji vasitələr
tətbiq etdiyi rayonlarda insanlar arasında epidemiya, həmçinin mal-qaranın
qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq üçün observasiya və karantin təyin edilir.
Observasiya epidemiya ocağında yolxucu xəstəliklərin yayılmasının qarşısını
almaq məqsədilə həyata keçirilən təcridetmə-məhdudlaşdırma və müalicə
profilaktika tədbirləri sistemi deyilir.
Tibb bölmələri və idarələri təcili proflaktika və müalicə tədbirləri görür.
Əgər bütün əhali təhlükəli yolxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin
effektli nəticəsi olar.
Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə
yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarları, ayaqqabını, yorğan-
döşəyi, mebeli və s. dezinfeksiya etmək lazımdır. Xəstəliyin qarşısını alan
proflaktika peyvəndlərindən və dərman qəbulundan imtina etməyin.
Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət
orqanları xüsusi rejim karantin yaradırlar və həmin rayona gediş – gəliş qadağan
edilir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət
etməkdir.Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər adamların həyatını və
sağlamlığını mühafizə etmək üçün görülür.
Karantin bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasınım
qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən
epidemiya əleyhinə rejimli profilaktia tədbirləri sistemidir.
|