MÖVZU 6.1 Mətn redaktorları. Ms Word mətn redaktoru, işçi pəncərəsi, menyuları Plan: 1. Mətn redaktorları
2. Ms Word mətn redaktoru, işçi pəncərəsi
3. Ms Word mətn redaktoru, menyuları və menyuların əmrləri
EHM-larının yarandığı ilkin dövrlərdən başlayaraq digər məsələlərin həlli ilə
bərabər hər bir müəssisənin fəaliyyətində mühüm əhəmiyyətə malik sənədləşmə ilə
əlaqədar mətnlərin yığılmasının proqram vasitələrinin yaradılması üzərində iş
aparılırdı. Yaradılan redaktorlarda müxtəlif əlifbalar, şriftlər və işarələrin (hərf, rəqəm
və digər işarələrin) müxtəlif parametrlərinin təyin olunması imkanlarına malik deyildi.
Məhz bunu nəzərə alaraq Windows proqram örtüyü yarandığı vaxtdan mətnlərin
yığılması, onlar üzərində müxtəlif əməliyyatların aparılması üçün mətn redaktoru olan
Word mətn redaktoru istifadəyə verildi. Bu redaktor Windows əməliyyatlar sisteminin
inkişafına və yeni versiyalarının yaradılmasına uyğun olaraq yeni imkanların əlavəsi
ilə təkmilləşdirildi. Eyni zamnda Word mətn redaktoru Windows əməliyyatlar siste-
minin Offis proqramı kimi mübadilə, müxtəlif proqramların əlaqəli işləməsi, müasir
tələbatlara uyğun xüsusiyyətləri də özündə cəmləşdirdi.
Word mətn redaktorunu yükləmək üçün işçi stolun “Пуск” düyməsini
basdıqdan sonra açılan pəncərədən “Программы” bəndindən Microsoft Word seçərək
yerinə yetirilmə verilir. Yükləməni işçi stoldakı proqrama uyğun piktoqramdan və
Word sənədinin işarəsindən də yükləmək olar.
Yüklənmədən sonra redaktorun işçi pəncərəsi aşılır. Pəncərənin birinci sətrində
redaktorun və aktiv faylın adı verilir. Əgər fayl açılmayıbsa, onda onun əvəzinə
Document1 göstərilir. Sonrakı sətirdə redaktorun əsas menyuları verilir. Daha sonra
standart və formatlaşdırma alətlər panellərinin işçi lentləri verilir. Bu işçi lentlərdən
sonra redaktorun işçi oblastı yerləşir. Bu hissənin yuxarı və sol hissəsində ölçü
xətkeşləri, sağ və aşağı hissəsində isə işçi oblastda hərəkət düymələri yerləşir. İşçi
oblastdan sonra sənəd görünüşü və sənəd haqqında məlumatlar sətirləri yerləşir.
Burada səhifə, sətir, səhifələrin sayı, sütun və yerinə yetirilən əməliyyat haqqında
məlumat verilir.