24
-videoadapter (videokart) monitorun ekranında alınmış təsviri
formalaşdırmaq üçün
istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;
-Kontrollerlər- xüsusi elektron sxemlər olub disk sürücüləri. klaviatura və s. ilə
əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və
elektron-şüa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-şüa borulu
monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi
elektron şüa borusundan
istifadə edilir. LCD monitorlarında ekran iki nazik lovhə arasında yığılmış maye-
kristal sxemldən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsədə
lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar
gərginliyi daha çox
istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə
edilməsi məqsədəuyğun deyil.
Klaviaturalar 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara
bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12),
hərf-rəqəm
düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.
Mouse- müasir kompüterlərdə xüsusi əhəmiyyətə malik qurğulardan biridir. Bu
qurğu istifadəçi işini asanlaşdırır və bir çox proqramlarla ondan istifadə etmədən
işləmək həddən artıq çətindir. Mousun da müxtəlif növləri mövcuddur. Lakin
ümumilikdə onların iş prinsipləri eynidir.
Dostları ilə paylaş: