197
müəllim kursun başlanğıcında alqoritmlərin təsvir vasitəsi olaraq proqramlaşdırma
dilindən istifadəyə cəhd etdikdə müşahidə olunur. Bu zaman başlıca diqqət alqoritm
anlayışının özünə və onun xassələrinə verilmir və şagirdlər bu dildə proqramlaş-
dırmanın formal qaydaları ilə yüklənirlər.
Kursun proqramı yoxlamanın müxtəlif formalarını, vasitə və metodlarını tətbiq
etməyi nəzərdə tutduğu halda, bəzi müəllimlər bunlardan ətraflı istifadə etmir. Məsə-
lən, bir çox müəllimlər biliklərə nəzarət üçün məktəblilərin kitabdakı materialı
danışmasından ibarət olan şifahi sorğu ilə kifayətlənir, onların məsələ həll etmək
bacarığının yoxlanmasına fikir vermirlər.
Məktəblərin iş təcrübəsi göstərmişdir ki, bir sıra müəllimlər "İnformatika və
hesablama texnikasının əsasları" fənni üzrə proqramın "Şagirdlərn biliklərinə və
bacarıqlarına verilən tələblər" bölməsinin mühümlüyünü layiqincə qiymətləndirmirlər.
Proqramın tələblərinə uyğun olaraq müəllim tədrisi, nəzarəti və
qiymətləndirməni tədris fəaliyyətinin bütün növlərində yüksək nailiyyətlər əldə
olunmasına yönəltməlidir. Bu zaman həmin tədris fənninin xüsusiyyətlərini əks
etdirən xarakterik bacarıqların mənimsənilməsinə, eləcə də şagirdlərin əqli
qabiliyyətlərini inkşaf etdirən, müstəqil oxumaq, müxtəlif bilik mənbələri ilə işləmək,
öz tədris fəaliyyətini rasional təşkil etmək vərdişlərinin formalaşdırılmasına şərait
yaradan ümumtəhsil bacarıqlarını inkişaf etdirən materiala xüsusi əhəmiyyət vermək
lazımdır. Şagirdlərin tədris hazırlığının yoxlanmasının məqsəd və obyektləri, nəzarət
növləri və formaları, qiymətləndirmə metodları bunların əsasında müəyyən
olunmalıdır.
Dostları ilə paylaş: