Fərdi kimyəvi kəşfiyyat cihazı - individual Chemical Agent detector (ICAD) Bu cihaz sinir iflic edici, dəri zədələyici, ümumi zəhərli
və boğucu təsirli təhlükəli maddələrin aşkar edilməsi üçün
nəzərdə tutulmuşdur. İki moduldan ibarətdir: elektron-siqnallı
və sensorlu. Cihazın sensor bloku elektrokimyəvi prinsipə
ə
saslanmışdır və ona 2 element daxildir. Birinci element
ümumi zəhərli və dəri zədələyici maddələri, ikinci element isə
üzvü fosforlu birləşmələri aşkar edir.
Fərdi kimyəvi maddə aşkarlayıcısı - Individual Chemical Agent Monitor (ICAM) Bu cihaz aşağı konsentrasiyalı üzvü fosforlu
maddələrin buxarlarını (0.03-0.1mq/m³), həmçinin, dəri
zədələyici və sinir iflicedici təsirli maddələri aşkarlamaq
üçün nəzərdə tutulmuşdur. Texniki baxışa ehtiyacı az olan,
ucuz konstruksiyalı, tez qoşulan bir cihazdır. Obyektə tərəf
tutaraq kimyəvi maddənin buxarlarını (molekulyar ionların müəyyən edilmiş
hərəkətliliyi ilə) qeyd etmək imkanına malikdir.