Tibb xidməti – tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmət rəisi –
rayonun baş həkimidir). Xidmət: müalicə - profilaktika, epidemiya əleyhinə və sanitar-
gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərər
çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və
müalicəsi üçün binaları hazırlayır.
İctimai asayişi mühafizə xidməti – polis şöbəsinin bazası əsasında təşkil olunur
(xidmətin rəisi – rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai
mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq;
nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davraniş qaydalarını
213
yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki
müdafiə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına
buraxılma rejiminin və bakterialoji yoluxma ocağında karantin tədbirlərinin yerinə
yetirilməsini təmin edir.
Yanğından mühafizə xidməti – yanğından mühafizə təşkilatlarının bazası
əsasında yaradılır (xidmətin rəisi –rayon yağın müfəttişidir). Bu xidmətin vəzifələri:
yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata
keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su hövzələri tikilməsini təşkil
etməkdən ibarətdir.Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və
söndürülməsi üçün xidmət hər cür tədbir görür.
Ərzaq və paltarla təchizat xidməti – rayon istehlak cəmiyyəti və ticarət bazası
əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sedridir). Bu xidmət:
anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəəhərləyici,
radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul
olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olunmasını səhmana salır,
onları ən lazımı şeylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi
heyətini yeməklə təmin edir.
Heyvanları və bitkiləri mühafizə xidməti - baytarlıq və aqronomiya idarələrinin
bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd
təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə
vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları
emal edən müəssisələrdə bu xidmət hemçinin su mənbələrinin, taxıl, alaf və başqa
kənd təsərrufatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri
mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil
edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının
vəziyyətinə nəzarət edir; tibb xidməti , habelə ərzaq və paltarla techizat xidməti ilə
birlikdə zədələnmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda
göstərilənlərdən əlavə başqa xidmətlər də (kommunal-texniki xidmət – rayon
kommunal təsərrüfatı kombinatı bazası əsasında; avtomobil nəqliyyatı xidməti –
avtomobil təsərrüfatlari, yol idarələri və digər teşkilatların bazası əsasında; maddi-
texniki techizat , energetika ve b. Xidmətlər ) yaradıla bilər.
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin
idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin
edilir.Rayon xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrə, təlimatlara, habelə
214
yuxarı xidmətlərin göstərişləri əsasında və rayonun xüsusiyyətləri nəzərə alınmaqla
yuxarı idarə rəhbərləri tərəfindən müəyyən edilir.
Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı
olaraq burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar: tibb,
mühəndis, ictimai asayişi mühafizə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı,
heyvanları və bitkiləri mühavizə manqaları təşkil edə bilər. Bundan başqa, mülki
müdafiə məqsədləri üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə
idarələrindən, habelə maddi və texniki təchizat, ticarət və şəhərlərdən köçürülən
müalicə-profialaktika və tibb idarələrinin bazası əsasında baza xəstəxanaları idarəsi,
çeşidləmə-köçürmə hospitalları, baş və profil xəstəxanaları, ilk yardım dəstələri və
epidemiya əleyhinə dəstələr yaradılır.
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir.Bu
məntəqəni rabitə vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və
fərdi mühafizə vasitələri ilə təmin edirlər.Komanda məntəqəsində; rəhbər heyət,
qərərgahın və xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar.
Onlara aşağıdakı vəzifələr həvalə olunur;
- Obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu
dəstələrin döyüş hazırlığını təmin etmək;
- əhaliyə FH ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;
- mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri
əldə etmək, bunları toplayıb saxlamaq;
- vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haqqında
vaxtında xəbər vermək;
- əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;
- profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri
təşkil etmək;
- şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;
- əhalinin köçürülməsini təşkil etmək;
- xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;
- dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;
215
- kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, alafın və su
mənbələrinin radioaktiv, kimyəvi maddələr, bakterioloji vasitələrlə yoluxmadan
mühafizəsi üzrə tədbirləri yerinə yetirmək;
- əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa kənd təsərrüfatı
sahələrinin zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti
təşkil etmək, habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə
tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın
heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılılır.
Dostları ilə paylaş: |