Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə46/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   42   43   44   45   46   47   48   49   ...   94
Informatika-Muhazireler-2

Разметка страницы-Sənəd səhifəsinin nişanlanmış, daha doğrusu kənarlarda
ölçü xətkeşləri verilən görünüşünü ekrana gətirir;
Режим чтения- hazırlanmış sənədin oxunma rejimini verir. Belə ki, bu
rejimdə istənilən sənəd səhifəsinə keçid, söz və ya söz birləşmələrinin tərcüməsi və
digər oxuma ilə əlaqədar rejimlərdən istifadə edilməsi asanlaşır;
Структура- Hazırlanmış sənədin strukturunu verir. Belə ki, sənədi mətn
hissələrinin yerləşmə və tabelik səviyyələrinə görə stukturlaşdırır. Baş sənəd, bu
sənədin tərkib hissələri, tərkib hissələrin blokirovkası və sairi təyin etmə imkanını
yaradır;
Область задачи- ekranın sağ tərəfində mətnlə əlaqədar müxtəlif tapşırıqların
müəyyən edilməsi və yerinə yetirilməsini təmin edən xüsusi oblast verilir;
Панель инструментов- redaktorun alətlər panelləri, onların ekrana gətirilməsi
və ya ekrandan silinməsini təmin edir;
Линейка- Sənədin sol və yuxarı hissəsində xətkeşlərin verilməsi və ya
götürülməsini təmin edir;
Схема документа-Ekranda aktiv olan sənədin sxemaini verir;
Эскизы- Ekranda aktiv olan sənədin özü ilə yanaşı eskizləri də verilir;
Колонтитулы- Sənəddəki kolontitullar görünüşü və onların məzmununun
dəyişdirilməsini təmin edir;
Сноски- Səhifə sonunda və ya sənədin sonunda haşiyələrin (digər materiallara
müraciət edildikdə müraciət edilmiş mənbə haqqında məlumatlar) verilməsinə uyğun
qaydaları və görünüşləri müəyyən edir;
Разметка- Sənəddə edilmiş dəyişikliklər və düzəlişlərə uyğun məlumatları
ekrana verir və ya artıq ekranda olan məlumatları ekrandan götürür;
Во весь экран- Sənədi bütün ekran boyu verir;
Масштаб- sənədin ekranda görünüş miqyasını təyin edir.
IV. Вставка (İnsert) menyusu: Bu menyunun əmrləri vasitəsilə sənədə
müxtəlif məlumat və obyektləri əlavə etmək mümkündür. Menyunun əmrləri
aşağıdakılardır:


 88
Разрыв- Növbəti mətn hissəsinin yeni sətir. yeni səhifə və ya yeni sütundan
başlanmasını, eləcə də yeni bölmənin yeni səhifə, cari səhifə, cüt və ya tək səhifədən
başlanaraq daxil edilməsini müəyyənləşdirir;
Номера страниц- səhifəyə nömrələrin qoyulması, nömrələrin yerləşmə
qaydalarının müəyyən edilməsini həyata keçirir;
Дата и время- Tarix və vaxtın müxtəlif formalarda mətnə, kursor duran
mövqeyə əlavə edilməsini təmin edir;
Автотекст- Mətndə tez-tez rast gəlinən və artıq redaktorda mövcud olan avto-
mətnlərin əlavəsini, eləcə də istifadəçinin yaratdığı avtomətnlərin əlavəsini həyata
keçirir;
Поле- Xüsusi sahələrin (vaxt, tarix, sənədin yaradılması, istifadəçilər,
avtomatlaşdırma və sairlə əlaqədar) mətnə əlavə edilməsi;
Символ- klaviatura və seçilmiş əlifbalarda olmayan simvolların mətnə əlavə
edilməsi;
Примечание- sənəd elementinə (sözə, söz birləşməsinə və s.) xüsusi qeydlərin
verilməsi;
Ссылка- Sənədə haşiyələrin, sənəd elementləri olan şəkil, cədvəl və sairə
nömrələrin verilməsini, qarşılıqlı müraciətlərin əlavəsinin və mündəricatların
tərtibatını həyata keçirir;
Веб-компонент- Sənədə web-komponentin əlavə edilməsi;
Рисунок- Sənədə ClipArt, WordArt şəkillərinin, fayllardan götürülmüş
şəkillərin, skaner və kameralarla götürülmüş şəkillərin, avtofiqurların, təşkilatı
dioqramların və adi dioqram və qrafiklərin əlavəsini təmin edir;
Схематическая диаграмма- Sənədə sxematik dioqramların əlavəsi;
Надпись- Sənədə xüsusi çərçivədə olan yazıların əlavəsi;
Файл- Sənədə digər faylın məzmununun əlavəsi;
Объект- Sənədə müxtəlif redaktorların (Microsoft Excel-in. Microsoft
Equation, CorelDraw və s.) obyektlərinin əlavəsi;

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin