48
Yeni proqramın əlavəsi və nizamlanması üçün uyğun əlavə əmri, daha
doğrusu nizamlama əmri verildikdən sonra proqramın yerləşdiyi qurğu göstərilir.
Nizamlama prosesində ardıcıl olaraq ekrana gələn bütün sorğular düşünülərək
cavablandırılır və növbəti addıma keçməklə sona qədər yerinə yetirilir.
Proqrama
uyğun olan piktoqram istifadəci istəyindən asılı olaraq işçi stola da verilə bilər. Qeyd
edək ki, bu qayda ilə təkcə yeni proqramı əlavə etmək deyil,
onu yeniləmək də
mümkündür.
Idarəetmə panelində olan
«Экран» bəndindən istifadə etməklə işçi stolun
mövzusunu,
ekranda əks olunan təsviri, kompüterdə istifadəçi uzun zaman
işləmədikdə uyğun parametrləri və həmin müddətdə ekrana
veriləcək təsviri dəyişmək
olar. Eyni zamanda işçi stolun və işçi pəncərələrin tərtibatını, daha döğrusu fonunun
rəngini, pəncərə başlıqlarının ölçülərini, yazılış üslubunu,
rəngini və s dəyişmək
mümkündür . Bu bəndin açılmış pəncərəsində xüsusi bəndin köməyi ilə ekranın
əksetdirmə parametrlərini və rəngvermə qabliyyətini də istifadəçi öz istəyinə görə
müəyyənləşdirə bilər.
Qeyd edək ki, İdarəetmə panelinin
«Специальные возможности»
elementlərinin köməyi ilə istifadəçi çatışmamazlıqları olanlar üçün qurğuların
parametrlərini (klaviaturanın, ekranın, MOUS-un və s) və işləmə rejimlərini
dəyişə və
yenidən müəyyənləşdirə bilər.
Burada olan digər elementlər uçot yazılarının dəyişdirilməsi və istifadəçilərin
müəyyənləşdirilməsi, skaner və kameralarla işin təşkili, e-mail-lə işin təşkili,
verilənlərlə işləmə qaydalarının müəyyənləşdirilməsini və s. həyata keçirə bilər.