47
Windows əməliyyatlar sistemində vaxt və tarixin nizamlanması üçün
İdarəetmə panelinin
«Дата и время» əmri istifadə edilir. Əmr verildikdən sonra
açılmış yeni pəncərədən əvvəlcə saat qurşağı seçilir (Bizim üçün Bakı, Tbilisi,
Yerevan qurşağı). Bundan sonra solda verilmiş pəncərədə əvvəlcə il, sonra ay, daha
sonra gün verilir. Bu sadəcə olaraq uyğun qiymətin siyahıdan seçilməsi ilə həyata
keçirilir. Sonra isə sağ tərəfdə verilən saatın sferblatının içərisindəki saat, dəqiqə və
saniyə göstəriciləri müəyyən edilir.
Qeyd edək ki, vaxt və tarixin verilməsi qaydası bu əmrdən başqa həm də
İdarəetmə panelinin
«Языки и стандарты» dil və uyğun standartlar əmrinin
təyinatından asılıdır. Belə ki, bu standartlara uyğun olaraq vaxt iki və ya üç göstərici
ilə, tarix də həmin qaydada verilə bilər. Vaxt və tarixin standartlara uyğun
seçilməsinin düzgünlüyü şəbəkəyə və internetə qoşulmuş istifadəcilər üçün xüsusi
əhəmiyyətə malikdir. Çünki məhz bu proses alınan və ötürülən məlumatların vaxt və
tarix dəqiqliyini müxtəlif qurşaqlar üçün müəyyən etməyə imkan verir.
Windows əməliyyatlar sistemində çap qurğularının – printerlərin nizamlanması
məqsədilə İdarəetmə panelinin
«Принтеры и факсы» əmrindən istifadə olunur. Əmr
verildikdən sonrs yeni açılmış pəncərədə nizamlama rejimi seçilir. Bu rejim
verildikdən sonra ekranda açılan yeni pəncərədə sol tərəfdə printer istehsalçıları olan
şirkətlərin adı, sağda isə bu şirkətlərin printerlərinin adı və seriyası göstərilir. Əgər
istifadəçinin kompüterinin şirkəti və bu şirkətin printerinin markası siyahıda varsa
(tam dəqiqliklə) onda həmin ad seçilərək sonrakı addıma keçid əmri verilir. Bu qayda
ilə sona qədər icra olunaraq qurğu nizamlanır. Əgər verilən siyahıda printerin markası
və uyğun seriyası yoxdursa, qurğu ilə birlikdə verilən disklərdən istifadə olunur. Bu
diskin yerləşdiyi qurğunun adı göstərilərək proses analoji olaraq davam etdirilir. Qeyd
edək ki, eyni bir kompüterə bir neçə printer nizamlamaq olar. Lakin belə halda istifadə
zamanı printeri mütləq seçmək tələb olunur. Əks halda printerə müraciət avtomatik
olaraq susmaya görə müəyyən edilən printerə müraciət kimi qəbul olunacaq.
Windows əməliyyatlar sistemində yeni proqramların əlavəsi və ləğvi əvvəlki
sistemlərdən fərqli olaraq daha sadə və optimaldır. Yeni proqramların əlavə olunması
və ya ləğvi məqsədilə İdarəetmə panelini açdıqdan sonra ekrana verilən siyahıdan
«
Dostları ilə paylaş: