195
arasındakı fərqin aradan qaldırılması vəzifəsini göstərməliyik. Məktəblər daha
müasir və asan istismar olunan hesablama texnikası ilə təchiz
edildikcə xüsusi praktik
məşğələlərin təşkili problemi aradan qalxacaqdır. Amma eyni zamanda bu, məşğələ-
lərin aparılması üçün yeni, hər bir informatika dərsində EHM-dən sistemli
istifadəyə
əsaslanan metodika yaranmasını tələb edir.
Məşğələlərin təşkili formasının seçilməsi də mühüm problemlər sırasına aid
edilməlidir. İnformasiya "industriyasında" məşğul olan adamların fəaliyyət xarak-
terinin təhlili
göstərir ki, burada əsas aparıcı forma kollektiv fəaliyyət formasıdır.
Məktəb məzunu bilik və bacarıqlarla təmin edilməklə bərabər,
onlara həm də
kollektiv iş vərdişləri aşılanmalıdır. Buna görə də şagirdlərlə seminarlar, tədris diskus-
siyaları, tədris materialının kollektiv paylanması kimi iş formalarını geniş tətbiq etmək
lazımdır. Təcrübə göstərir ki, fənnlərin tədrisində bu
formalardan istifadə proqram
materialının daha yaxşı mənimsənilməsini təmin etməklə bərabər, şagirdlərdə
müstəqillik, fəallıq və özünənəzarət kimi zəruri keyfiyyətlər inkişaf etdirir.
İTM
ÜZRƏ
Dostları ilə paylaş: